Milli maraqlara əsaslanan uğurlu xarici siyasət
12.03.2025 [16:57]
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir. Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub və fəaliyyəti ilə bunu sübut edərək parlaq nümunə sərgiləyib. Düşünülmüş addımlara, düzgün qurulan strategiyaya əsaslanan xarici siyasətin nəticəsi olaraq Azərbaycana maraq günbəgün artır.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmiz yüksək iqtisadi göstəricilərə malik sabitlik adası olaraq dünyanın diqqət mərkəzindədir. Rəsmi Bakının təşəbbüsü ilə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP və digər nəhəng layihələr ölkəmizin qlobal iqtisadiyyatda çəkisini artırmaqla bərabər, təhlükəsizliyə önəmli töhfələr verir. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri də qeyd edilənlərin təsdiqi olaraq diqqət çəkir.
Onu da qeyd edək ki, respublikamız ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulub. Azərbaycan digər Balkan dövlətləri kimi Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi önəm verir. Eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan – Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da əməkdaşlığın dərinləşməsi üçün olduqca səmərəlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır və ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Xanım Prezidentin ölkəmizə ikinci səfəri bunun parlaq ifadəsidir. Bununla paralel olaraq dövlətimizin başçısının vurğuladığı kimi, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməli, müvafiq dövlət qurumları isə təbii olaraq sıx təmasda olmalıdırlar. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Ölkəmizin rəhbəri ali qonağın XII Qlobal Bakı Forumunda iştirak edəcəyini də yüksək qiymətləndirib. Azərbaycan lideri vacib bir məqama toxunaraq qeyd etdi ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Keçən ilin sonlarından etibarən Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Bu il artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcək və gələcəkdə ölkəmiz lazım olan həcmdə qaz təchizatını artıra bilər. Azərbaycan artıq 12 ölkəyə təbii qaz ixrac edir və bunların 10-u Avropa ölkəsidir.
Beləliklə, Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri mühüm məqamlarla yadda qaldı. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan həm iqtisadi imkanlarına, həm də beynəlxalq düzəndə yürütdüyü siyasətə görə etibarlı ölkədir. Bu etimadı dövlətimiz Prezident İlham Əliyevin bütün məsələlərdə beynəlxalq hüquqa və sülhə yönəlik dəyişməz siyasəti ilə qazanıb. Prezident Qordana Silyanovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan həm geosiyasi səhnədə səmərəli fəaliyyəti ilə seçilərək diqqət çəkir, həm də Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından son dərəcə maraqlı tərəfdaşa çevrilir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan dünən olduğu kimi, bu gün də beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayrı-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin təkcə son vaxtlarda bir sıra ölkələrin rəsmi şəxslərini respublikamıza səfərləri çərçivəsində qəbul edərkən səsləndirilən fikirlər, eləcə də dövlətimizin başçısına ünvanlanan təbrik məktublarında, telefon zənglərində ifadə olunan münasibətlər yuxarıda qeyd olunanları bir daha təsdiqləyir. Bu, əslində, dövlətimizin başçısının haqq-ədalət uğrunda mübarizəsinin təntənəsi, yürütdüyü müstəqil siyasətin məntiqi sonluğu kimi diqqət çəkir.
Ən əsası, Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

