YAP ölkəmizin ən güclü siyasi təşkilatıdır
13.11.2012 [03:54]
YAP Xətai rayon təşkilatı partiyanın yaranmasının 20 illik yubileyini qeyd edib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı partiyanın 20 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
Tədbiri açan Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçmiş, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib.
YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov bildirib ki, Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi ilə və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranıb.
H.Mirələmov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük uğurlar qazanmaqdadır. YAP Xətai rayon təşkilatının da inkişaf etdiyini deyən H.Mirələmovun sözlərinə görə, hazırda təşkilatın sıralarında 17 min nəfərdən çox partiya üzvü birləşib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov əvvəlcə iştirakçıları YAP-ın yaranmasının 20 illiyi və 12 Noyabr-Konstitusiya Günü münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, ötən 20 il partiyanın şərəf salnaməsi kimi bizim hər birimizin yaşadığı tarixin bir parçasıdır: “Güman edirəm ki, YAP-ın yaranmasının 20 illiyinin ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün gerçəkliyə çevrilmiş Azərbaycandır. YAP öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Ümummilli lider Heydər Əliyevdən və Onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi. 1990-cı illərin əvvəllərində ictimai-siyasi sabitliyin təmin edilməsi, xaos və anarxiyanın aradan qaldırılması xalqımızın istək və arzuları idi. Heydər Əliyev hakimiyyətə qayıdaraq bütün bunları həyata keçirdi. Sonrakı mərhələdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi vacib idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit formalaşdı. Xalqın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Sonrakı dövrlərdə digər məsələlər -Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması və s. bu kimi atılan addımlar Yeni Azərbaycan Partiyasının 20 ildə yaşadığı ayrı-ayrı mərhələlərdir. “YAP 20 illik fəaliyyəti ərzində nəyə nail olub?” sualını cavablandırmalı olsaq, bugünkü Azərbaycanı, reallıqları göstərib, fəxrlə qeyd edə bilərik ki, YAP Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında indiki Azərbaycanı - yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu. Yeni Azərbaycan Partiyasının 20 illik fəaliyyəti dövründə dövlət büdcəmiz 50 dəfə artıb. Dünya tarixində belə bir nümunəni tapıb misal göstərmək asan deyil. Təbii ki, bu, sadəcə bir rəqəm, statistika deyil. Bunlar bizim hər birimizin həyatında baş verən dəyişikliklər, həyatımızın köklü şəkildə yeniləşməsi, insanların həyat səviyyəsinin yüksəlməsidir”.
Əli Əhmədov bildirib ki, insanların rifah halı yaxşılaşdıqca, daha böyük arzular, istəklər yaranır. Ona görə də, bu gün həyata keçirilən siyasətin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, insanlarımızın gələcəklə bağlı istəkləri gündən-günə genişlənir. “Bu gün mən deyərdim ki, Azərbaycan arzusu deyilən bir məfhum meydana gəlib. 1990-cı illərin əvvəllərində insanların hansı durumda olduqları yaddaşlardadır. Onlar sabahla bağlı ümidlərini açıq şəkildə ifadə edə bilmirdilər. İnsanlar həmin günün qayğılarından başqa heç bir arzunu ürəklərində belə formalaşdıra bilmirdilər. Bu gün isə insanların gələcəklə bağlı ümidləri böyükdür. Bunların hamısı Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin və İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirdiyi böyük inkişaf proqramlarının nəticələridir. Gələcəyə ümidlə baxmaq, bu ümidlərdən doğan arzularla yaşamaq və bu ümidlərin mərkəzində duran bir vacib məqam da ondan ibarətdir ki, insanlar aydın şəkildə dərk edirlər ki, hər günümüz əvvəlkindən daha yaxşı olacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
“Əlbəttə, keçdiyimiz 20 illik yol şərəfli tarixdir”, - söyləyən Əli Əhmədov qeyd edib ki, bu tarixdə çətinliklər, məşəqqətlər olub, ancaq Ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində bütün bunlar aradan qaldırılıb. Onun sözlərinə görə, Azərbaycan bu gün dünyanın sürətlə inkişaf edən ölkəsi kimi tanınıb. Bütün bunların hamısı YAP-ın həyata keçirdiyi siyasətin nəticələridir. YAP Sədrinin müavini qarşıda bundan da əzəmətli vəzifələrin dayandığını bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir. Bunları həyata keçirmək üçün ciddi əsaslar var”.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın ən qüdrətli siyasi təşkilatı olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, partiyanın gücünün, qüdrətinin əsasında Heydər Əliyev amili dayanır. “YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri, Prezident İlham Əliyevlə əlaqədardır. 2003-cü ildən bu yana Azərbaycanın çox sürətlə, dinamik inkişafı, modernləşməsi, müasir bir cəmiyyətə çevrilməsi, həyatımızın bütün sahələrində dəyişikliklərin əsasının qoyulması da insanlarda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük inam formalaşdırıb. Bu gücün digər səbəbi də partiyanın 600 minə yaxın üzvünün YAP-ın yaradıcısı Heydər Əliyevin ideyalarına, Ulu öndərimizin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən inanması və partiyanın sıralarında birləşməsi təşkil edir. 600 min insan böyük bir ordu, böyük bir gücdür. Bu da sadəcə bir rəqəm deyil, insanların birləşməsindən yaranan böyük gücdür. Bu qüvvə Azərbaycanın daha da çiçəklənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan sonra da hər fədakarlığı göstərməyə hazır olduğunu bəyan edir. Buna görə də, YAP yaşadığı 20 illik şərəf tarixinə bundan sonra daha böyük qələbələr yazmaq gücündədir. 2013-cü ildə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bu gündən artıq hər kəs 2013-cü il prezident seçkilərində partiyamızın Sədri İlham Əliyevin namizədliyini irəli sürmək barədə böyük iradəsini ortaya qoyub. Bu, əslində, xalqın Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə inamının ifadəsidir. Bu inam da cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində qələbəsinin başlıca mənbəyini təşkil edir” - deyə, YAP-ın İcra katibi qeyd edib.
Əli Əhmədov paytaxt və bölgələrdə həyata keçirilən quruculuq, abadlıq işlərindən də geniş bəhs edərək bildirib ki, Xətai rayonu Bakının ən gözəl rayonlarından biridir. Onun sözlərinə görə, digər rayonlarda müşahidə edilən quruculuq, abadlıq işləri Xətai rayonunda da özünü göstərir: “Bütün bunların hamısı insanların rifahının artması ilə yanaşı, həyatının keyfiyyətinin dəyişməsinə dəlalət edir. Bütün bunların hamısı bütövlükdə Azərbaycanın müasirləşməsinin, yeniləşməsinin, insanların rahat yaşamasının təmin edilməsinə yönəlib. Yeni Azərbaycan Partiyasının başlıca amalı da budur”.
Tədbirdə daha sonra YAP-ın yaranmasının 20 illik münasibətilə Xətai rayon məktəbləri arasında “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan xalqının əbədi lideridir” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin və futbol turnirinin qalibləri mükafatlandırılıb. Eyni zamanda, YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

