İşgüzar qadının gözü ilə...
03.02.2022 [10:44]
Qadın güclüdürsə, savadlıdırsa, onun yetirdiyi övlad da güclüdür, savadlıdır
İ.RƏSULOVA
Son 30 il ərzində Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bununla belə, aparılan tədqiqatın nəticələri göstərir ki, gender bərabərsizliyi hələ də ailənin formalaşması və ailədaxili münasibətlər, həmçinin bütövlükdə cəmiyyətə mənfi təsir göstərən amillər sırasındadır. Hüquq bərabərliyinə aid bir sıra qanunvericilik normalarının mövcud olmasına baxmayaraq, qadınların iqtisadi resurslara çıxışı və şəxsi, ictimai və siyasi həyatda qərar qəbuletmə prosesində hərtərəfli iştirak imkanları kişilərlə müqayisədə daha məhduddur.
Gender və gender bərabərliyi ilə bağlı stereotiplər hələ də mövcuddur. Cəmiyyətin böyük bir qismi tərəfindən qadın yalnız reproduktiv potensialına görə dəyərləndirilir, rolu ailə çərçivəsi ilə məhdudlaşdırılır. Kişi və ya qadın olmaqla bağlı ənənəvi gözləntilər Azərbaycan kişi və qadınlarının şüurunda dərin köklər salıb. Azərbaycanda gender rolları ilə bağlı ənənəvi fikirlər əsasən kişilər tərəfindən dəstəklənir. Ənənəvi olaraq “kişilik” anlayışı kişinin hər zaman qadından bir addım öndə olması, sözünün qanun olması, ailəsini, ilk növbədə, maddi cəhətdən təmin etməsi kimi dəyərləndirilir.
Bu sahədə kişilərlə daha çox iş aparılmalıdır, çünki qadın hüquqlarının təşviqi məsələsinə kişilər daha mənfi münasibət nümayiş etdirir. Kişilərin bir çoxu, (elə qadınlar da istisna deyil, xüsusən yaşlı nəsil insanlar) uzun illər “kişilərin sahəsi” hesab edilən işlərdə qadınların işləməsinə dözümsüz yanaşır, “qadın əlinin xəmiri ilə kişi işinə qarışmasın” deyirlər. İşləyən qadın, xüsusilə dövlət qurumlarında vəzifədə çalışan qadın olmaq asandırmı?
Bu mövzu barədə 32 il əmək fəaliyyəti olan bir xanımla, Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova ilə danışırıq.
Neva xanım fəaliyyətinə öncə jurnalistikadan, sonra müəllimlikdən başlayıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. Dediyinə görə, ömrü boyu aktiv fəaliyyəti ilə seçilib, ictimai işlərdə çalışıb. Elə bugünkü statusunu qazanmaqda da ona gözəl dil qabiliyyəti və möhkəm xarakteri kömək edib. Dövlət işində işləməyin qadının şəxsi həyatına çətinlik yaratmadığını düşünür.
“Azərbaycanda iş qadını olmaq üçün dövlət hər şəraiti yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib. Gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışıq. Bu gün istər özəl sektor, istərsə də dövlət orqanlarında gender bərabərliyinin təmin edilməsi istiqamətində çox vacib tədbirlər həyata keçirilir. 2006-cı ildə qəbul olunmuş “Gender bərabərliyinin təminatları haqqında” Qanunu bu sahədə ən vacib nailiyyət kimi qiymətləndirmək olar. Qanun qəbul edildikdən sonra dövlət idarəçiliyində gender bərabərliyinə daha da çox diqqət artırılıb, eyni zamanda, ailə siyasətinin və sosial-iqtisadi inkişafın təmin edilməsində dövlət orqanlarının fəaliyyətinin keyfiyyət əhəmiyyətinin artmasına təsir edib. Qadınların hüquqlarını təmin edən qanunlar da var, imkanlar da. Bir çox şeylər qadınların özlərindən də asılıdır. Ailədən gələn bəzi çətinliklər ola bilər. Etiraf edim ki, mən şəxsən bununla qarşılaşmamışam. Qadın güclü varlıqdır. O, bir şeyi istəyirsə, onu əldə etmək üçün səy göstərir, tükənmədən, yorulmadan hədəfinə doğru irəliləyir. Bu mənada işgüzar qadınlar daha planlı, proqramlı hərəkət edirlər. Ailə ilə iş arasındakı balansı qorumaq üçün müəyyən tədbirlər görürlər. Bu, belə də olmalıdır. Həm karyeraya, həm ailəyə birlikdə sahiblənmək olar. Bu, sadəcə daha çox zəhmət tələb edir”, - deyə Neva xanım bildirir.
