Xaricdə təhsilin mənfiləri
09.02.2024 [10:53]
Diplomlar niyə tanınmır?
G.QABİLQIZI
Son illərdə yeniyetmə və gənclər arasında xaricdə təhsil almaq istəyənlərə tez-tez rast gəlinir. Ancaq həm tələbə, həm də valideynlərin bu marağı bəzən xoş olmayan nəticələrlə sonlanır. Belə ki, tələbələr xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə qarşılaşa bililər. Qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və təsdiqinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
95 diplom tanınmayıb...
Yeri gəlmişkən, ötən günlərdə, yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukrayna 186, Rusiya 171, Türkiyə 149, Gürcüstan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliya 13, Macaristan 7, Polşa 7, Amerika Birləşmiş Ştatları 4, İsveç 4, Qırğızıstan 4, Çin 3, Fransadan 3, Qazaxıstan 3, Belarus 2, Əlcəzair 2, Almaniya1, Belçika 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistan 1, Estoniyadan 1, İspaniya 1, Kipr 1, Litva 1, Malavi 1, Pakistandan 1 müraciət olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınıb.
Qeyd edilib ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.
Səbəb nədir?
Təhsil eksperti Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, xaricdə təhsil almaq istəyən tələbələrin sayı son dövrlər artmaqdadır: “Bunun da başlıca səbəbi ölkəmizdə ali məktəblərə qəbul ola bilməyən şəxslərin müəyyən şirkətlər vasitəsilə xarici iniversitetlərdə attestat vasitəsi ilə qəbulunu həyata keçirmələridir. Bu da qeyri-qanuni yoldur. Belə olduqda onların diplomlarının tanınması ilə bağlı problemlər üzə çıxır. Qanuni yolla qəbul olub beynəlxalq dərəcəli sertifikartlar alan, ölkənin keçirdiyi qəbul imtahanında iştirak edənlərin diplomlarının tanınmasında hər hansı bir problem yaranmır”.
Ekspert qeyd edib ki, əsasən diplomların tanınması probleminə ən çox attestatla qəbul alan şəxslərdə rast gəlinir: “Belə olduğu təqdirdə həmin şəxslər işbazların qurbanına çevrilə bilərlər. Təsadüfi deyil ki, Elm və Təhsil Nazirliyinin tabeliyində təhsildə keyfiyyətlə təminat agentliyi müvafiq olaraq diplomla bağlı sorğuları elan etdiyi zaman biz hər dəfə təqribən 100-150-yə yaxın şəxsin diplomlarının tanınmamasının şahidi oluruq. Bunun da başlıca səbəbi az öncə sadaladığım faktlara əsaslanır. Burada vətəndaşlar diqqətli olmalıdırlar. Qəbul olmaq istədikləri universitetlərin reytinq siyahısında yer alıb-almadıqlarını yoxlamalıdırlar. Təhsil aldıqları ixtisasa ölkəmizin əmək bazarında nə dərəcə ehtiyac duyub-duyulmadığını yoxlamalıdırlar. Hansı dildə təhsil alırlarsa, o dili müəyyən qədər bilməlidirlər”.
Yanlış seçimlər...
E.Əfəndi vurğulayıb ki, xarici ölkələrdə təhsil almaq istəyən şəxslər ixtisasları üzrə müəyyən biliklərə sahib olmalıdılar. “Əyani təhsil aldıqları zaman onların ölkədən giriş-çıxış vaxtları ölkə pasportunda öz əksini tapmalıdır. Vətəndaşlar xaricdə təhsil almaq istədikdə əyani tədrisə önəm verməlidirlər. Çünki distant və qiyabi təhsil birmənalı şəkildə qarşılanmır. Bu amilləri yoxladıqdan sonra onların diplomunun tanınması ilə bağlı bir problem yaranmır”.
Diplomu tanınmayan ali təhsil ocaqları!
Ekspert ölkəmizdə diplomu tanınmayan universitetlərə diqqət çəkərək bildirib ki, bu cür universitetlərin sayı çoxdur, burada konkret olaraq hər hansı bir rəqəm söyləmək mümkün deyil: “Ancaq xüsusilə, bəzi türkdilli və şərq ölkələrinin diplomlarının Azərbaycanda tanınması problemdir. Məsələn, İranın Qum şəhərində yerləşən dini mərkəzləri, Dağıstan Dövlət Universiteti, Cənubi Rusiya Humanitar İnstitutu, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu, Rusiya Dövlət Sosial Universitetinin diplomları Azərbaycanda tanınmır. Bundan başqa, Moskva Dövlət Açıq Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Müasir Humanitar Akademiyası, “YUJDAQ” İnstitutu, Dnepropetrovsk Milli Universiteti, Anadolu Universitetinin diplomunu da qeyd etmək olar”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

