60 gündən artıq qalanlar...
28.02.2023 [11:19]
Cərimələnəcəklər
Yeganə BAYRAMOVA
Yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaşların qeydiyyat məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, yaşayış yerini dəyişən vətəndaşlar 60 gündən artıq yaşayacaqları haqda 7 iş günü ərzində müraciət edib qeydiyyata düşməlidirlər. Bu qaydaya əməl etməyən vətəndaşlara əvvəl xəbərdarlıq edilir, sonra isə onlar 30 manat məbləğində cərimə oluna bilərlər.
Cərimə 40 gün müddətində ödənilməlidir
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 1996-cı ildə qəbul olunmuş bu qanuna əməl etməyən şəxsləri Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyət gözləyir. DİN sözçüsü qeyd edib ki, polis orqanlarına qanunu pozan vətəndaşlara ilk öncə xəbərdarlıq etmələri tapşırılıb, növbəti dəfə eyni qanun pozuntusu olarsa, onlar cərimələnəcəklər.
E.Hacıyevin sözlərinə görə, cərimə olunan şəxs həmin cəriməni 40 gün müddətində ödəməlidir və onlar yaşadıqları yer üzrə qeydiyyata düşməsələr, bu durum sonradan təkrar aşkar olunarsa, yenidən cərimələnəcəklər: “Sənədsiz evlərdə yaşayan şəxslər evlərinin sənədini düzəldənə qədər ərazidəki polis orqanlarına məlumat verərək yaşadıqları ünvanı bildirə bilərlər. Vətəndaşlar əllərində olan sənədlərlə-bələdiyyə sənədi, övladlarının məktəbə getməsi barədə sənədləri varsa, müraciət etməlidirlər. Məqsəd odur ki, bu tənzimlənmə həyata keçirilsin, dəqiqləşdirmə aparılsın”.
Qanun tələbələrə də aiddir
E.Hacıyev deyib ki, yaşayış yeri üzrə qeydiyyata düşmək məsələsi tələbələrə də aiddir. Onlar yaşadıqları ərazidəki polis orqanlarına müraciət edə bilərlər: “Qanun qəbulundan bəri həmişə tətbiq olunub. Son zamanlar evlərini çoxlu şəxslərə kirayə verənlər bu məsələni sosial şəbəkələrdə yayıb diqqət çəkirlər. Dünyanın başqa ölkələrində də oxşar qaydalar var. Bizdə bir insan getdiyi yerdə 60 gün qalacaqsa, bu barədə məlumat verməlidir. Əgər vətəndaş getdiyi yerdə 58-59 gün qalacaqsa, bu haqda məlumat verib qeydiyyata düşməyə bilər. Qanun qısa müddətlərdə gedib-gələnlər, mövsümü işlərdə çalışanlara da aid deyil”.
Qeydiyyata düşmək vətəndaşın öz məsuliyyətidir
E.Hacıyev qeyd edib ki, polisin vətəndaşların hansı yerdə nə qədər yaşamasını müəyyən edən xüsusi bir mexanizmi yoxdur. Onun sözlərinə görə, daimi yaşadığı yeri azı 60 gün dəyişən vətəndaşın bu barədə ərazidəki polisi məlumatlandırması onun öz məsuliyyətidir”.
Rayondan paytaxta 60 gündən artıq müalicə üçün gələn vətəndaşların qeydiyyata düşmə məsələsinə gəlincə, DİN sözçüsü bildirib ki, həmin vətəndaşlar barədə müalicə aldıqları müəssisə tərəfindən polis orqanlarına məlumat verilməlidir. E.Hacıyev, həmçinin qeyd edib ki, sözügedən qanun Bakıdan rayonlara gedib orada 60 gündən artıq qalan şəxslərə də aid edilir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