Son illər istənilən dövlət qurumunda qadınların yüksək vəzifələr tutması birmənalı qiymətləndirilmir. Bir çoxları humanistar və sosial sahələrdə məsul vəzifələr tapşırılan qadınların ağır yük altına düşdüyünü, bunun onların şəxsi həyatına mənfi təsir etdiyini yazırlar. Bu arada belə bir qeydi etmək yerinə düşərdi ki, İsveç alimlərinin apardığı araşdırmalara görə, dünyada dövlət qurumlarında işləyən qadınların 30 faizinin ailə həyatı boşanmalarla nəticələnir. Bu mənada Azərbaycan qadınları öz iş həyatlarını daha fərqli şəkildə qura bilmək bacarıqları ilə öyünə bilərlər.
Elə Neva xanım kimi. Neva Abdurahmanova 32 il iş stajına malikdir, bunun son 9 ilini Heydər Əliyev Mərkəzində direktor vəzifəsini icra etməklə keçirib. Dediyinə görə, bu mərkəzin onun iş həyatında xüsusi rolu olub və bir növ məktəb rolunu oynayıb. O ki, qaldı dövlət qurumlarında məsul vəzifələrin qadınları yükləməsi məsələsinə, Neva xanım düşünür ki, hazırlıqlı, təcrübəli qadın istənilən ağır və məsul vəzifənin öhdəsindən asanlıqla gələ bilər.
“Birdən-birə, təcrübəsi olmayan hansısa qadının vəzifəyə qoyulması əlbəttə müəyyən çətinliklər yaradır. Bu, kişilərə də aiddir. Mütləq şəkildə məktəb keçməli, təcrübə qazanmalıyıq. İşi bacarana tapşıranda nəticə uğurlu olur. Mən bu vəzifəyə təyin olunarkən həddən çox həyəcan keçirirdim. Ulu Öndərin adını daşıyan bir mərkəzdə onu adına layiq şəkildə təmsil etmək böyük məsuliyyətdir. Mən gecəmi-gündüzümü Heydər Əliyevin çox zəngin irsinin öyrənilməsinə həsr etdim ki, bu barədə Qusar camaatına və rayonumuzun qonaqlarına ətraflı məlumat verə bilim. Bu böyük irsi gələcək nəsillərə layiqli şəkildə çatdıra bilək. Çox böyük layihələrimiz oldu və yenə də olur. Kənd və qəsəbələrdə gender bərabərliyi, erkən nikahlarla bağlı maarifləndirmə işləri aparmışıq, fiziki məhdudiyyətli qadınların cəmiyyətə inteqrasiyası ilə bağlı uğurlu layihələrimiz olub. Onların əl işlərindən ibarət satış sərgiləri təşkil etmişik. Qadınlarımızın “Abad” layihəsinə, İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi müxtəlif satış sərgilərinə qoşulmasına yardım etmişik. Həmçinin gənclərlə bağlı davamlı işlər görürük. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Bu yolda əlimizdən nə gəlirsə, mərkəz olaraq səylərimizi əsirgəmirik. Gənc qızlarımızın gələcəyi bu gün qoyduqları təməllərdən çox asılıdır.
Dövlət idarəetməsində və qərar qəbuletmədə kişilərlə yanaşı, qadınların fəal iştirakının artırılması istiqamətində daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə həmişə ehtiyac var. Qadınlar istənilən sahədə fəaliyyətlərində məsuliyyətli, diqqətli olurlar. Dövlət qulluğunda qadınların kişilərlə bərabər təmsilçiliyinin təmin edilməsi, qadın dövlət qulluqçularının sayının artırılması məsələsinə xüsusi diqqət yetirilir. Bu, təqdirəlayiq haldır. Qadınların idarəetmə prosesində fəal iştirakı Azərbaycanda dövlət idarəçilik sisteminin geniş islahatı ilə sıx bağlıdır. Qadın güclüdürsə, savadlıdırsa, onun yetirdiyi övlad da güclüdür, savadlıdır, tərbiyəlidir və cəmiyyət üçün faydalıdır”.
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

