İllər keçdikcə cənnətə dönən Cəlilabad
02.02.2012 [13:08]
Bu rayonun adı hələ uşaqlıqdan hər birimizə yaxşı bəlli idi. çünki görkəmli sənətkarımız Teymur Mustafayevin ifasında səslənən və bir zamanlar dillər əzbəri olan “Cəlilabad” mahnısını hərdən züm-zümə etməyi xoşlayardıq. Orta məktəbdə oxuyarkən isə üzümçülüyü ilə SSRİ-də ad qazanmış Cəlilabadın, eyni zamanda, Azərbaycanın, o cümlədən, keçmiş ittifaqın İranla sərhəddində yerləşdiyini öyrənmişdik. Bu gün isə Cəlilabad öz inkişafı ilə fərqlənir. Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra respublikanın digər regionları kimi, Cəlilabadda da inkişafın və tərəqqinin əsası qoyulub. Ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyətdə davam etdirilən quruculuq-abadlıq siyasəti nəticəsində isə Cəlilabad da yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu günlərdə Cəlilabadda olarkən biz də həmin inkişafın nəticələrini öz gözlərimizlə gördük. Bu inkişafa görə, ölkə Prezidenti İlham Əliyev cənablarına xüsusi minnətdarlıq edən yerli sakinlər dövlət başçısının son 4 ildə 3 dəfə rayona səfər etməsini də Cəlilabada olan diqqətin nümunəsi kimi dərəyləndirirlər.
Rayon sakinlərinin sözlərinə görə, ölkə başçısı hər səfəri zamanı bu rayonda görülən işlərdən məmnunluğunu bildirib. Bu da təsadüfi deyil. çünki Prezidentin hər səfəri ilə rayonda neçə-neçə mədəniyyət, iaşə obyektləri, vətəndaşlara xidmət göstərəcək müəssisələr əhalinin xidmətinə verilir. Yerli sakinlər onu da vurğulayırlar ki, Cəlilabadda quruculuq və abadlıq işləri 2006-cı ilin avqustundan sonra xüsusilə geniş vüsət alıb. Bunu ötən müddət ərzində həyata keçirilən işlər də təsdiqləyir. Bu barədə bir qədər sonra. Hələlik isə rayonun tarixinə qısa nəzər salaq.
Görkəmli dramaturqun adını daşıyan rayon
Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Belə ki, hazırda rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Tarixi mənbələrə əsasən, indiki Cəlilabad şəhərinin yerində müxtəlif vaxtlarda ciddi dağıntılara məruz qalmasına baxmayaraq XVIII əsrin birinci yarısınadək Həməşəra şəhəri mövcud olub və şəhər sonuncu dəfə 1741-1742- ci illərdə Nadir şahın hücumu nəticəsində tamamilə dağıdılıb. XIX əsrin birinci yarısında rusların məskunlaşması nəticəsində həmin ərazidə Astraxanka adlı yaşayış məskəni salınıb. XX əsrin əvvəllərində xeyriyyəçi kimi tanınan Məşədi Məhəmmədin şəxsi vəsaiti ilə ruslardan alınmış Astraxanka ilə Hasıllı kəndi arasındakı boş ərazidə indiki Cəlilabad şəhərinin bünövrəsi qoyulub və Astarxanbazar adlandırılıb. Cəlilabad rayonu isə 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılıb, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilib. Respublikanın cənub bölgəsində Lənkəran ovalığının şimalı və Muğan düzünün cənubunda yerləşən rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub şərqdən Masallı, cənubdan Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi 1441,4 kvadrat kilometr, əhalisi 197,571 min nəfərdir. Rayonda 30 inzibati ərazi dairəsində və 35 bələdiyyədə birləşmiş 2 şəhər, 117 kənd var. Mərkəzi Cəlilabad şəhəridir.
