/ / Rafiq Əliyev: Erməni təxribatına baxmayaraq, görülən işlər ölkə vətəndaşlarını bir daha əmin edir ki, Azərbaycan dövlətinin qüdrəti və inkişafı davamlı olacaq
Rafiq Əliyev: Erməni təxribatına baxmayaraq, görülən işlər ölkə vətəndaşlarını bir daha əmin edir ki, Azərbaycan dövlətinin qüdrəti və inkişafı davamlı olacaq
23.07.2020 [16:20]
“Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yaşayış məntəqələrimizi, dinc əhalini atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Bu Sərəncam Azərbaycan dövlətinin öz vətəndaşlarının yanında olduğunun daha bir sübutudur”.
Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Yevlaxrayon təşkilatının aparat rəhbəri Rafiq Əliyevəməxsusdur.
R.Əliyev bildirib ki, Sərəncama uyğun olaraq hazırda İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət İşçi Qrupu dəymiş ziyanın qiymətləndirilməsini aparır: “Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı təcili tədbirlər görülür, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. İşçi Qrupu hücuma məruz qalmış yaşayış məntəqələrində zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyətini öyrənir, ekspertiza aparır, dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi ilə bağlı konkret işlər görür. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, ziyan dəymiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Prezidentə təqdim ediləcək ”.
R.Əliyev onu da deyib ki, dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır: “Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinə dövlət qayğısı göstərilir. Digər tərəfdən, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğılarını öz üzərinə götürmək üçün Heydər Əliyev Fonduna tapşırıq verib”.
R.Əliyevin sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri zamanı da Ağdam və Tərtər rayonlarında dağıdılmış evlər dövlət tərəfindən yenidən inşa edilib, təmir olunaraq sakinlərin istifadəsinə verilib: “Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. Onun nəticəsidir ki, yaşayış məntəqələrində tikinti, təmir və bərpası işləri altı ay ərzində başa çatdırılmışdı”.
“Bütün qeyd edilənlər onu göstərir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün fəaliyyətini dövlətimizin təhülkəsizliyinin, inkişafının təmin olunması və Azərbaycan xalqının tərəqqisi istiqamətində qurub. Erməni təxribatına baxmayaraq, görülən işlər ölkə vətəndaşlarını bir daha əmin edir ki, Azərbaycan dövlətinin qüdrəti və inkişafı davamlı olacaq”, - deyə R.Əliyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

