G7-nin Çin “planı”
20.04.2023 [10:51]
Vaşinqton indi də iqtisadi rıçaqlara əl atır
Qurum bir yandan Tayvan boğazında sülh çağırışı edir, digər yandan...
Yaponiyanın Karuizava şəhərində G7-yə üzv dövlətlərin xarici işlər nazirlərinin 2023-cü ildəki ilk görüşü maraqlı nəticələrlə yekunlaşdı. Qeyd edək ki, hələ toplantıdan öncə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bildirmişdi ki, üç gün davam edəcək tədbir G7 ölkələrində birlik nümayiş etdirmək, onun nümayəndələrinə dostluq və etimad münasibətlərinin möhkəmləndirilməsinə kömək üçün nəzərdə tutulub. Danışıqların əsas mövzuları isə Ukrayna ətrafında vəziyyət və Çin - Tayvan münasibətlərinə həsr ediləcəkdi.
Üç gün davam edən və aprelin 18-də yekunlaşan toplantıdan sonra qəbul edilmiş bəyanat bir daha göstərdi ki, G7 ölkələrinin “vahid Çin” siyasəti ilə bağlı mövqeyi dəyişməz qalıb. Bu fakt G7 dövlətlərinin birgə bəyanatında da qeyd olunub. Bəyanatda bildirilib ki, G7 dövlətləri Tayvan boğazında sülhün tərəfdarıdır. “Biz beynəlxalq ictimaiyyətin təhlükəsizliyi və rifahı üçün vacib element kimi Tayvan boğazında sülh və sabitliyin vacibliyini bir daha təsdiqləyirik və Tayvan boğazının hər iki tərəfindəki problemlərin sülh yolu ilə həllinə çağırırıq. Bəyan edilmiş “vahid Çin” siyasəti də daxil olmaqla, G7 üzvlərinin Tayvanla bağlı əsas mövqelərində heç bir dəyişiklik yoxdur”, - deyə bəyanatda vurğulanır.
Tayvan aktuallaşdırılır...Göründüyü kimi, uzun müddət idi sükut müşahidə edilən Tayvan məsələsi beynəlxalq müstəvidə yenidən aktuallıq qazanır. Bəzi xarici mütəxəssislər ABŞ-ın Tayvanla bağlı açıq eskalasiya tərəfdarı olmadığını iddia etsələr də, Pentaqonun davranışları daha çox ehtiyatlılığa istiqamətlənib. ÇXR-in Hind-Sakit okean sularında ABŞ-ın hökmranlığına meydan oxumaq üçün kifayət qədər böyük donanmasının, eləcə də təyyarələrinin və ballistik raketlərinin varlığı ABŞ-ı hərbi qarşıdurma fikrindən yayındırır.
Vaşinqton öz ənənəvi siyasətindən də çəkinmir - məsələn, aprelin əvvəlində Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin Kaliforniyada Tayvan “prezidenti” Tsai İnq-ven ilə görüşü dünya tərəfindən maraqla qarşılandı. Qeyd edək ki, Makkarti son onilliklərdə ABŞ ərazisində Tayvan lideri ilə görüşən ən yüksək ranqlı dövlət rəsmisi oldu. Makkarti görüşdə Çin təhlükəsinə qarşı Tayvana silah tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulamışdı. Eyni zamanda, Makkarti Tayvan və Amerika arasındakı dostluğu “azad dünya üçün böyük əhəmiyyət kəsb edən məsələ” adlandırmışdı.
Çin G7-ni ölkənin daxili işlərinə qarışmaqda ittiham edir...
Çinin isə Tayvanla bağlı mövqeyi dəyişməzdir - Çin sədri Si Cinpin ötən ay Ümumçin Xalq Nümayəndələri Konqresinin sessiyasında da bildirmişdi ki, Pekin Tayvan məsələsində xarici müdaxiləyə qarşı çıxacaq, Çinin Tayvanla birləşmə prosesini irəlilədəcək. “Vahid Çin” prinsipinə, 1992-ci il konsensusa riayət etmək, Tayvan boğazının iki sahili arasında münasibətlərin dinc inkişafını təşviq etmək, xarici qüvvələrin müdaxiləsinə və Tayvanın “müstəqilliyinə” yönəlmiş separatçı fəaliyyətlərə qəti şəkildə qarşı çıxmaq lazımdır”, - Çin lideri vurğulamışdı.
