/ / Gənc ədliyyə işçiləri və könüllüləri ilə Milli Qurtuluş Gününə həsr olunmuş onlayn mühazirə keçirilib
Gənc ədliyyə işçiləri və könüllüləri ilə Milli Qurtuluş Gününə həsr olunmuş onlayn mühazirə keçirilib
12.06.2020 [09:26]
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Bu gün xalqımızın ən əlamətdar bayramlarından olmaqla hər il ölkəmizdə geniş qeyd edilir, bu münasibətlə ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla silsilə tədbirlər keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlik tərəfindən gənc ədliyyə işçilərinin, eləcə də bu il “Könüllülər ili” çərçivəsində ədliyyə fəaliyyətinə geniş cəlb olunmuş könüllülərin hərtərəfli, dövlətçiliyə sədaqət, milli və vətənpərvərlik ruhunda inkişafına, maariflənməsinə hər zaman böyük önəm verilir. Ulu Öndərin zəngin siyasi irsinin və dövlətçilik amallarının gənc nəslə aşılanması məqsədilə iyunun 11-də Ədliyyə Nazirliyində bir qrup gənc ədliyyə işçilərinin və könüllülərinin iştirakı ilə videkonfrans formatında onlayn mühazirə keçirilib.
Tədbirə dəvət olunmuş Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Məmmədov müasir müstəqil Azərbaycan dövlətinin qurtuluş tarixi, Heydər Əliyevin xilaskarlıq missiyası və zəngin dövlətçilik fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, Azərbaycan xalqının Milli Qurtuluş Gününə gedən yoldan bəhs edərək müstəqilliyimizin ilk illərində xalqımızın səriştəsiz idarəçiliklə, ölkədaxili xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü ilə üzləşdiyini diqqətə çatdırıb, məhz belə bir ağır dövrdə hakimiyyətə qayıdan Ümummilli Liderin xilaskarlıq missiyası nəticəsində müstəqilliyimizin qorunub möhkəmləndiyini, dövlətlə xalqın birliyinin təmin edildiyini, azərbaycançılıq ideologiyasının bərqərar edildiyini, demokratik hüquqi dövlətin qurulduğunu vurğulayıb.
Çıxış edən gənclər Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, dahi öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.
Tədbirin davamı olaraq Ədliyyə nazirinin müavini Toğrul Musayevin iştirakı ilə qonaq nazirlikdə Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunmuş muzeylə tanış olub. Dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edilərək, onun siyasi irsinin indiki və gələcək nəsillərə örnək olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı inkişafının təmin olunması, bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü mühüm işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ulu Öndərin ideyalarının və siyasi irsinin öyrənilməsindəki mühüm fəaliyyəti xüsusilə vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22

