Avropa Şurasında qəbul olunan sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib
22.10.2014 [09:35]
Bəyannamədə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda mövcud olan münaqişələrin həll edilməsində ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin mütləq olduğu vurğulanıb
Xəbər verildiyi kimi, bir neçə gün öncə Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasının plenar iclasında “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adlı bəyannamə layihəsi ətrafında müzakirələr aparılıb. Konqresin belçikalı üzvü Mark Kulsun hazırladığı sənədin müzakirələrində Azərbaycanın Konqresdəki nümayəndə heyətinin üzvləri, digər xarici həmkarları ilə birgə sənədin 6-cı bəndinə əlavə irəli sürüblər və bu əlavə səs çoxluğu ilə qəbul olunub. Bəyannamə layihəsinin 6-cı bəndinə irəli sürülmüş əlavəyə əsasən, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsinin separatçı hərəkətlərlə üzləşən üzv dövlətlərdə baş verən münaqişələrin sülh yolu ilə həll edilməsi üçün vacib şərt olduğu qeyd edilib. Amma səsvermədən öncə Azərbaycanın Konqresdəki nümayəndə heyətinin təklifi əsasında isə əlavədəki “dövlətlərin” sözü əvəzinə, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın adı salınıb. Ermənistan nümayəndə heyəti üzvlərinin etirazı belə bu təklifin böyük səs çoxluğu ilə qəbuluna mane ola bilməyib. Beləliklə, “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adı altındakı bəyannamə layihəsinin daxilindəki 7-cı bəndində separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldova göstərilsə də, bu düzəlişlərlə layihənin 6-cı bəndində həmin ölkələrlə yanaşı, Azərbaycanın da adı əlavə olunub. Yəni, ölkəmizin təklifləri əsasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda mövcud olan münaqişələrin həll edilməsində ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin mütləq olduğu bəyannamədə vurğulanıb.
Göründüyü kimi, sənəddə Azərbaycan da daxil olmaqla dövlətlərin ərazi bütövlüyü prinsipi qabardılır. Sənəddə ərazi münaqişələrinə separatizm prizmasından yanaşıldığını nəzərə aldıqda, separatizm meyilləri ilə başlayan, daha sonra Ermənistanın birbaşa hərbi iştirakı ilə ərazi işğalına çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də bu xüsusiyyətləri daşıdığını söyləmək olar. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanın işğalçılıq siyasətini də plenar sessiya iştirakçılarının diqqətinə çatdıra bilib. Belə ki, Avropa Şurası üzv dövlətlərinin 300-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən sessiyada AŞ Nazirlər Komitəsində sədrlik edən Azərbaycan hökuməti adından iştirak edən Ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edib. Nazir əvvəlcə ölkəmizin sədrliyi çərçivəsində Avropa üçün aktual olan məsələlər və problemlər barədə danışıb. Çıxış zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan ərazilərimizdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının xüsusi diqqətinə çatdırılıb.
Konqresin iclasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyünə hədələrin müzakirəsi zamanı da Fikrət Məmmədov çıxış edərək BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı 4 qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə Ermənistana qarşı sanksiyaların qəbul edilməsinə çağırıb.
Qeyd edək ki, sözügedən bəyannamə Avropa Şurası nəzdində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ilk sənəd deyil. Məsələn, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsində yüz minlərlə insanın hələ də köçkün vəziyyətdə olması, Azərbaycan ərazisinin bir hissəsinin hələ də erməni silahlı qüvvələrinin işğalı altında olması qeyd edilib. Assambleya, həmçinin, hərbi əməliyyatların və etnik düşmənçiliyin genişmiqyaslı etnik qovulmaya və monoetnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı narahatlığını ifadə edib. Sənəddə BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla yerinə yetirilməsi tələb olunub. Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul olunan 1690 nömrəli tövsiyəsində də Azərbaycanın işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi tələb olunub.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

