Qazaxda Akademik Zərifə xanım Əliyevanın Anım günü ilə əlaqədar tədbir keçirildi
15.04.2025 [17:30]
15 aprel 2025-ci il tarixdə YAP Qazax rayon təşkilatının, Qazax rayon İcra Hakimiyyətinin və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın Anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda tədbir keçirildi.
Qazax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Zərifə xanım Əliyevaya həsr edilmiş film nümayiş etdirildi.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyətindən ətraflı danışdı. Bildirdi ki, Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, zəngin elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxışında bildirdi ki, xalqımızın yaddaşında əbədi qalan, hər zaman böyük hörmətlə anılan görkəmli şəxsiyyətlərdən biri də həkim - oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevadır. Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olan Zərifə xanımı hələ sağlığında əfsanələşdirmişdir. Zərifə xanım həm də qayğıkeş ana, vəfalı bir ömür - gün yoldaşı idi. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə dəstək olmuşdur. Rayon təşkilatının sədri onu da qeyd etdi ki, Ümummilli Liderimiz, Dahi Rəhbərimiz Heydər Əliyev də, hörmətli Akademik Zərifə xanım Əliyeva da xoşbəxt insanlar olublar ki, onlar müdrik xalqımız tərəfindən hər zaman böyük hörmət və ehtiramla yad edilir, onların əziz xatirəsi həmişə uca tutulur.
Tədbirdə Qazax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, təqaüddə olan həkim Sevda Məmmədova, həkim - oftalmoloq Məlahət Mustafayeva, həkim - nefroloq Cahanə Xasməmmədova, həkim otolorenqoloq Gültac Qədimalıyeva Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti ilə bağlı ətraflı çıxış etdilər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48

