Litvalı jurnalist: Avropa Dağlıq Qarabağ münaqişəsi məsələsində ikili standartlar tətbiq edir
20.11.2014 [09:56]
Litvanın www.slaptai.lt internet nəşrində bu portalın baş redaktoru, tanınmış jurnalist Gintaras Visotkasın “Azərbaycanlılar soruşurlar: Avropa ikili standartlardan nə vaxt əl çəkəcək?” sərlövhəli məqaləsi dərc edilib.
Litvalı jurnalist IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanın Xocavənd rayonuna səfərini xatırlayır. Bu səfər barədə onun “Xocavəndə gedən uzun yol” adlı məqaləsi dərc edilib, lakin G.Visotkasın sözlərinə görə, bu səyahətdən aldığı bütün təəssüratları ifadə etmək sadəcə qeyri-mümkündür.
G.Visotkas Xocavənddə olarkən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərovla görüşüb, onlara belə bir sualla müraciət edib: “Azərbaycanlıları nə narahat edir, onların Avropaya, Litvaya ünvanlanmış hansı iradları var”?
Jurnalist eyni sualı Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının üzvü və Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova, hazırda Xocavənddə yaşayan, Dağlıq Qarabağ müharibəsində iki oğlunu itirmiş qaçqın Sevil Əzizovaya da verilib. Jurnalist yazır: “Azərbaycanlıların cavabları iki damla su kimi bir-birinə oxşayır. Onlar əmindirlər ki, Avropa qərəzsiz mövqe tutmur: ermənilərin hətta əsla mübahisə doğurmayan qəbahətlərini güzəştə gedir, belə hallara, necə deyərlər, barmaqarası baxır, azərbaycanlılara isə hər xırda məsələni, hətta onlar tamamilə haqlı olduğu hallarda da, irad tuturlar”.
G.Visotkas əmindir ki, azərbaycanlıların iradlarına qulaq asmaq pis olmazdı. Axı onlar özlərinin işğal edilmiş torpaqlarını yalnız dinc vasitələrlə qaytarmaq istəyirlər, özü də bu torpaqlar orta əsrlərdə yox, cəmi iyirmi il bundan əvvəl işğal edilib.
Portalın baş redaktoru litvalı oxuculara avstriyalı alim Erix Fayqlın 2007-ci ildə çapdan çıxmış “Erməni mifomaniyası” adlı əsəri barədə məlumat verir. G.Visotkas müsəlmanların ermənilərə nə üçün etibar etmək istəməməsi sualına həmin kitabda cavab tapır. Jurnalist bu qənaətə gəlir ki, Avropa hələ Osmanlı İmperiyası dövründə həyasızcasına ikili standartlar tətbiq edir, ermənilərin türklərə və azərbaycanlılara qarşı terror hücumlarını şirnikləndirirdi.
Litvalı jurnalist yazır ki, bəzi avropa dövlətləri erməni terrorizmini pisləməyə çətinlik çəkirlər. Hər halda, çoxsaylı və nüfuzlu erməni diasporunun mövcud olduğu Fransada belədir. Məhz rəsmi Paris erməni xalqına qarşı qondarma soyqırımını tanıyıb. Gintaras Visotkas yazır: “Amma azərbaycanlılar ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı təcavüzünü soyqırım kimi tanınması barədə xahişlə müraciət edəndə fransızlar bu xahişi eşitməzliyə vurdular. Halbuki həmin gün erməni silahlıları Xocalı şəhərinin bütün mülki sakinlərini, uşaqlar da daxil olmaqla, kütləvi şəkildə qırıblar”.
Müəllif yazır ki, Xocalı faciəsinin Fransa parlamentində müzakirəsi “top-tüfənglə” qarşılandı və Fransa Milli Assambleyasının binasında azərbaycanlı tələbələri döydülər, lakin Avropa Femidası bu insidenti də görməzliyə vurdu.
Litvalı jurnalist müqayisə üçün Avropaya heç də baş ucalığı gətirməyən daha bir misal göstərir: erməni general Manvel Qriqoryanın hərbi əsir olan on beş yaşlı bir azərbaycanlını iki ilə yaxın öz evində saxlaması, onun adını dəyişdirib Simon qoyması faktı üzə çıxanda Avropa yenə susub. Buna nə ad verəsən?!
Gintaras Visotkas məqalənin sonunda yazır ki, Avropa bütün bunlara heç bir münasibət bildirmir. Ən başlıcası, Avropanın ikili standartlar tətbiq etməsini irad tutan azərbaycanlılara nə cavab verəsən?
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