Abadlıq-quruculuq işləri geniş vüsət alıb
Cəlilabadlılar hazırda rayonda geniş vüsət almış abadlıq-quruculuq işlərindən xüsusi razılıq edirlər. Onların sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq-abadlıq işlərinin müsbət nəticələrindən daha çox bəhrələnən rayonlardan biri də məhz Cəlilabaddır. Bunu 2004-2011- ci illərdə rayon ərazisində tikilən müxtəlif təyinatlı obyektlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, həmçinin, salınan park və istirahət mərkəzləri də təsdiqləyir. Məlumat üçün bildirək ki, bəhs edilən dövr ərzində Cəlilabad şəhərində əlil və şəhid ailələri üçün 2 ədəd 16 mənzilli və 1 ədəd 32 mənzilli yeni yaşayış binası, “Texnika bank”ın, “Xalq bank”ın, “Kred-Aqro bank”ın, “Respublika bankı”nın, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, rayon Maliyyə İdarəsinin inzibati binaları, rayon yanğından mühafizə DEPO-su, 6 saylı Ərazi Vergilər İdarəsinin terminal mərkəzi, Daşınmaz Əmlakın Reyestr Xidmətinin inzibati binası, Şahmat məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, Heydər Əliyev müzeyi, Dövlət bayrağı meydanı, Əhalinin Sosial Müdafiə Mərkəzinin Cəlilabad rayon şöbəsi, Müalicə və diaqnostika mərkəzi, “Tut bağı” istirahət mərkəzi, Cəlilabad şəhərində 100 tonluq dəyirman, 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksi, meşə massivində istirahət zonası, Ocaqlı kəndində şərab zavodu, Uzuntəpə kəndində 20 min tonluq Loqistik gübrə anbarı, Uzuntəpə kəndində baytarlıq məntəqəsi, Uzuntəpə kəndində Gənclər evi, Alar kəndində 2 min tonluq soyuducu kamera və Muğan kəndi ərazisində 2 min tonluq soyuducu kamera tikilərək istifadəyə verilib. Həmçinin, 5 hektar ərazini əhatə edən Heydər Əliyev seyrəngahı, 3 hektar ərazini əhatə edən Heydər Əliyev adına park salınaraq orada ümummilli liderin tuncdan büstü ucaldılıb, avtovağzal yenidən əsaslı surətdə bərpa edilərək müasir arxitektura ilə işlənib. Şəhərdə çörək evi, nişasta, xalçaçılıq, toxuculuq sexləri və konserv zavodu istifadəyə verilib. Bundan başqa, ötən müddət ərzində, Cəlilabad şəhərində quşçuluq fabrikində yenidənqurma işləri aparılıb, rayon istismar qaz idarəsi tikilərək istifadəyə verilib. Hazırda Cəlilabad şəhərində bir sıra obyektlərin tikintisi davam etdirilir.
Onu da deyək ki, ümumiyyətlə, son illər sənaye və ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti genişlənib, rayonda “Ruslan” mebel fabriki, tikinti materialları hazırlayan sexlər və kərpic zavodu, beton-dirəklər sexi, 2 asfaltzavod, həmçinin, digər müəssisələr istifadəyə verilib ki, bu da işsizlik probleminin həllində müstəsna rol oynayır.
Aqrar sahə rayonun inkişafında mühüm yer tutur
Cəlilabad rayonunun iqtisadiyyatında aqrar sahə-xüsusilə də taxılçılıq, kartofçuluq, üzümçülük və heyvandarlıq mühüm yer tutur. Kənd təsərrüfatına yararlı torpaqlar 97 min 359 hektardır. Bunun 65564 hektarı əkin, 983 hektarı çoxillik əkmələr, 2733 hektarı biçənək, 9925 hektarı örüş sahələridir. 574 hektarı dincə qoyulub, 9165 hektarı isə suvarılan torpaqlarıdır. Suvarılan sahələrin 75 faizində dənli bitkilər, 5 faizində texniki bitkilər, 6 faizində bostan bitkiləri və kartof, 14 faizində yem bitkiləri əkilir. 1 dekabr 2011- ci il tarixə olan məlumata əsasən rayonda 114210 ton dənli paxlalılar, 90623 min ton kartof, 1795 ton tərəvəz, 369 ton bostan məhsulu, 216 ton qarğıdalı, 176 ton günəbaxan, 1379 ton meyvə, 5 min ton şəkər çuğunduru, 6862 ton üzüm, 10997 ton ət, 52409 ton süd, 17619,1 min ədəd yumurta, 318 ton yun istehsal edilib. Son illər Fransa, Gürcüstan və Moldovadan gətirilmiş tinglər hesabına üzümlüklərin sahəsi genişləndirilərək 1177 hektara çatdırılıb, 2011-ci ildə 6862 ton üzüm istehsal olunub.
Rayonda heyvandarlıq da inkişaf etdirilib, mal-qaranın cins tərkibi xaricdən gətirilmiş damazlıq heyvanlar hesabına yaxşılaşdırılıb. İribuynuzlu mal-qaranın sayı 98500, davarların sayı 122 min, ev quşlarının sayı 600 min başa çatdırılıb. Quşçuluqla məşğul olan ayrı-ayrı fiziki şəxslərə məxsus 4 sex və illik istehsal gücü 300 min ton olan broyler fabriki fəaliyyət göstərir.
Cəlilabadda da təhsilin inkişafı diqqət mərkəzindədir
Rayonda olanda onu da öyrəndik ki, Cəlilabadda 126 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 18 məktəbəqədər tərbiyyə müəssisəsi var. ümumtəhsil məktəblərindən 74-ü tam orta, 39-u ümumi orta,13-ü ibtidai məktəblərdir. Bundan başqa, rayonda Azərbaycan Müəllimlər İnstitutunun filialı, Astara Pedaqoji Texnikumunun şöbəsi, texniki peşə məktəbi və peşə liseyi fəaliyyət göstərir.
Rayonda təhsilin inkişafına təkan verən amillərdən biri də yeni, müasir standartlara cavab verən məktəblərin tikilməsidir. Belə ki, 2003-2011-ci illər ərzində rayonda 4812 şagird yerlik 14, o cümlədən, Heydər Əliyev Fondunun vəsaiti hesabına 1780 şagird yerlik 5 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bundan əlavə, 7 orta məktəbdə 680 şagirdlik 34 əlavə sinif otağı inşa edilib, 10-a qədər məktəb əsaslı təmir olunub. Qısa müddət ərzində görülən bu işlər əvvəlki 30 ildə icra olunanlardan qat-qat çoxdur. Bu faktın özü Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Cəlilabad rayonunda təhsilə göstərdikləri qayğını əyani şəkildə sübut edir.
