Azərbaycan dünyaya örnək multikulturalizm modeli təqdim edir
09.02.2021 [09:12]
Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun Türkiyənin yeniakıt.com və milatgazetesi.com informasiya portallarında müsahibəsi dərc edilib.
Bu barədə AZƏRTAC-a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan 44 günlük vətən müharibəsindən sonra qələbəsi ilə yeni bir dövrə qədəm qoydu. Qələbədən sonra Azərbaycan mədəniyyəti daha çox təbliğ olunmalı və ermənilərin mədəniyyət abidələrinə qarşı törətdikləri vəhşiliklər beynəlxalq ictimaiyyətə daha çox izah edilməlidir”. Müsahibəsində R.Həsənov bu sözləri qeyd edərək bildirib ki, Bakıda və Azərbaycanın digər bölgələrində kilsələr, məbədlər, monastırlar, eləcə də digər dini abidələr qorunub saxlanılsa da, ermənilər nə işğaldan azad edilən ərazilərdə, nə də Ermənistan adlandırdığımız Qərbi Azərbaycan torpaqlarında bu həssaslığı göstərməyiblər. Əksinə, bütün abidələri məhv ediblər. “Ermənilərin otuz il ərzində işğal etdikləri torpaqlarda milli, mənəvi və mədəni abidələrimizi necə məhv etdiklərini bütün dünyaya elan etməliyik. Sanki dünyanın görə bilmədiyi və ya görmək istəmədiyi həqiqətləri onların üzünə səsləndirməliyik”.
BBMM-in icraçı direktoru onu da əlavə edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, mədəniyyətlərin kəsişməsində olan Azərbaycan örnək model olan multikulturalizm və tolerantlıq ənənəsinə sahibdir. Ermənistandan fərqli olaraq, müxtəlif etnik qruplara, kimliklərə və dinlərə mənsub insanlar ölkəmizdə sülh və barış içərisində yaşayırlar.
“Bu müharibə həmrəy olduğumuzu, heç bir gücün bizi heç vaxt bölə bilməyəcəyini ortaya qoydu. Səngərdəki qəhrəmanlarımız düşmənə qarşı, qalanlarımız informasiya müharibəsində düşmənə qarşı vuruşduq”. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında möhkəm birləşən Azərbaycan xalqı torpaqlarımızı işğaldan qurtardı. Yenə də bu bölgələrdə hər kəs dinc və sakit yaşamağa davam edəcək. Çünki Azərbaycan dünyaya çox inkişaf etmiş bir multikulturalizm, sülh və tolerantlıq modeli təqdim edir. Buna görə də, müxtəlif etnik və dini kimliyə sahib olmasına baxmayaraq, bütün azərbaycanlılar “Azərbaycan” deyərək, Vətənin müdafiəsinə qalxdığı kimi, mədəniyyətimizi, adət və ənənələrimizi də qoruyacaq, əbədi yaşadacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

