Pakistan mətbuatı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən yazır
02.09.2014 [09:05]
Pakistanın “Daily Pardez”, “Daily Azkaar” qəzetləri və “Pakistan in the world” İnformasiya Agentliyi “Azərbaycan köçkünlərinin acı taleyi” adlı məqalə yayıb.
“Daily Pardez” qəzetinin baş redaktoru Tazin Axtarın müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükələr yaratdığı bildirilir.
Müəllif yazır ki, Ermənistan Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlı ata-baba yurdlarından qovulub və məcburi köçkün vəziyyətinə düşüb. Rəsmi Yerevan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri çoxsaylı qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.
Məqalədə Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyi və ölkə parlamentinin 2012-ci ilin fevralında, 2013-cü oktyabrında bununla bağlı iki qətnamə qəbul etdiyi xatırlanır. Qeyd edilir ki, 1994-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, qoşunların təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması adi hala çevrilib.
Məqalədə bu ilin iyul ayında Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və Həsən Həsənovun Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülməsindən bəhs edilir, bu, etnik təmizləmə siyasətinin davamı kimi qiymətləndirilir.
Onların Ermənistan tərəfinin iddia etdiyi kimi diversant deyil, ata-baba yurdlarını ziyarətə gedən sadə insanlar olduqları bildirilir.
Müəllif Ermənistan müdafiə nazirinin guya saxlanılan şəxslərin bu ölkənin qanunlarını pozmaları ilə bağlı fikirlərini xatırladır və bildirir ki, bu sözlərlə ermənistanlı nazir əslində rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirakını təsdiqləyib. Məqalədə deyilir: “Maraqlıdır beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycanın sərhədləri hüdudunda saxlanılmış şəxslər Ermənistanın qanunvericiliyi ilə necə mühakimə oluna bilər? Məsələnin absurdluğunu dərk edən ermənilər sonralar bu şəxslərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “cinayət məcəlləsi” ilə mühakimə olunacaqlarını bildirdilər”.
Müəllif saxlanılmış azərbaycanlılara qarşı irəli sürülən ittihamların gülünc olduğunu və heç bir məntiqə sığmadığını, Ermənistanın Cenevrə Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu vurğulayır.
Məqalədə erməni əsirliyində olan minlərlə azərbaycanlının taleyi haqqında hələ də heç bir məlumatın olmadığı oxucuların diqqətinə çatdırılır.
Müəllif, həmçinin bu yaxınlarda Karen Petrosyan adlı bir erməninin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə daxil olduğunu, onun əsir düşdüyünü, sonradan məlum olmayan xəstəlik səbəbindən öldüyünü, bu faktla bağlı Beynəlxalq Qırmızı Xaç təşkilatının dərhal məlumatlandırıldığını, müvafiq tibbi ekspertizanın keçirildiyini xatırladır. “Lakin ən maraqlısı odur ki, ermənilərin azərbaycanlılara qarşı qeyri-insani davranışlarına laqeyd qalan bəzi qərb dövlətləri Petrosyanın ölümü ilə bağlı “narahatlıqlarını” bildirdilər. Bu kimi münasibət işğalçıları dolayı yolla həvəsləndirir və mövcud ikili standartları bir daha qabarıq şəkildə nümayiş etdirir”, - deyə yazıda bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

