Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan vətəndaşları cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər

Azərbaycan vətəndaşları cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər

26.06.2013 [10:00]

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Nərimanov rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Nərimanov rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib. Bu ilin oktyabr ayında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşmaqdadır. Onun sözlərinə görə, belə görüşlərin məqsədi də seçki kampaniyasının yüksək səviyyədə təşkil olunması ilə əlaqədardır: “Partiyamızın qurultayından keçən müddət ərzində apardığımız müşahidələr göstərir ki, Azərbaycan vətəndaşları, seçicilərimizin mütləq əksəriyyəti cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər. İnsanların bu mövqeyi bizdə belə inam yaradır ki, növbəti prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti partiyamızın Sədri İlham Əliyevə səs verəcək və O, yenidən Azərbaycan Prezidenti seçiləcək. Beləliklə, Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək”.
Əli Əhmədov bildirib ki, partiyamızın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin insanlar tərəfindən dəstəklənməsi çox ciddi əsaslara malikdir. Onun fikrincə, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə son 10 il ərzində Onun rəhbərliyi altında ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrinə qiymət vermiş olurlar. YAP Sədrinin müavini bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhəmiyyətli dəyişikliklər baş verib, ölkəmiz böyük inkişaf yolu keçib: “Bu illər ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçibdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 10 il ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Eyni zamanda, Prezident İlham Əliyevin siyasəti nəticəsində əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Məhz bu siyasət nəticəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Əlbəttə ki, bu inkişafın kökündə dayanan həqiqət Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib”.
Əli Əhmədov bildirib ki, 10-15 il əvvəlki dövrlərlə müqayisədə insanların rifahı xeyli yüksəlib. Onun fikrincə, inkişaf təkcə kəmiyyətdə deyil, keyfiyyətdə də özünü göstərir. Belə ki, həyatın yeni standartları formalaşıb, bu illər ərzində Azərbaycanda əldə olunan ən böyük nailiyyətlərdən biri budur ki, vətəndaşlar yeni həyat standartları içərisində yaşayırlar. “İnsanların həyatının səviyyəsinin artması onların həyatının keyfiyyətində müsbət dəyişikliklər yaradıb, yeni həyat standartlarının yaranmasına gətirib çıxarıb. Vaxtilə Azərbaycanda insanlar yaşamaq haqqında düşünürdülər, indi isə insanlar yaxşı yaşamaq haqqında düşünürlər. Bu iki anlayış arasında böyük fərq var. 1990-cı illərin əvvəllərində Azərbaycan vətəndaşlarını düşündürən bu idi ki, ən zəruri maddi ehtiyaclarını ödəyə bilsinlər. İndi isə insanlar daha yaxşı yaşamaq, daha yaxşı həyat haqqında düşünürlər ki, bunlar bir-birindən tamamilə fərqlidir” - deyən, YAP Sədrinin müavini ölkəmizin bölgələrinin də sürətlə inkişaf etdiyini vurğulayıb. O, bu inkişafın, abadlıq və quruculuq işlərinin Bakının Nərimanov rayonunda da özünü bariz şəkildə göstərdiyini qeyd edib.
Azərbaycan cəmiyyətinin, bütün xalqın qarşıdakı seçkilərə yüksək əhval-ruhiyyə ilə getdiyini deyən Əli Əhmədov qeyd edib ki, ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb: “Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Bu reallıqlar, həmçinin insanların ölkəmizin indiki gerçəkliyini yüksək dəyərləndirməsi, gələcəyə böyük ümidlərlə baxması qarşıdan gələn seçkilərlə əlaqədar həm əhval-ruhiyyəni, həm də insanlarımızın mövqeyini və iradəsini formalaşdırıb. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan cəmiyyətinin formalaşmış mövqeyi YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsindən ibarətdir. Müşahidələrimiz, təhlillər və analizlər birmənalı şəkildə təsdiq edir ki, Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyinin irəli sürülməsini hər bir vətəndaş özünün istək və arzularının reallaşması üçün növbəti şans hesab edirlər”.
