F-16 istəyirsənsə...
05.10.2022 [10:30]
ABŞ Türkiyəyə şərt qoyur - Ankaranın cavabı necə olacaq?
ABŞ Türkiyəyə qarşı yenidən F-16 manipulyasiyasına başlayıb. Belə ki, ABŞ Konqresinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezdən sonra senator Kris van Hollen də F-16-ların Türkiyəyə şərti satışı və modernləşdirilməsini çətinləşdirmək üçün hərəkətə keçib. Xarici Əlaqələr Komitəsinin üzvü Hollen Pentaqonun 2023-cü il üçün müdafiə büdcəsini ehtiva edən və ABŞ-ın müdafiə xərclərini müəyyən edən “Milli Müdafiə Səlahiyyətləri Aktı”nın (NDAA) qanun layihəsinə daxil edilməsi təklifini Senata təqdim edib. Hollenin təklifində F-16-ların Türkiyəyə satışı və ya modernləşdirilməsi üçün 3 şərt irəli sürülüb. Bu şərtlərdən birincisi Yunanıstan üzərində icazəsiz uçuşlarda istifadə edilməyəcəyidir. İkinci şərt isə həmin təyyarələrin Suriya Demokratik Qüvvələri (SDQ) daxil olmaqla ABŞ-ın İŞİD-ə qarşı səfərbərlikdə müttəfiqlərinə qarşı əməliyyatlarda istifadə olunmamasıdır. Sonuncu şərtə görə isə, satış Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya etmədən həyata keçirilməməsi ilə bağlıdır. Qeyd edək ki, Türkiyə daha əvvəl ABŞ-dan Hərbi Hava Qüvvələrində xidmətdə olan təyyarələr üçün 40 F-16 Block 70 döyüş təyyarəsi və 80 Block 70 təkmilləşdirmə dəsti istəyib.
Madrid sammiti sonrası təzyiqlər gücləndi
Ümumiyyətlə, ABŞ Türkiyəyə qarşı F-16 vasitəsilə təzyiqlərdən mütəmadi şəkildə istifadə edir. Bu ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş F-16 qırıcılarının və F-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləmişdi. Yunan lobbisinə yaxınlığı ilə tanınan Demokrat Kris Pappas və Respublikaçı Frank Pallone tərəfindən təqdim olunan müdafiə büdcəsində F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsi üçün tələbləri sərtləşdirən düzəlişin lehinə 244 əleyhinə 179 deputat səs vermişdi. Prezident Cozef Bayden isə NATO-nun Madriddə keçirilən sammitindən sonrakı mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu demişdi.
Eyni zamanda, ABŞ özünün “qırıcı hədəsi”nin Türkiyənin Rusiya ilə münasibətlərindən qaynaqlandığını da etiraf etmişdi. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bildirmişdi ki, ABŞ F-16 qırıcıları almaq üçün Türkiyədən Rusiya ilə əlaqələri kəsməsini tələb edib. Çünki Vaşinqton öz hərbi texnikasını yalnız ABŞ-ın dəyərlərini paylaşan ölkələrə satacaq. Senator Ankaraya təyyarə satışına etirazını geri götürə biləcəyi şərtləri də sadalamışdı. Bunlar arasında Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin alınması, Yunan adaları üzərində uçuşlar, Türkiyə hakimiyyəti ilə Moskva arasında sıx əlaqələr, jurnalist və vəkillərin həbsi də daxil olmaqla, insan haqlarının pozulması yer alırdı.
Türkiyənin mövqeyi qətidir
Türkiyə isə öz növbəsində, ABŞ-dan asılı olmadığını, hətta bu qırıcılardan imtina edə biləcəyini nümayiş etdirib. Belə ki, sentyabrın 23-də Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir CNN Türk telekanalının efirində deyib ki, ABŞ Türkiyəyə döyüş təyyarələri satmaqdan imtina etsə, Rusiyanın Su-35 qırıcıları Birləşmiş Ştatların F-16 təyyarələrinə alternativ ola bilər. “F-16 qırıcılarının Türkiyəyə satışına dair sövdələşmə baş tutmasa, Ankara Su-35 təyyarələri də daxil olmaqla, müxtəlif alternativləri nəzərdən keçirəcək”, - deyə İsmayıl Dəmir bildirib. Nazir, həmçinin vurğulayıb ki, F-16 təyyarələrinin satışı ilə bağlı müqavilənin bağlanacağına ümid edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxışında bildirmişdi ki, Türkiyə İsveç və Finlandiyanın Madrid zirvəsində imzalanan üçtərəfli memoranduma əsasən üzərilərinə götürdükləri öhdəlikləri həyata keçirib-keçirməməsini yaxından izləyir. Ərdoğan iki ölkənin NATO-ya daxil olmasına dair son qərarı ölkəsi adından Türkiyə Böyük Millət Məclisinin verəcəyini vurğulayıb.
