Tarixi ədalət yerini tapdı
23.09.2024 [17:54]
Vətənpərvərlik ruhu güclü olan yerdə inam itmir. Gec də olsa həqiqət ortaya çıxır, ədalət yerini tapır. Elə 44 günlük Vətən müharibəsi və ötən il keçirilən antiterror əməliyyatı da bunu sübut etdi. Cənab Prezident İlham Əliyev Qarabağ universitetindəki çıxışı zamanı bu sahəni də xüsusi vurğulayıb, əhəmiyyətindən bəhs edib. “Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. İnam heç vaxt qırılmamalıdır. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır; Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir”. Tarixi gerçəklik budur. Qələbənin təməlində də bu gerçəkliklər durur. Özünə inanan xalq hər çətinlikdən çıxa bilir. Köklü və tarixi ənənələri olan dövlət kimi hər zaman var olur. Bununla yanaşı cəmiyyətdə olan birlik də böyük rol oynayır və bu da bizdə var. 44 günlük müharibə bunu sübut etdi. Hətta bu birlik dünya ictimaiyyətinin belə diqqətin cəlb elədi. Əsas məsələ bir də gəncliyin vətənpərvər ruhda tərbiyə olmasıdır ki, bu da kifayət qədər bizə müharibə və antiterror zamanında başucalığı gətirdi. Məlumdur ki, bu cür gəncliyin yetişməsində ailənin rolu nə qədər böyükdürsə, orta məktəbin, ali təhsil ocaqlarının rolu da bir o qədər önəmlidir. Təhsil müəssisələri həm də hərtərəfli gənclik hazırlamalıdır. Onlar mili ruhda tərbiyə edilməli, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.
Təbii ki, Qarabağ universitetində də belə olacaq. Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti təhsilin öndə gedənlərindən birinə çevriləcək. Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir. Təhsil həmişə dövlətçilik siyasətinin təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var. Dövlətçiliyə dəstək, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, tədrisin keyfiyyəti. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi kimi tanınacaq. Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması həm də işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. 32 il bundan əvvəl erməni faşistlərinin oda qalayıb yer üzündən sildiyi, dinc sakinlərini kütləvi surətdə işgəncələrlə məhv etdiyi Xocalının 10 kilometrliyində bu gün Qarabağ Universitetinin yaradılması soyqırımı qurbanlarının intiqamının alındığının daha bir önəmli göstəricisidir. Bəli, Qarabağ Universitetinin yaradılması doğrudan da tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Bu gün isə ölkəmizin hər bölgəsindən niversitetinin 1200 tələbəsi var. Bu sözün həqiqi mənasında böyük tarixi uğurdur və Qarabağda təhsilin parlaq gələcəyindən xəbər verir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

