Ərdoğan-Putin görüşü üçtərəfli razılaşmanın icrasına təsir edəcəkmi?
01.10.2021 [15:47]
Ekspertlər hesab edirlər ki, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabrın 29-da Soçi şəhərində keçirilən görüş gündəmin əsas mövzularından biridir. Görüş barədə verilən məlumata görə, müzakirə olunan məsələlər sırasında Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin inkişafı ilə yanaşı Yaxın Şərqdə və Cənubi Qafqazdakı vəziyyət də var. Bəs Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunmasına və ötən il noyabrın 10-da imzalanmış birgə bəyanatın icrasına nə dərəcədə təsir göstərə bilər?
Məsələ ilə bağlı politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirib ki, son illər Rusiya-Türkiyə münasibətləri bir neçə regional mövzularda uzlaşıb və həmin regionlarda sülh və stabillik bu münasibətlərdən çox asılıdır: “Son illər strateji əhəmiyyətinə görə unikal mineral və karbohidrogen ehtiyatları ilə zəngin, Avropa, Asiya və Afrikanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşən Yaxın Şərq regionunda qlobal güclərin nüfuz bölgüsü-mübarizəsi yekunlaşandan sonra növbə bu mübarizənin aparılacağı digər strateji region, nəqliyyat imkanlarına görə strateji regionlara keçəcəkdir. Bu səbəbdən, son illərdə Yaxın Şərq regionundan sonra dünya iqtisadiyyatında mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətləri keçən, qitələrarası enerji nəqli marşrutlarında strateji bənd olan Cənubi Qafqaz regionunda qlobal güclərin nüfuz bölgüsü-mübarizəsi yeni, aqressiv mərhələyə qədəm qoyması gözlənilən idi. Öncəliklə onu qeyd edim ki, Türkiyə-Rusiya münasibətləri son illərdə dünyanın müxtəlif bölgələrində regional problemlərin həllində müsbət rol oynadı, bu regionlara Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz regionlarını nümunə göstərə bilərik. Son illər Rusiya və Türkiyənin Suriya, Liviya, Qarabağ mövzuları ətrafında əməkdaşlığı bu ölkələrin yerləşdiyi regionlarda sülh üçün zəmin rolunu oynayır”.
Politoloqun sözlərinə görə, sentyabrın 29-da Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı müzakirə olunan mövzular Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqaz regionunu əhatə etdi və bu regionlar üzrə iki ölkə arasında tərəfdaşlığın siyasi və ticari-iqtisadi sahələrinin müxtəlif aspektlərinin müzakirəsi baş tutdu: “Əlbəttə, ən həlledici məqam təhlükəsizlik məsələləri idi və bizi bu mövzuda daha çox iki ölkə rəhbərinin Cənubi Qafqaz təhlükəsizlik mövzularının müzakirəsi çərçivəsində Qarabağa dair müzakirələri və bunun ümumi prosesə töhfəsi maraqlıdır. Türkiyə və Rusiya münasibətlərində vacib bənd, iki ölkə rəhbərinin ötən bir ildə ən çox müzakirə etdiyi mövzulardan biri də Qarabağdır. 44 günlük Vətən müharibəsindən sonra üçtərəfli razılaşma ilə Qarabağda təhlükəsizliyə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi quruldu. Onu da qeyd etmək lazımdır ki, Qarabağla bağlı Türkiyə və Rusiya prezidentlərinin açıq və qapalı təmasları mövcuddur, ümumi əməkdaşlıqdan kənarda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bir ilə yaxın fəaliyyəti zamanı bu təmaslar daha da artıb. Ərdoğan-Putin görüşünün Cənubi Qafqazda sabitliyin və nəzərdə tutulan razılaşmaların yerinə yetirilməsi baxımından əhəmiyyətli məqamlardan biri də Rusiya sülhməramlılarının fəaliyyəti və onların razılaşmanın bəndlərini yerinə yetirməsi, razılaşma çərçivəsində öz öhdəlik və məsuliyyətlərinə əməl etməsinin vacibliyidir. Görüşdə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin sürətləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və razılaşdırılmış nəqliyyat dəhlizlərinin reallaşması məsələsi də müzakirə mövzusu olub. Bütün bunları nəzərə alaraq, prezidentlərin görüşünü faydalı hesab edirəm”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Soçidə baş tutan görüşdə liderlər Qarabağla bağlı da fikir mübadiləsi aparıblar: “Kreml sahibi görüşün mətbuat üçün açıq hissəsində Türkiyənin Qarabağ məsələsində müsbət roluna bu cümlə ilə işarə edərək bildirib ki, Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətdir. Vladimir Putin bu əməkdaşlığın sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatı adlandırıb. Beləliklə, Rusiya Prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib”.
Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

