YAP İdarə Heyətinin iclası keçirilib
16.12.2024 [19:12]
Dekabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda ilk olaraq Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının avanqard siyasi qüvvə kimi hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini və mühüm qələbələrə imza atdığını, qarşıdan gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib. O bildirib ki, yerli özünüidarəetmə orqanlarında təmsil olunan YAP üzvləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər: “Bununla bərabər, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr durur. Əminəm ki, xalqın iradəsi əsasında yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikrini əsas götürərək ötən dövrün təcrübəsini və yeni dönəmin çağırışlarını nəzərə almaqla bu sahədə məqsədyönlü fəaliyyət göstərəcəklər”.
Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyən edildiyini və onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.
YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək ölkəmizdə ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. O, seçkilərin əhəmiyyətinə toxunaraq YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərin müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışacaqlarına inamını ifadə edib və İdarə Heyətinin üzvlərini həmin namizədləri dəstəkləməyə çağırıb.
Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.
Bundan sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.
İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilmiş etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərinə əminliyini ifadə edərək onlara uğurlar arzulayıb: “İnanırıq ki, 2025-ci il yanvarın 29-da keçiriləcək növbəti bələdiyyə seçkiləri Ulu Öndər Heydər Əliyevin dəyərli mənəvi-siyasi mirası olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasına xalqımızın inam və etimadının növbəti bariz nümunəsi olacaqdır”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53

