Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə elan etdiyi jurnalist araşdırmaları müsabiqəsinin vaxtı uzadılıb

Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə elan etdiyi jurnalist araşdırmaları müsabiqəsinin vaxtı uzadılıb

07.07.2020 [09:56]

Bu il iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il iyunun 30-da imzalanmış Sərəncamla xüsusi karantin rejiminə riayət etməklə yubiley tədbirlərinin keçirilməsi tapşırılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yubileyə həsr olunan tədbirlər çərçivəsində 22 iyul - Milli Mətbuat Günü ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə elan olunmuş jurnalist araşdırmaları müsabiqəsinin nəticələri üzrə qaliblərin mükafatlandırılması nəzərdə tutulur.
Xatırladaq ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrində dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə elan olunmuş “Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr” mövzusunda müsabiqəyə cari il martın 1-dən başlanılıb.
Lakin COVID-19 qlobal pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi nəzərə alınaraq müsabiqənin vaxtı uzadılıb.
İyulun 15-dək davam edəcək müsabiqəyə qoşulmaq arzusunda olanlar ətraflı məlumatı nazirliyin saytından (http://justice.gov.az/news/1695) əldə edə bilərlər. İştirakçılar yazı və digər materialları, həmçinin Ədliyyə Nazirliyinə elektron qaydada (mojpress@justice.gov.az) müsabiqənin şərtlərinə uyğun olmaqla göndərə bilərlər.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31