Jurnalistlər Hadrutda yaşı 900 ildən çox olan Şərq çinarını ziyarət ediblər
29.04.2021 [08:54]
Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinin son dayanacağı işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi olub.
Jurnalistlər Hadrutda yaşı 900 ildən çox olan Şərq çinarına baxış keçiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Jurnalistlərə açıqlamasında bildirib ki, Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan, diametri 450 santimetr, hündürlüyü 40 metr olan Şərq çinarı ermənilər tərəfindən məhv edilməyib.
Bildirilib ki, Xocavənddə bu cür 12 təbiət abidəsi var, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq çinarın kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki hamısı kəsilib, yandırılaraq məhv edilib. Hadrutda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu onu deməyə əsas verir ki ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turizm məqsədilə yararlandıqları üçün onları məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta yaşı 1400-dən çox, hətta 2000 ilə yaxın olan təbiət abidələrini məhv ediblər. Mənfur düşmənin bu ərazilərdə abidələri məhv etməkdə məqsədi həmin ərazilərdə azərbaycanlıların izlərini silmək olub.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11

