Valideynləri narahat edən sual...
02.05.2023 [11:08]
Peyvənd vurulsun, yoxsa vurulmasın?
Yeganə BAYRAMOVA
Uşaq infeksion xəstəliklərinin profilaktikasında önəmli yerlərdən birini peyvəndləmənin vaxtında və düzgün aparılması tutur. Bəzi həkimlər peyvənd vaksinlərini uşaqların sağlamlığı üçün vacib, digərləri isə təhlükəli hesab edir. İki od arasında qalan valideynlər isə bilmir kimə qulaq assın. Valideynləri daim narahat edən mövzulardan biri peyvəndlərin sonradan fəsadlara səbəb olub-olmamasıdır. Onlar uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul edirlər. Hətta bəzi valideynlər uşaqlarına peyvənd vurdurmaqdan imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Mütəxəssislər isə hesab edir ki, peyvənd zamanı hansı uşaqda hərarət yaranarsa, həmin uşağın xəstəliyə qarşı immuniteti daha yaxşı olur.
Həkim-pediatr Rasimə Əliyeva valideynlərin peyvənd qorxusunda hansısa əsasın olub-olmamasına dair fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Həkimin sözlərinə görə, gecikdirilən peyvəndlər uşaqları xəstəliklərə qarşı müdafiəsiz edir: “Bəzən valideynlər əsassız olaraq peyvəndi gecikdirirlər. Məsələn, uşağın iki aylığında vurulmalı peyvəndi bir yaşında vurdurmaq istəyir. Bu, tamamilə yanlışdır, çünki iki aylığında edilməli peyvənd körpənin həyatı üçün çox vacibdir. Peyvəndin qoruduğu infeksion xəstəliyə körpə yoluxduqda ya ağırlaşma ilə keçirə bilər, ya da ölümlə nəticələnə bilər”.
Pediatr qeyd edib ki, körpənin ilk üç peyvəndi doğum evində ilk 12 saat ərzində hepatit B-yə qarşı aparılır. Dördüncü peyvənd yeddinci günündə vərəm və poliomielitə qarşı vurulur.
Həkimin dediyinə görə, peyvənd sağlam uşağa vurulmalıdır. Allergiyası kəskinləşən, ciddi xəstəliyi olan uşaqlara peyvənd vurdurmaq olmaz: “Bəzən valideynlər hesab edirlər ki, əvvəl uşağı müayinə etmək lazımdır və yalnız analizlərin göstəricilərindən sonra peyvənd edilməlidir. Ümumiyyətlə, tibbdə belə bir şey yoxdur. Doğrudur, peyvənddən əvvəl uşaq müayinə edilib yoxlanılmalı, hər hansı bir xəstəliyi olub-olmaması aydınlaşdırılmalıdır. Məsələn, qripə yoluxan, öskürəyi və qızdırması olan uşaqlara peyvənd vurulması müvəqqəti olaraq təxirə salınır və sağaldıqdan sonra peyvənd aparılır”.
R.Əliyeva vurğulayıb ki, peyvənddən sonra əmələ gələn ağrı, yüngül qızdırma, temperaturun yüksəlməsi halları tamamilə normaldır: “Həmin narahatlıqlar əsasən 3-5 gün ərzində keçir. Ancaq valideynlər ciddi narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər”.
“Valideynlərin əsasən AKDS peyvəndindən imtina etməsinə səbəb nədir?” sualına gəlincə həkim qeyd edib ki, hələ də vətəndaşlarımız heç bir əsası olmayan fikirlərin təsir dairəsinə düşürlər: “Ümumiyyətlə, müasir səhiyyədə protokollar deyilən anlayış var. Bu nədir və hansı anlam daşıyır? Hansısa internet saytda və ya sosial şəbəkədə yayılan informasiya əsasında yox, məhz tibbi protokollar əsasında mühakimə yürütmək olar. Tibbi protokolları yalnız həkimlər bilir. Bu mənada, belə qaranlıq qalan məsələləri də ilk növbədə həkimlə müzakirə etmək lazımdır. Peyvənddən imtina edən valideynlərin övladlarını gələcəkdə hansı təhlükələr gözləyir? Tutaq ki, peyvənd vurulmayan uşaq məktəbə gedir. Uşağın əlinə paslı mıx batır və ya paslı kəsici alətlə zədələnir. Valideyn dərhal təşvişə düşüb həkimə müraciət edir ki, sizcə uşağıma nə ola bilər? Tetanoz xəstəliyi bulaşa bilər, ya yox? Belə müraciətlər çox olur. Biz də deyirik ki, bu, mümkündür. Bu xəstəlikdən insanlar ölür və ya şikəst qalırlar. Halbuki zamanında peyvənd vurulsaydı, sadəcə yuyulub təmizlənəcəkdi, digər tibbi müdaxilələrə də ehtiyac qalmayacaqdı. Çünki bəzən də peyvənd tapmaq çox çətin olur, bu zaman ortaya problemlər çıxır və nəticə faciəvi olur”.
Pediatr qeyd edib ki, peyvəndlər nə qədər tez vurularsa, xəstəlik riski də bir o qədər az olar: “Bilsək ki, uşaq heç bir zaman xəstəlik tutmayacaq, onda heç peyvənd etmərik. Ancaq biz bilmirik ki, uşaq 6 ayında xəstələnəcək, ya 10 ayında? Ona görə də mümkün qədər qısa müddətdə uşağı tez qorumağa çalışırıq. Peyvənd 3 yaşında da vurula bilər, gec qalmaq deyə bir anlayış yoxdur. Sadəcə doza fərqi var”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

