Yeni dünya nizamında azərbaycanın yeri və mövqeyi danılmazdır
15.04.2025 [21:53]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı və iştirakçıların suallarına cavabları mövcud mürəkkəb beynəlxalq münasibətlər və siyasi çaxnaşmalar fonunda Azərbaycan reallıqlarının obyektiv dəyərləndirilməsi üçün mükəmməl vasitədir. Azərbaycan öz müstəqillik tarixi ərzində bu prinsiplərə sadiq qalaraq 30 ilə yaxın davam edən işğala son qoydu və beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bu fakt yeni dünya nizamının qurulmasında güc və ədalətin uzlaşmasının mümkünlüyünü göstərən real nümunə oldu.
Prezidentin çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın regional lider və qlobal aktor kimi mövqeyinin gücləndiyini təsdiqləyir.Azərbaycanın enerji, logistika, diplomatiya və təhlükəsizlik sahəsindəki fəaliyyəti onu yalnız region üçün deyil, bütövlükdə Avrasiya üçün əvəzsiz tərəfdaşa çevirir. Bu baxımdan, Azərbaycanın nəzərə alınmaması artıq mümkün deyil – bunu anlamaq üçün sadəcə xəritəyə baxmaq kifayətdir.Müasir dövrün qlobal reallıqları fonunda ölkəmiz regional əməkdaşlıq, dünya siyasətində və beynəlxalq münasibətlər sistemində getdikcə daha da əhəmiyyətli mövqe tutur. Forumun keçirilməsi dünya düzəninin sürətlə dəyişdiyi, geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrə təsadüf edir.Müasir çağırışlara cavab axtaran ölkələr və beynəlxalq qurumlar yeni əməkdaşlıq formatları yaratmağa çalışır.Məhz belə bir məqamda keçirilən bu forum, qlobal məsələlərin açıq dialoq şəraitində müzakirəsi üçün mühüm platforma oldu.Bu gün beynəlxalq arenada bir çox ölkələr, o cümlədən aparıcı güc aktorları Azərbaycanın bu mövqeyini təqdir edir, onun təşəbbüslərinə önəm verir və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Beləliklə, Azərbaycan regional əməkdaşlığın mühüm təməl daşına çevrilməklə, dünya siyasətində özünəməxsus yerini daha da möhkəmləndirmiş olur.Cənab İlham Əliyev Azərbaycanın tarixi ərazilərinin azad edilməsi ilə bağlı mövzuya toxunaraq qondarma Qarabağ probleminin tarixi kökləri barədə forum iştirakçılarını məlumatlandırmaqla yanaşı Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpasının unikal presedent olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.Geosiyasi və geoiqtisadi statusu artan ölkəmiz yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir.Azərbaycan Avropa və Asiya arasında, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşir.Ölkəmiz dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycanın qlobal sülhə töhfələri təqdir edilir.Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci ziyarətləri idi. Bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.Müasir infrastrukturun qurulması isə heç şübhəsiz ki, ağıllı idarəçilikdən, gəlirlərin səmərəli xərclənməsini təmin etmək bacarığından asılıdır. Dünyaya açıqlıq. Azərbaycanı beynəlxalq aləmə təqdim edən amillər sırasında ölkəmizin dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də ekoloji tarazlığın təmin olunmasına, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinə, qlobal problemlərin həllinə əhəmiyyətli töhfələr verməsini də xüsusi qeyd etməliyik. Bütün bu qeyd etdiklərimizdir ki, Azərbaycanı əvəzolunmaz ölkəyə çevirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın balanslaşdırılmış xarici siyasətindən, enerji təhlükəsizliyinə verdiyi töhfədən və regional sabitlik üçün gördüyü işlərdən geniş bəhs etdi.O vurğuladı ki, Azərbaycan öz milli maraqlarını təmin etməklə yanaşı, beynəlxalq əməkdaşlığa açıq olan, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi tanınır. Bugünkü dünyada öz yerini möhkəmləndirmək istəyən hər bir dövlət praqmatik və uzaqgörən siyasət yürütməlidir.Azərbaycan məhz bu yolla irəliləyir.Bununla yanaşı, bəzi ölkələrin Azərbaycanı regionda uzunmüddətli əməkdaşlıqdan ayırmaq cəhdləri, əslində Cənubi Qafqazda sülhə və inteqrasiyaya qarşı məqsədli addımlar kimi dəyərləndirilə bilər. Bu ölkələr müxtəlif siyasi maraqlarla regionda parçalanma siyasəti yürüdür,Azərbaycanın artan nüfuzunu və müstəqil siyasi xəttini öz maraqları üçün təhlükə hesab edirlər. Azərbaycan isə əksinə, bölgədə uzunmüddətli əməkdaşlıq, qarşılıqlı iqtisadi fayda və dayanıqlı sülh naminə təşəbbüslərlə çıxış edir.
Fransanın ermənipərəst siyasəti, İranın ziddiyyətli mövqeləri, Qərbin Ermənistanı alətə çevirməsi, bütün bunlar bir məqsədə xidmət edir.Bölgədə birlik və əməkdaşlıq düşüncəsini boğmaq.Amma bu düşüncəni boğmaq mümkün deyil.Çünki bu artıq xalqların öz seçimidir, dövlətlərin öz marağıdır.Zəngəzur dəhlizi sadəcə bir yol deyil, gələcəyə aparan körpüdür.Türk Dövlətləri Təşkilatı sadəcə regional blok deyil, Cənubi Qafqaz üçün alternativ inkişaf modelidir.Sülh müqaviləsi isə sadəcə bir sənəd deyil, regionun taleyini dəyişəcək tarixi fürsətdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

