YAP Astara rayon təşkilatının növbədənkənar konfransı keçirilib
12.04.2013 [00:56]
Aprelin 10-da Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının növbədənkənar konfransı keçirilib.
Konfrans nümayəndələri və qonaqlar əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar. Konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlayıb.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədr əvəzi Faiq Həsənov partiyanın rayon təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov konfransda çıxış edərək, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideyalarının ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsində mühüm rol oynadığını, güclü və nüfuzlu siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha geniş və uğurla davam etdiyini nəzərə çatdırıb.
Konfransda həmçinin YAP Astara rayon təşkilatının Nəzarət-təftiş qrupunun sədrinin hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında çıxış edən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının fəalları görülmüş işlərin qənaətbəxş hesab edilməsini, Nəzarət-təftiş qrupunun hesabatının nəzərə alınaraq təsdiq edilməsini təklif ediblər. Konfransda təşkilati məsələyə baxılıb, YAP Astara rayon təşkilatının şurası və idarə heyətinin yeni tərkibi seçilib.
Rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini Firudin Əhmədov YAP Astara rayon təşkilatının sədri seçilib.
Konfransda Astara rayon İH-nin başçısı Qəzənfər Ağayev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov və Milli Məclisin deputatı Aslan Cəfərov çıxış edərək, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs ediblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48

