Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
13.06.2020 [10:14]
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı kimi qiymətləndirilərək bu tarixi hadisə respublikamızda Milli Qurtuluş Günü kimi geniş qeyd edilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əlamətdar bayram münasibətilə ədliyyə orqanlarında karantin rejiminə əməl olunmaqla tədbirlər təşkil edilib, bir qrup gənc ədliyyə işçilərinin və könüllülərinin iştirakı ilə Ulu Öndərin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyəti barədə videokonfrans formatında onlayn mühazirə keçirilib. Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, nazirliyin saytında əbədiyaşar liderlə bağlı xüsusi bölmə yaradılıb. Kinozalda filmlər, eləcə də foto və videoslaydlar nümayiş etdirilir, nazirliyin sosial şəbəkə səhifələrində Azərbaycan xalqının milli qurtuluş gününə aid materiallar paylaşılır, mətbuatda çıxışlar edilir.
Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlərdə dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından bəhs olunub, onun ölkə rəhbərliyinə qayıdışı ilə milli dövlətçiliyimizin intibahının, Azərbaycanın hərtərəfli tərəqqisinin başlanıldığı qeyd edilib. Ulu Öndərin qurub yaratdığı müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı və sabit inkişafı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Liderin ideyalarını yaşadan və ölkəmizi beynəlxalq ictimaiyyətə tanıdan Heydər Əliyev Fondundakı mühüm fəaliyyəti xüsusilə vurğulanıb.
Ədliyyə işçiləri ölkə rəhbərliyinin sosial-iqtisadi tərəqqiyə və əhalinin rifahına xidmət edən siyasətini ürəkdən dəstəklədiyini bildirib, qlobal “COVID-19” infeksiyası ilə mübarizədə həmvətənlərimizlə həmrəy olaraq, bu sosial bəla ilə mübarizədə xalqımıza göstərilən qayğılı münasibətə görə respublika Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini ifadə edib, cəmiyyətimizin müasir inkişafına uyğun olaraq var qüvvələri çalışmaq əzmində olduqlarını, indiki pandemiya dövründə sosial məsuliyyətlərini dərk etdiklərini söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58

