Cənubi Qafqazda uzunmüddətli rifah və inkişaf üçün təməl
21.01.2025 [17:21]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub və iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib.
Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlara söykənən dostluq və əməkdaşlıq bu gün də dinamik şəkildə inkişaf edir. Ölkə başçıları arasındakı ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk olaraq məhz Azərbaycana səfər etməsi də ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Bu görüş iki dövlət arasındakı əlaqələrin strateji dərinliyini və regional əhəmiyyətini bir daha ön plana çıxardı. Dövlət başçımız öz çıxışında tamamilə düzgün olaraq vurğuladı ki, energetika sahəsində Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, cənab Ilham Əliyevin qeyd etdiyi kimi, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək.
Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyması onu göstərir ki, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur. Orta Dəhliz təkcə tranzit və nəqliyyat üçün bir koridor deyil, həm də mədəni və iqtisadi mübadilə üçün yeni imkanlar yaradır. Bu layihə regionun geosiyasi əhəmiyyətini artıraraq Azərbaycanın və Gürcüstanın beynəlxalq arenada mövqelərini gücləndirir.
İrakli Kobaxidzenin ölkəmizə səfəri yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də bu mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. İki dövlət arasında yeni perspektivlərin açılmasına xidmət edən yaşıl enerji, rəqəmsallaşdırma, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq genişləndirilərək regionun inkişafına töhfə verəcəkdir.
Liderlərin görüşündə qeyd edilənlər göstərir ki, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, ümumilikdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Həm iqtisadi, həm də siyasi sabitlik baxımından bu əməkdaşlıq Cənubi Qafqazda uzunmüddətli rifah və inkişaf üçün əsas təməl rolunu oynayır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