Qeyd edək ki, Çin tərəfi G7 xarici işlər nazirlərinin toplantısına və qəbul edilmiş bəyanata da laqeyd qalmayıb. Ölkənin Xarici İşlər Nazirliyi “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin Yaponiyada keçirilən görüşünün Pekinə böhtan atmaq məqsədi daşıdığını bildirib. Nazirliyin sözçüsü Vanq Venbin deyib ki, G7-nin xarici işlər nazirlərinin görüşündə Çinin rəsmi mövqeyi və ya obyektiv faktlar nəzərə alınmayıb: “Onlar ölkənin daxili işlərinə qarışaraq, Çinə qarşı şər-böhtan atıblar”.
Yaponiyanın Nikkei Asia qəzeti: ABŞ G7 ölkələrini Çinə birgə
cavab verməyə çağırıb
Çinin bu mövqedən çıxış etməsinə isə səbəblər var. Məsələn, hələ toplantıdan öncə Yaponiyanın Nikkei Asia qəzeti yazmışdı ki, Pekin Vaşinqtonun G7-dəki tərəfdaşlarına qarşı iqtisadi təzyiq fikrinə düşəcəyi halda Çinə qarşı birgə hərəkət planlaşdırılır. Bildirilmişdi ki, ABŞ hökuməti və Konqresi rüsumların artırılması ilə bağlı qanun layihələrini müzakirə edir. Beləliklə, Vaşinqton Çini iqtisadi siyasətindən çəkindirməyə çalışır. “ABŞ G7 ölkələri ilə apardığı işçi səviyyəli danışıqlarda Çinin iqtisadi məcburetmə planlarına birgə cavab verməyə çağırıb. Onlar bu məsələni G7-nin 2023-cü ildə keçiriləcək iclaslarının gündəliyinə daxil etməyi xahiş ediblər”, - deyə nəşr bildirib. Bundan əvvəl məlum olmuşdu ki, G7 ölkələri Rusiyaya hərbi istifadə üçün komponentlər və texnologiyalar tədarük etdiyi iddia edilən Çin, Şimali Koreya və İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Almaniya barışdırıcı mövqedən çıxış edir - yeni görüş yeri Berlin olacaqmı?
Amma münasibətlərin bu qədər irəli getməsi heç kimə, hətta G7 ölkələrinə belə sərf etmir. Bu səbəbdəndir ki, toplantıda iştirak edən dövlətlər, əsasən də Mərkəzi Avropa təmsilçiləri Çin ilə ABŞ arasında konsensusun əldə olunmasının tərəfdarıdır. Aprelin 16-da Almaniyanın xarici işlər naziri Annalena Burbokun Tayvan məsələsini müzakirə etmək üçün ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Çinin xarici işlər naziri Qin Qanq arasında görüşün təşkilinin zəruriliyini bəyan etməsi də buna əsaslanır. “Məncə, bu görüşün yaxın gələcəkdə baş tutması vacibdir”, - deyə Burbok ZDF telekanalına müsahibəsində vurğulayıb. Burbok xatırladıb ki, bu görüş bir müddət öncə planlaşdırılsa da, ABŞ ilə Çin arasında “hava şarı” insidenti üzündən baş tutmamışdı.
Çin tərəfi isə Burbokun bu təklifini Almaniyanın Pekinin mövqeyini dəstəkləməsi kimi qarşılayır. Belə ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmisi Vanq Yi bir müddət öncə Almaniyanın xarici işlər naziri ilə görüşdə bildirmişdi ki, Çin müstəqil xarici siyasət yürütməyə davam edəcək, hər hansı təzyiq və hədə-qorxu cəhdlərinə qarşı çıxacaq. Onun sözlərinə görə, Pekin Almaniyanın Tayvanın Çinə qaytarılmasını dəstəkləyəcəyinə ümid edir. Vanq Yi vurğulamışdı ki, adanın müstəqilliyi tərəfdarlarının separatçı fəaliyyəti regionda təhlükəsizliyi təhdid edir. Burbok isə öz növbəsində Berlinin Tayvan məsələsinin əhəmiyyətini anladığını və “vahid Çin” siyasətinə sadiq qaldığını demişdi.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15

