Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09.04.2020 [16:34]
ATU-nun kafedra müdiri, dosent Rafiq Bayramov bunun üçün xəstələrin izolyasiyasının, həmçinin müalicəsinin, eləcə də infeksiya ocağının dezinfeksiyasının, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsinin və orqanizmin immun qabiliyyətinin artırılmasının vacib olduğunu bildirir
Qlobal pandemiyaya çevrilmiş yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə, onun simptomları, yayılması, keçmə yolları, individual müdafiə üsulları, hər bir şəxsin yoluxma ehtimalı, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər dünya mediasının gündəmini zəbt edib. Həkim və mütəxəssislər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmağın yolları haqqında müxtəlif tövsiyələr verirlər. Bu, maarifləndirici əhəmiyyətə malik olmaqla yanaşı, profilaktik tədbirlərin vaxtında və düzgün şəkildə yerinə yetirilməsinə imkan verir.
Azərbaycan Tibb Universitetinin (ATU) ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov "Yeni Azərbaycan" qəzetinə açıqlamasında tənəffüs infeksiyaları ilə yoluxma hallarının spesifikası və xarakteristikasından bəhs edərək "Tənəffüs infeksiyaları - COVID-19, vərəm və s. ilə yoluxma daha çox aerogen, yəni hava-damcı - xəstə asqırdıqda, öskürdükdə və hava-toz yolu ilə, məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan, xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər",- deyə vurğulayıb.
Xəstənin izolyasiyası və infeksiya ocağının dezinfeksiya olunması vacibdir
Koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə taktikasından danışan Rafiq Bayramov üç istiqaməti diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk istiqamət infeksiya mənbəyinə qarşı mübarizə tədbirlərini özündə ehtiva edir: "Müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi vacibdir. Paralel olaraq infeksiya ocağı dezinfeksiya olunmalıdır"
Şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir
Şəxsi gigiyena qaydalarına ciddi əməl etməyin zəruriliyinə toxunan həkim bunun infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlər sırasında yer aldığını vurğulayıb.
"Yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskaların istifadə edilməsi və s. zəruridir",-deyə ATU-nun kafedra müdiri diqqətə çatdırıb.
Orqanizmin immun qabiliyyətinin artırılması xüsusi əhəmiyyətə malikdir
Tənəffüs infeksiyaları ilə mübarizədə üçüncü istiqaməti yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə konkret tədbirlər görülməsi təşkil edir. Tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmağın asan olmadığını deyən dosent Rafiq Bayramov orqanizmin immun statusunun rolundan bəhs edərək “Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar, xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu kontekstdə orqanizmin immun statusunun rolu böyükdür”,-deyə bildirib.
Düzgün qidalanın, idmanla məşğul olun və stressdən uzaq durun
ATU-nun kafedra müdiri tənəffüs infeksiyaları ilə mübarizə üçün orqanizmin immun sisteminin normal olmasına bir sıra amillərin təsir göstərdiyini deyib. Onun sözlərinə görə, ilk növbədə balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, normal gün rejimi, yetərli səviyyədə yuxu da vacibdir. Bunlarla yanaşı, idmanla məşğul olmaq, təmiz hava qəbulu, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq lazımdır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54

