Kiyevə səfərin pərdə arxası...
18.06.2022 [11:16]
Avropa liderlərinin Zelenskidən tələbi nə olub?
Pərviz SADAYOĞLU
Avropanın üç aparıcı ölkəsinin liderinin Ukrayna səfəri bir sıra özəllikləri ilə seçildi. Kiyevdə baş tutan görüşlər, səslənən bəyanatlar, o cümlədən qarşıdakı mərhələyə hesablanan bəzi fəaliyyətlər ortaya mühüm suallar çıxarır. Belə ki, bu səfərin “dəstək səfərindən” daha çox, nəbz yoxlamağa hesablandığı ortadadır.
İlk baxışdan bu səfər Ukraynanın Avropa İttifaqı yolunda “irəliləməsi” üçün zəmin, Rusiya ilə hərbi əməliyyatlarda daha uğurla fəaliyyət üçün isə dəstək xarakteri daşımalı idi. Hətta Ukrayna Prezidenti Zelenski də bu səfəri tarixi səfər və görüş adlandırmışdı və Ukraynanın dörd güclü Avropa dövlətinin (Rumıniya da Ukraynanın Aİ-yə üzv olması məsələsində Kiyevi dəstəkləyir) dəstəyini bir anda hiss etdiyini vurğulamışdı: “Xüsusilə də bizim Avropa İttifaqına hərəkətimizə dəstəyi hiss edirik - İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı - və cənab Draqi, Yohannis, Makron və cənab Şolts Ukraynanın namizədliyini dəstəkləyirlər”, - deyə Zelenski bildirmişdi.
Amma bu görüşlərin arxa planında fərqli məsələlər yer aldığı ən qısa müddətdə ortaya çıxdı. Belə ki, iyunun 25-də baş tutacaq G7 ölkələrinin zirvə toplantısı və iyunun 28-də reallaşacaq NATO sammiti öncəsi prosesin hansı istiqamətdə inkişaf etməsi ehtimalları rəsmi Kiyevlə razılaşdırılır. Bu razılaşmalar isə fərqli spektrləri əhatə edir. Yəni, müharibə qaçılmaz da ola bilər. Bununla belə, sülh danışıqlarının da prioritet kimi ortaya çıxması hər an aktualdır.
Sülh qarşılığında Aİ üzvlüyü - Kiyevə yeni təklif
Təbii ki, Ukraynanı narahat edən əsas məsələlərdən biri Avropanın hərbi əməliyyatlarla bağlı mövqeyidir. Daha doğrusu, konkret olaraq Fransa və Almaniyanın Rusiya ilə əlaqələrini davam etdirməsi, enerji daşıyıcılarının idxalı məsələsindən “vaz keçməmələri”, eləcə də Kiyevə açıq hərbi dəstək nümayiş etdirməmələri həm Ukrayna, həm də bu ölkəni dəstəkləyən böyük güclərin narazılığına səbəb olur. Bu mənada, Fransanın dövlət, Almaniya və İtaliyanın isə hökumət başçılarının Kiyevə səfərinin 4 ay gecikməsi də bir sıra mühüm məqamlardan xəbər verir. İndiyə qədər bir sıra dövlətlərin rəhbərləri, hətta ABŞ-ın dövlət katibi və müdafiə naziri, Böyük Britaniyanın baş naziri Kiyevi ziyarət etmişdisə də, Mərkəzi Avropanın təmsilçiləri buna “tələsmirdilər”. Prezident Makron isə səfərin məhz indi baş tutmasını Ukraynanın Avropa İttifaqına üzvlüyə namizədlik müzakirələrilə əlaqələndirir. Qərbin bir sıra siyasi analitikləri isə onu təkzib edirlər. Belə ki, bu səfər çərçivəsində Ukrayna ilə “kompromis yolu”nun tapılması üsullarının araşdırıldığı bildirilir. Hətta edilən təklifin mahiyyəti də bəllidir - əsas müzakirə predmeti olan Ukraynanın Aİ üzvlüyü qarşılığında hərbi əməliyyatların dayandırılması tələbi. Xüsusilə də Makron hər zaman ikibaşlı açıqlamalarında Kiyevi və Qərbi Rusiyanın maraqları ilə hesablaşmağa çağırır. Hətta Ukrayna Daxili işlər nazirinin müşaviri Viktor Andrusiv də bildirmişdi ki, Makron, Şolts və Draqi bizə Avropa İttifaqı üzvlüyünə namizədlik təklifi və Putinlə danışıqlar masasına oturmaq xahişi ilə gəlirlər. Bu ölkə başçılarının hər üçünün imkan düşən kimi, Rusiyanın əhəmiyyətindən danışmaları, müharibəni “Putinin səhvi” kimi dəyərləndirmələri, Ukraynaya hərbi dəstəyi hər vəchlə əngəlləmələri, onun ərazi güzəştlərinə getməsinin qaçılmaz olduğuna dair eyhamları və s. göstərir ki, onların Kiyevə səfəri də dəstəkdən daha çox Zelenskiyə təzyiq məqsədi daşıyır. Yəni, səfər Kiyevi geri çəkilməyə vadar etməyə yönəlib. Ukrayna öz itkiləri ilə “barışmalı” olacaq. Başqa sözlə, ərazi güzəşti əvəzinə Aİ üzvlüyü Kiyevə təklif edilən əsas “çıxış yoludur”. Amma görünən budur ki, Zelenski bu “köhnə-təzə” təklifi dəyərləndirmək fikrində belə deyil. ABŞ-ın “Lend-Liz”i imzalaması, ardından isə 2 milyarda yaxın fərqli silah-sursat dəstəyindən sonra Avropanın fikirləri və təklifləri Kiyev üçün maraqlı deyil.
“Müharibə və hərtərəfli dəstək” - G7 və NATO yeni mərhələyə hazırlaşmalı olacaq
Kiyev səfərində daha bir maraqlı məsələ ortaya çıxıb. Fransa Prezidenti Emmanuel Makron səfər zamanı çıxışında Ukraynanın qələbəsinə qədər bu ölkəni dəstəkləməkdən danışsa da, Almaniyanın kansleri Şolts “Rusiya tərəfindən qoyulan sülhün mümkünsüzlüyünü” bəyan edib. Kansler cavabında belə bir dünyanın mümkünlüyünü “Putinin illüziyası” adlandırıb. Yəni, Almaniya üçün heç də müharibədə kimin qalib gələcəyi maraqlı deyil. Rəsmi Berlin sülhün əldə olunmasının və iqtisadi gərginliklərin aradan qalxmasının tərəfdarıdır. Xatırladaq ki, hələ Rusiya-Ukrayna müharibəsi öncəsi də Almaniya Ukraynaya dəstək bəyanatları yerinə sülhün, daha doğrusu, razılaşmalar üçün “qızıl orta”nın tapılması arzusunda idi. Hətta Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin qəbulunun dayandırılmasında da rəsmi Berlinin “özünəməxsus” xidmətləri olmuşdu. İkinci bir tərəfdən, Almaniyanın bəzi şirkətləri Rusiyadan rublla alverini davam etdirir. Belə olan halda isə, Şoltsun Kiyevdə nə deməyindən asılı olmayaraq, bütün fikirləri qeyri-səmimi görünür.
Beləliklə, Kiyev “Aİ üzvlüyü qarşılığında güzəştlər” təklifini rədd etdi. Bu baxımdan, qarşıdan gələn G7 toplantısının və NATO sammitinin gündəliyi “müharibə və hərtərəfli dəstək” layihəsinin icrasını təmin etməli olacaq...
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

