Türkiyənin artan gücü Afinanı qorxuya salıb
14.06.2022 [10:33]
Prezident Ərdoğandan Yunanıstana sərt mesaj
“Türkiyə beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”
Pərviz SADAYOĞLU
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regional reallıqlarla yanaşı geosiyasi qüvvələr balansının da dəyişməsinə səbəb oldu. Ortaya çıxan yeni reallıqlar Türkiyənin regiondakı siyasi rolunu artırmaqla yanaşı, güc mərkəzi statusunda çıxış etməsini şərtləndirdi. Ümumiyyətlə, son dövrlərdə Türkiyənin artan nüfuzu, hərbi müdafiə sənayesinin inkişafı, o cümlədən siyasi proseslərdəki uğurlu rolu rəsmi Ankaranın regional güc mərkəzinə çevrilməsində əsaslı rol oynayıb. Bunun nəticəsidir ki, Ankara, hətta ən çıxılmaz durumlarda belə vasitəçi ölkə kimi tərəflər arasında etimadın təcəssümünə çevrilir. Bu, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı prosesdə də özünü göstərməkdədir. Eyni zamanda, “Şuşa bəyannaməsi” ilə rəsmi strateji müttəfiq statusu qazanan Bakı-Ankara birliyi yeni mərhələdə mühüm siyasi aktora çevrilib. Bu isə bəzi ölkələri narahat edir. Məsələn, Türkiyə ilə zaman-zaman fikir ayrılıqları, hətta münaqişə yaşayan Yunanıstan Türkiyənin regiondakı nüfuzundan açıq şəkildə çəkinir. Bu narahatlıq rəsmi Afinanın bəzi təxribatçı hərəkətləri ilə də müşayiət olunur. Egey dənizində, Aralıq dənizi hövzəsində apardığı siyasət və hərbi manipulyasiyalar isə rəsmi Ankara tərəfindən açıq etirazla qarşılanır. Vurğulayaq ki, Yunanıstan hövzə ərazisindəki bəzi adaları açıq şəkildə silahlandırmaqdadır. Bu isə beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, regiondakı sabitliyə qarşı da təhdid yaradır.
Ərdoğan xəbərdarlıq etdi - ağlını başına yığ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında yunanca mesajlar paylaşaraq Yunanıstana xəbərdarlıq edib. O, bildirib ki, Türkiyə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək. “Türkiyə heç kimin haqqı və hüququnu pozmur, lakin heç kimə də öz haqqı və hüququnu pozmasına da imkan verməyəcək. Ölkəmizin materik ərazisindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Şərqi Aralıq dənizindəki Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin doğruluğunu beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq. Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmaq, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə cəhd etmək sonu fəlakətlə nəticələnəcək səylərdən başqa bir şey deyil”, -deyə Türkiyə lideri bildirib.
Prezident Ərdoğan vurğulayıb ki, Yunanıstan Avropa Birliyinin üzvü olsa da, birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir: “Biz NATO daxilində hər cəhətdən ən yüksək tələbləri qarşılayan bir müttəfiq olaraq, son iki ildə hərbi nümayəndə heyətimizin görüş dəvətlərinə belə cavab verməyən Yunanıstanın təxribatlarını sakitliklə qarşıladıq. Ancaq görürük ki, bizim səbrimiz, soyuqqanlılığımız qarşı tərəfdən yanlış anlaşılır. Biz Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan, peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın. Türkiyə Egeydəki hüquqlarından əl çəkməyəcək və lazım gəldikdə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”.
Rəsmi Afinanın manipulyasiyaları işə yaramır
Yunanıstanın bu kimi təhrikedici və təxribatçı addımları isə ilk deyil. Bu ölkənin hələ 2020-ci ildə adaların silahlandırılması, Şərqi Aralıq dənizində enerji mənbələrinin kəşfiyyatı məsələsində yaratdığı gərginliklər unudulmayıb. Yunanıstan həmin dövrdə silahlandırılmanı, dəniz sərhədinə ordu cəmləşdirilməsini “mühacir axınına qarşı tədbir” kimi qələmə verməyə çalışsa da, bunun Türkiyəyə qarşı olduğu aşkar idi. Guya bu yolla mühacirlərin Avropaya “axınının” qarşısını alacağını söyləyən Yunanıstanın o dövrdə də Türkiyə əleyhinə apardığı fəaliyyət tam ifşa edilmişdi. Həmin vaxt Azərbaycan dövləti də bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirmişdi. 2020-ci il sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman Prezident İlham Əliyev bildirmişdi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Dövlət başçısı vurğulamışdı ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik: “Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Göründüyü kimi, yeni siyasi-hərbi reallıqların nəticəsində Türkiyənin ortaya qoyduğu qəti mövqe, qlobal əməkdaşlığın müh?m hissəsinə çevriləcək uğurlu regional layihələrdə iştirakı, o cümlədən təhlükəsizliyin təmini məsələsində rolu Yunanıstan üçün “yuxusuz gecələrə” çevrilib. Türkiyə öz cənubunda terrorizmə qarşı apardığı uğurlu əməliyyatlarla bir daha gücünü, qüdrətini nümayiş etdirdi. NATO-nun ikinci ən güclü ordusu kimi Türkiyənin qlobal təhlükəsizliyə verdiyi töhfə isə əvəzsizdir.
Türkiyə-Azərbaycan birliyi mənfur “planlar”ın üstündən xətt çəkir
Maraqldır ki, Yunanıstan Türkiyə ilə Azərbaycanın apardığı hərbi təlimlərdən də açıq narahatlıq keçirir. Mayın 31-dən iyunun 9-dək İzmirin Seferihisar bölgəsi sahillərində baş tutmuş Efes təlimləri Türkiyənin dost və müttəfiq ölkələrinin, o cümlədən Azərbaycanın hərbi birləşmələrinin iştirakı ilə baş tutmuşdu. Bu təlimlərdə iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqları yerinə yetirmişdilər. Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətlərini də həyata keçirmişdilər. Bu isə Yunanıstanın “xoşuna gəlməmişdi”. Afina mətbuatı bu təlimlər çərçivəsində xüsusi təyinatlıların Egey dənizindəki Yunanıstan adasına enişi simulyasiyasına etiraz “səsi ucaltmışdı”. Bu ölkənin ProNews saytı təlimlərin “dənizdən düşmənin arxasına keçmək, sahil zolağının təmizlənməsi və düşmənin sahilyanı hərbi obyektlərinin zərərsizləşdirilməsi” ssenarisi üzrə keçirilməsini əsas gətirərək, bu hazırlığı Yunanıstan-Türkiyə silahlı münaqişəsi fonunda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə hərəkətlərinin məşqi kimi qiymətləndirmişdi. Bu isə onu göstərir ki, Türkiyə-Azərbaycan birliyinin hərtərəfli, sarsılmaz inkişafı bəzi “planlar”ın üstündən xətt çəkir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