Rayonda təhsilin inkişafını göstərən amillərdən biri də şagirdlərin ayrı-ayrı fənlər üzrə respublika olimpiadalarında, rəsm və inşa müsabiqələrində, idman yarışlarında yüksək göstəricilərə nail olmasıdır. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi isə ümumtəhsil sistemində ciddi inkişafa yönələn rəqabətə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin 28 iyun 2011-ci il tarixli Sərəncamına əsasən, Cəlilabad şəhər 1 saylı və 8 saylı məktəb-liseyləri 2011-ci ildə “İlin məktəbi” elan edilib.
Rayonda həmçinin, 1 şahmat məktəbi, 3 uşaq gənclər idman məktəbi, 3 min yerlik stadion, 7 kompleks idman qurğusu, 112 sadə idman qurğusu, 26 idman zalı, 2 atıcılıq tiri fəaliyyət göstərir.
Səhiyyə, mədəniyyət və turizm obyektləri müasir tələblərə cavab verir
Rayon əhalisinə 5 şəhər, 3 kənd sahə xəstəxanası, 28 həkim tibb, 40 tibb məntəqəsi, diaqnostika mərkəzi, özəl “Nuranə” tibb müəssisəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və dezinfeksiya idarəsi tibbi xidmət göstərir. Həmin müəssisələrdə 208 həkim, 659 tibb işçisi çalışır. Cəlilabadda şəhər mədəniyyət sarayı, 18 kənd mədəniyyət evi, 24 klub müəssisəsi, 94 kitabxana, 2 muzey və 1 şəkil qalereyası, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, Heydər Əliyev adına park, akademik Zərifə Əliyeva adına park, şəhər mərkəzi istirahət parkı əhaliyə mədəni xidmət göstərir. 1 uşaq musiqi və 1 uşaq incəsənət məktəbi var.
Rayonda turizmin inkişafı üçün də əlverişli şərait yaradılıb. Belə ki, Heydər Əliyev seyrəngahı, “Tut bağı”, “Kral”, “Ruslan”, “Göl Otel”, “Kəhriz bulaq” kimi istirahət mərkəzləri istifadəyə verilib. Bu isə öz növbəsində rayonun daha da inkişaf etməsinə, həmçinin, xarici turistlər üçün də cəlbedici məkana çevrilməsinə təkan verir.
Bir sözlə, məşhur “Cəlilabad” mahnısında da deyildiyi kimi, illər keçdikcə qoynu cənnətə dönən Cəlilabad regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Cəlilabadlı gənclər Yeni Azərbaycan Partiyasını seçir
Hazırda rayonda “Yeni-gün”, “Münasibət”, “Regionsəs” qəzetləri və “Sözün İşığı” jurnalı dərc olunur. Eyni zamanda, 17 siyasi partiyanın rayon təşkilatı, 25 QHT fəaliyyət göstərir. Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının (YAP) Cəlilabad rayon təşkilatının fəaliyyəti xüsusilə fərqlənir. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən Cəlilabad sakinləri bütün siyasi proseslərdə fəal şəkildə iştirak edir və xalqımızın, dövlətimizin gələcəyinin müəyyənləşməsində aktiv rol oynayırlar. Bunu qəzetimizə açıqlamasında rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı da təsdiqlədi. Onun sözlərinə görə, indiyə qədər keçirilən bütün seçkilərdə ümummilli liderimiz Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdirən Cəlilabad seçiciləri bunu 2010-cu il parlament seçkilərində bir daha təsdiqləyiblər.
Qeyd edək ki, 1993-cü il fevralın 26-da yaradılan YAP Cəlilabad rayon təşkilatı hazırda özündə 89 ərazi ilk partiya təşkilatını və 5600 üzvü birləşdirir. üzvlərdən 1479-u qadın, 1568-i isə gənclərdir. Partiya üzvləri cəmiyyətdə baş verən proseslərin önündə gedir, şəhərin ictimai-siyasi, mədəni, iqtisadi həyatında öz fəallıqları ilə daima seçilirlər. 2011-ci il ərzində 566 nəfər partiya üzvlüyünə qəbul edilib ki, onlardan da 300 nəfəri qadın, 271 nəfəri isə gəncdir.
M.Mirxaslı onu da bildirib ki, ölkənin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərin seçimi məhz Yeni Azərbaycan Partiyasıdır. Bunu rayon təşkilatına üzv olanlar arasında gənclərin üstünlük təşkil etməsi də təsdiqləyir. Bu da təbiidir. çünki, hazırda Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyev cənabları tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilir. O cümlədən, YAP gənclərin öz bacarıqlarını nümayiş etdirmələri üçün onlara hərtərəfli şərait yaradan yeganə partiyadır. Təbii ki, YAP Cəlilabad rayon təşkilatı da öz fəaliyyətini məhz bu istiqamətdə qurub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

