Novruz bayramında ölkəmizin hər yerində Azərbaycan Bayrağı dalğalanır
17.03.2025 [16:40]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan xalqının tarixində, mədəniyyətində qədim izləri olan əlamətdar hadisələrdən biri də Novruz Bayramıdır. Zaman-zaman torpaqlarımızda hakim olmaq istəyən yad mədəniyyətlər bu bayramı xalqımıza unutdurmaq, onu kənar mədəniyyətlərin nümunəsi kimi təqdim etmək üçün bütün yollara əl atdılar. Lakin genetik yaddaşımız, böyük mədəniyyətimizin ölməz kodları buna heç vaxt imkan vermədi.
Sonuncu belə cəhd sovet hakimiyyəti illərində bu əziz bayramın keçirilməsinə qadağa qoyulması idi. Azərbaycan xalqının türk-müsəlman və şərqli bir toplum olduğunu onun yaddaşından silmək istəsələr də, buna nail ola bilmədilər. Ötən əsrin 60-cı illərin sonlarından respublikaya rəhbərlik edən milli qüvvələrin sayəsində Novruz bayramı yenidən ümummilli səviyyədə qeyd olunmağa başladı. Həmin illərdə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev sonralar bu bayramın əhəmiyyəti haqqında deyirdi: “Bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.
Onun Azərbaycan üçün gördüyü əvəzsiz işləri davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Artıq neçə ildir ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş Qarabağ torpaqlarında qeyd olunur. Minillərdir o torpaqlarda hakim olmuş mədəniyyət yenidən öz yuvasına geri dönüb.
Prezident İlham Əliyev Vətən Müharibəsindən sonrakı ilk Novruz bayramı günlərində – 20 mart 2021-ci il tarixində xalqımızı Şuşadan təbrik edərək, deyirdi: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik”.
Azərbaycan Prezidenti 20 mart 2022-ci il tarixində Suqovuşanda, 18 mart 2023-cü il tarixində Talışda, 18 mart 2024-cü il tarixində Xankəndidə Novruz tonqalını yandıraraq, xalqımızı təbrik etmiş və bildirmişdi ki, xalqımız əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmiş bir gənclik yetişdirdi. Həmin gənclər Azərbaycan Ordusunun əsgər və zabitləri kimi torpaqlarımız üzərində dövlətimizin suverenliyini bərpa etdilər.
Bu günlərdə ölkəmiz və xalqımız öz tarixinin ən qədim bayramlarından olan Novruzu qeyd edir. Azərbaycan Respublikasının üçrəngli bayrağının altında, bərpa olunmuş sərhədlərimizin daxilində növbəti sevincli günləri yaşayırıq. Lakin onu da unutmaq olmaz ki, bu böyük bayramın sərhədləri daha genişdir, dünyanın hər yerində yaşayan azərbaycanlılar da bu Vətənin bir parçası kimi əzəmətli bayramı bizimlə birgə qeyd edirlər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