YAP İcra katibi qeyd edib ki, istər iqtisadiyyat, istərsə də digər sahələrdə əldə olunan uğurlar insanlarımızın Prezident İlham Əliyevin rəhbərliyinə olan münasibətini formalaşdırıb. Beləliklə də, insanlarımızda qəti inam formalaşıb ki, cənab İlham Əliyevin rəhbərliyi Azərbaycan üçün, hər bir vətəndaş üçün uğurludur. Əli Əhmədov bildirib ki, bunun əsas parametri iqtisadiyyatın inkişafı, əhalinin rifahının yüksəlməsi üçün etibarlı zəminin hazırlanmasından ibarətdir. Onun sözlərinə görə, digər mühüm məqam isə Azərbaycanın müasirləşməsi, yeniləşməsindən ibarətdir. Çünki insanlar həyatının yüksəlməsi ilə yanaşı, bütövlükdə Azərbaycanın yeni bir imicinin formalaşmasını da öz həyatlarının yeni məqamı kimi səciyyələndirirlər. “Hər bir vətəndaş Prezident İlham Əliyevə münasibətini formalaşdırarkən Azərbaycanda sabitlik, əmin-amanlıq kimi çox əhəmiyyətli amillər də göz önünə gəlir. Bu amillər də həlledici rol oynamaqdadır. Əgər bu amil olmasaydı, yəqin ki, iqtisadiyyatın inkişafının insanların rifahının yaxşılaşdırılması üçün təmin etdiyi məqamlar olmazdı. Bəzi ölkələrdə baş verənlər təsdiq edir ki, insan üçün həyatının yaxşılaşmasının o zaman əhəmiyyətli qiyməti olur ki, rifahının yaxşılaşması insanın təhlükəsizliyi ilə birlikdə olsun. Əks halda rifah yaxşılaşması mənasını itirir. O yerdə ki, insanın həyatı təhlükə altındadır, rahatlıq və dinclik yoxdur, şəxsi həyatı heç bir dəyər kəsb etmir. Vaxtilə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün isə Prezident İlham Əliyevin davam etdirdiyi sabitlik, əmin-amanlıq Azərbaycanın həyatının, bugünkü reallıqlarının ən böyük nemətidir. Bu amillər cənab İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə əlaqədar ümumxalq rəyinin formalaşmasının kökündə dayanır. Bu, bizim həyatımızın reallığıdır. Eyni zamanda, bu məqamlar insanlarımızın gələcəyə ümidlə baxmasını da şərtləndirir. Bunun kökündə də Prezident İlham Əliyevin siyasəti, bu siyasətin etibarlı dayaqlar üzərində qərar tutması dayanır. Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi bütün parametrlər üzrə yenə də Azərbaycanın davamlı inkişafının təmin edilməsi olacaq, yenə əmin-amanlıq, sabitlik olacaq və daha da güclənəcək. İqtisadi inkişaf nəticəsində insanların rifahı daha da yaxşılaşacaq. Yenə də, Azərbaycanın modernləşməsi xətti uğurla həyata keçiriləcək, ölkəmiz daha da gözəlləşəcək, simasını dəyişəcək və hər bir insan üçün yaşamaq daha rahat olacaq. İnsanlar dərk edir və inanır ki, bütün bu dəyərlər Prezident İlham Əliyevin siyasəti ilə əlaqədardır. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti növbəti beş ildə İlham Əliyevin Prezidentliyini Azərbaycanın qarşıdakı illərdə inkişafının həlledici şərti hesab edirlər. Bütün bunlardan çıxış edərək YAP olaraq biz də hesab edirik ki, Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəklər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyən YAP İcra katibi qeyd edib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi, ölkəmizin simasının dəyişdirilməsi, mənəvi sahədə olan yüksəlişlər, dövlətimizin dünya birliyində mövqeyinin möhkəmlənməsi, regionda lider dövlətə çevrilməsi və digər amillərin hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. “Beləliklə də, əzəmətli və möhtəşəm inkişaf mənzərəsi gözümüzün qarşısında canlanır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının başlıca mənzərəsi bu göstəricilərdən ibarətdir. Təbii ki, bu, Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir. Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarının əhval-ruhiyəsini müəyyənləşdirib. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. İnsanlar indiyədək qazanılan uğurlarla yanaşı, qarşıdakı illərdə də nailiyyətlərin davam etməsini arzulayır və bunu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə görürlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası olaraq bizim üzərimizə çox ciddi və məsuliyyətli vəzifələr düşür. Onun sözlərinə görə, xüsusilə YAP-ın şəhər və rayon təşkilatlarının nəzdində fəaliyyət göstərən ilk partiya təşkilatlarının bu məsuliyyətdə payı var: “YAP-ın sıralarında 7 mindən çox ilk partiya təşkilatı fəaliyyət göstərir və bu böyük gücdür. Bu potensialdan səmərəli şəkildə istifadə edilməsi bütövlükdə, YAP-ın hər bir üzvünün seçki kampaniyasına cəlb edilməsi üçün böyük imkanlar yaradır”.
Əli Əhmədov qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarının rəhbərlərinə müvafiq tövsiyələr verib.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev iştirak edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1246 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30