Xınalıq turist marşrutlarına salınacaq...
06.09.2023 [11:12]
Y.Bayramlı
“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolunun əhəmiyyəti qeyd olunub. Bu yoldan yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatları zamanı istifadə edildiyi bildirilib.
Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri var. Sənəd Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Sərəncamın əhəmiyyəti ilə bağlı “Yeni Azərbaycan”a danışan turizm üzrə ekspert Azər Hüseynov bildirib ki, 2007-ci ilin dekabr ayında ölkə başçısı tərəfindən Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edilmişdi. Ekspert qeyd edib ki, Xınalıq dağlıq ərazilərdə yerləşir və dağlıq əraziyə yeni düzənlik ərazilər də qatılır, köç yolu dedikdə həmin yol nəzərdə tutulur: “Məhz bu yol əcdadlarımızın min illərlə istifadə etdiyi yoldur. Ölkə başçısının yeni Sərəncamına əsasən, köç yolu proyekti hazırlanacaq və bu, çox gözəl bir ideyadır. Məsələn, Hacıqabul, Şamaxı, Qobustan kimi düzən ərazilərimizdə maraqlı abidələr var. Hacıqabulda Harami dağında 5 min il yaşı olan tikili aşkar olunub, ətrafında eneolit və neolit dövrünə aid qayaüstü rəsmlər var. Bunların hər biri tarixi-mədəni abidələrimizdir. Bu abidələr rekonsturksiya olunmalıdır, yollar çəkilməlidir. Məsələn, Şamaxıda yerləşən kələxana abidələri var, onlar gözəl memarlıq nümunələridir, amma orada iş aparılmır. Həmin abidələrin tarixi araşdırılıb bizə göstərilmir deyə, biz də turistləri məlumatlandıra bilmirik. Ancaq şəxsi araşdırma nəticəsində informasiyalar əldə edirik”.
A.Hüseynovun fikrincə, sözügedən Sərəncamın imzalanması rayonlarımızda olan tarixi-mədəni abidələrin populyalaşmasına böyük təkan olacaq: “Dövlət sturukturları bununla maraqlanmağa başlayacaq və bizim də müəyyən seçimlərimiz olacaq. Məsələn, mənim turizm sahəsində çalışan biri kimi seçimim olacaq ki, hansı obyektlərə gedək. Eyni zamanda, müxtəlif marşrutlar təşkil etmək imkanı yaranacaq. Azərbaycanın zəngin mədəni-tarixi irsi var. Ona görə də bunların üzərində işləmək lazımdır. Sözsüz ki, Prezidenti Sərəncamı da buna böyük təkan verəcək. Beləliklə, Xınalıqdakı tarixi mədəni abidələrimizin populyarlaşmasına və onların turistik marşrutlara salınmasına şərait yaranacaq”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

