Mötəbər tədbir yaxınlaşır...
28.09.2024 [08:43]
COP29-da ölkəmizə nə qədər turist gələcək?
Məlum olduğu kimi, bu il ölkəmiz olduqca vacib tədbirə ev sahibliyi edəcək. Noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) baş tutacaq. İqlim konfransı çərçivəsində paytaxtımıza on minlərlə qonağın gələcəyi gözlənilir.
Ölkə başçısı ilin əvvəlində təqribən 70-80 min xarici qonağın iki həftə ərzində Azərbaycanda olacağını bildirmişdi. Ötən COP28 tədbirində rəsmi olaraq 70 min qonaq qeydiyyatdan keçmişdi.
70 min qonağı yerləşdirmək imkanımız var?
Xatırladaq ki, Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub. O zamanlar ölkəyə 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ötən ilin iyun ayında isə ümumilikdə, 89 mindən çox xarici turist Bakı otellərinə yerləşib.
Azərbaycan elan edib ki, COP29 tədbiri təxminən 70 min adam tutumlu Bakı Olimpia Stadionunda keçiriləcək. Tədbirlər zamanı stadionun ətraf əraziləri də istifadə olunacaq, zallar quraşdırılacaq.
Turizm sektoru COP29-a necə hazırlaşır?
Bu mötəbər tədbirə turizm sektoru da ciddi hazırlaşır. Texniki və təşkilati baxımdan turizm sənayesinin COP29 kimi mühüm tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə tam hazırlıqlı vəziyyətə gətirilməsi istiqamətində işlər davam edir. Azərbaycana bu tədbirlə əlaqədar səfər edəcək qonaqların rahat yerləşdirilməsi üçün mayın 23-dən vahid onlayn rezervasiya platforması istifadəyə verilib.
Turizm üzrə ekspert Ramin Zamanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Dövlət Turizm Agentliyi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən artıq yerləşmə obyektinin auditini həyata keçirib. Ekspert qeyd edib ki, onlardan 207-si təsnifatdan keçirilərək ulduz dərəcəsi əldə edib: “Təsnifatdan keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün vaxt verilib və onların təkrar auditi davam edir. Agentlik regionlarda fəaliyyət göstərən yerləşmə obyektlərinin də monitorinqini aparıb. Ulduz dərəcələrinin təyin edilməsi ilə bağlı işlərin icrası nəzərdə tutulur”.
Tur bələdçilərinin sayı...
R.Zamanovun sözlərinə görə, xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən hotellərin 2 minə yaxın personalına peşə təlimləri, eləcə də mətbəx idarə edilməsi ilə bağlı təlimlər keçirilir: “Agentlik hotellərdə qastronomiya təlimlərinin keçirilməsi üzrə işləri davam etdirir.
Bundan əlavə, 200 turizm bələdçisinin sertifikatla təmin olunmaları, minə yaxın turizm könüllüsünün müvafiq hotellərə təhkim edilməsi üzrə də tədbirlər keçirilir. Mötəbər tədbirin keçiriləcəyi zaman ölkəmizdə tur bələdçilərinin sayına da xüsusi diqqət yetirilib. Milli park və qoruqların ərazisindəki təbiət və mədəniyyət abidələrində abadlıq işlərinin həyata keçirilməsi, infrastrukturun yenilənməsi, qeyd olunan ərazilərə tur proqramların hazırlanması fəaliyyətləri də davam edir”.
Məsuliyyətli və dayanıqlı turizm potensialı
Ekspert bildirib ki, COP29 Azərbaycanın tarixi, milli-mədəni irsinin tanıdılması ilə yanaşı, ölkəmizin ekoturizm, aqroturizm, məsuliyyətli və dayanıqlı turizm kimi yeni bir sahədə də geniş potensialı haqqında məlumatlarının artırılmasına töhfə verəcək: “Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti tərəfindən COP29 konfransına hazırlıq işləri çərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin olunması istiqamətində bir sıra addımlar atılır. Belə ki, tədbir iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin olunması məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06