“Türkiyə öz prinsipial mövqeyini davam etdirəcək”
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa bildirib ki, bu məsələdə ABŞ-ın səmimi olmaması açıq-aşkar ortadadır. ABŞ, ilk növbədə, Suriyadakı addımları ilə Türkiyəyə kifayət qədər ciddi zərbə vurub. Onun fikrincə, rəsmi Vaşinqton müttəfiq kimi davranmayıb, əksinə terrorçuları dəstəkləməkdə davam edib: “PKK, PYD qruplarına silah yardımı etməsi, Türkiyəyə qarşı onların qızışdırılması və himayə edilməsi rəsmi Ankara üçün çox ciddi problemlər yaratdı. Amma Türkiyə qətiyyətli dövlət olduğu üçün bunun qarşısını ala bildi. İndiki mərhələdə də Türkiyə öz maraqlarını təmin etmək üçün müəyyən addımlar atmaqda davam edir, anti-terror əməliyyatları gerçəkləşdirir. Yunanıstanla bağlı məsələdə də eyni səmimiyyətsizlik ortadadır. Yunanıstan adalarının beynəlxalq konvensiyaya zidd olaraq silahlandırılması, orada hərbi plastdarmın qurulması Türkiyəyə qarşı birbaşa təhdidedici addımlardır. Türkiyə heç bir ölkəni təhdid etmir, onu təhdid edən ölkələrə qarşı mövqeyini, maraqlarını qoruyur. ABŞ-ın da Yunanıstana bu cür dəstək verməsi, Afinanı təhdid xarakterli addımlar atmağa sövq etməsi, onu stimullaşdırması düşündürücüdü. Bu ABŞ-ın NATO çərçivəsində Türkiyə ilə müttəfiq kimi davranmadığını deməyə əsas verir”.
Finlandiya və İsveç məsələsinə gəldikdə isə, millət vəkili qeyd edib ki, bu iki dövlətin NATO-ya daxil olması üçün Türkiyənin qoyduğu şərtlər bəllidir - terrorçulara dəstək verməmək, himayə etməmək. ABŞ, əslində senator Hollenin vasitəsilə Türkiyənin bu addımına cavab verir - o terrorçular bizim özümüzündür və biz terroru dəstəkləyirik. “ABŞ bununla bildirir ki, bizim üçün doğma və yad terror anlayışı mövcuddur. Görünür İsveç və Finlandiyadakı terrorçular ABŞ üçün doğmadır. Amma söhbət PKK ünsürlərinin Ankaraya təhvil verilməsindən gedirsə, burada Türkiyəyə qarşı hansısa bir davranış sərgiləmək mümkün deyil. Türkiyə bütün hallarda öz prinsipial mövqeyini davam etdirəcək. İnanmıram ki, Ankara hansısa modernləşdirilmiş təyyarələr üçün özünün prinsiplərindən geri duracaq. Bu kimi şərtlərlə Türkiyəni təhdid etmək olmaz. Eyni zamanda, konkret olaraq hansısa bir silah hansısa ölkəyə satılırsa, bu kimi ağır şərtlərlə onun fəaliyyətini məhdudlaşdırmaq olmaz. İrəli sürülən şərtlər Türkiyəyə bu təyyarələrdən öz çevrəsində istifadəni qadağan edir. Bu şərtlər Rusiya ilə bağlı olsaydı, bu daha başadüşülən olardı. İndiki halda bu şərtlər PKK-nın, bütövlükdə terrorun qorunmasına xidmət edən şərtlərdir. Türkiyə bu şərtlərə razılıq verməz”, - deyə F.Mustafa əlavə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

