Azərbaycan oftalmologiya elmi məktəbinin banisi
14.04.2025 [20:31]
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Elə şəxslər var ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır.
Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə qədim Naxçıvanın Şahtaxtı kəndində böyük alim, həkim və ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. 1942-ci ildə Bakıda orta təhsilini bitirdiyi dövrdə II Dünya müharibəsi bütün dəhşəti ilə davam edir, ölkədə tibbi kadrlara ehtiyac gündən-günə artırdı. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil aldığı illərdə fitri istedadı və dərin savadı, əməksevərliyi, elmi biliklərə və tədqiqatlara böyük maraq göstərməsi ilə seçilən Zərifə Əliyeva 1947-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisas kursu keçir, SSRİ-nin bu nüfuzlu elm müəssisəsində öz biliklərini xeyli zənginləşdirir, təcrübə qazanır.
Zərifə Əliyeva 1949-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ordinator kimi əmək fəaliyyətinə başlayır. 1953-cü ildə həmin institutun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycanda traxoma ilə mübarizə üzrə müalicə-profilaktika tədbirlərinin təşkilində və həyata keçirilməsində fəal iştirak edir.
Zərifə Əliyevanın müvafiq istiqamətdə apardığı tədqiqatların mühüm nəticələri 1959-cu ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasında öz əksini tapır.
Zərifə xanım 1960-1967-ci illərdə Göz Xəstəlikləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, tədqiqatlarını daha da dərinləşdirir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən “Oftalmologiya” ixtisası üzrə baş elmi işçi elmi adı verilmiş alimin hazırladığı, ciddi əsaslı tədqiqatlarla effektivliyini həm nəzəri, həm də praktiki şəkildə isbat etdiyi müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində əhəmiyyətli rol oynamışdır. Bu, Azərbaycan xalqı qarşısında onun ən böyük xidmətlərindən biri hesab edilə bilər.
Zərifə Əliyeva 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə dəvət olunur, 1969-cu ildən burada Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, 1977-1979-cu illərdə kafedranın professor əvəzi, 1979-1982-ci illərdə professoru, 1982-1985-ci illərdə müdiri vəzifələrində çalışır.
Zərifə Əliyeva 1976-cı ildə Moskvada, nüfuzlu elmi mərkəz kimi tanınan M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1977-ci ildə SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi dərəcəsi, 1979-cu ildə Göz xəstəlikləri kafedrası üzrə professor elmi adı verilir.
Elmi və elmi-təşkilati fəaliyyətində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlər, onların sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq, professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.
Görkəmli alim 200-ə qədər elmi əsərin, o cümlədən oftalmoloqların stolüstü kitablarına çevrilmiş 14 monoqrafiyanın, eləcə də geniş istifadə olunan 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elminə dəyərli töhfələr vermişdir.
Yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmiş, özünəməxsus məktəb yaratmış akademik Zərifə Əliyevanın birbaşa rəhbərliyi ilə gənc alim və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

