Neftçalada və bir sıra kəndlərində suya əlçatanlığın təmin edilməsi üçün çənlər quraşdırılır
07.07.2020 [09:40]
İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində və rayonun bir sıra kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə təxirasalınmaz tədbirlər davam etdirilir. “Azərsu” ASC-dən bildirilib ki, şəhərdə və bəzi kəndlərdə sakinlərin suya əlçatanlığını təmin etmək üçün çənlər quraşdırılır.
Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzinin, eləcə də modul tipli sutəmizləyici qurğular olan kənd və qəsəbələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə “Azərsu”, Neftçala Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə tədbirlər görülür. Salyan şəhərindən Neftçalaya suyun daşınması məqsədilə 18 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb. Daşınan suyun bərabər paylanması və qənaətli istifadəsi məqsədilə Neftçala şəhərinin müxtəlif məhəllələrində, bəzi kənd və qəsəbələrdə hər birinin tutumu 5 kubmetr olan 37 su çəni quraşdırılıb. Yaxın günlərdə belə çənlərin sayı 44-ə çatdırılacaq.
Su çənləri “Azərsu”nun mütəxəssisləri tərəfindən yuyulub dezinfeksiya edilib. Mərkəzi Laboratoriyanın səyyar laboratoriyaları vasitəsilə nümunələr götürülərək analizlər aparılıb və istifadəsinə icazə verilib. Eyni zamanda, səyyar laboratoriyalar tərəfindən suyun keyfiyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır. Su çənlərindən suyun götürülməsinə və bərabər paylanmasına nəzarət olunur, israfçılığa yol verilməməsi üçün əhali arasında maarifləndirmə işləri aparılır. Çənlərin mütəmadi olaraq su ilə doldurulması məqsədilə sudaşıyan nəqliyyat vasitələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, Neftçala şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanıb. Şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 44 kilometr uzunluğunda yeni magistral su kəmərinin və 7500 kubmetr tutumu olan su anbarının tikintisi davam etdirilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

