Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir
27.05.2025 [15:27]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Azərbaycan istiqlal müjdəsi ilə bütün Qafqaza isıq saçdı. 1918-ci ildə istiqlaliyyətimizin elanı Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutsa da, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Vətəndə böyük coşqu ilə qarşılandı. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti o dövrün məhdud imkanları ilə miqyasına görə o qədər böyük işlər gördü ki, qısa müddət ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Sovet rejimi nə qədər çalışsa da, müstəqil dövlətimizin izlərini tarixdən silə bilmədi. Həmin gerçəkliyin nəticəsi idi ki, sovet dövləti laxlayan kimi müstəqil dövlətimizin bayrağı da, gerbi də, himni də ortaya çıxdı. Lakin müstəqilliyin bərpası ərəfəsində Azərbaycana rəhbərlik edənlər “bolşeviklərin varisləri” kimi, üçrəngli bayrağımızdan da, gerbimizdən də, dahi Üzeyir Hacıbəylinin istiqlal şairi Əhməd Cavadın sözlərinə bəstələdiyi himnimizdən də qorxurdular. Xalqımızın dahi oğlu, Ulu Öndər Heydər Əliyev həmin, sovet reyiminin laxladığı dövrdə heç nədən qorxmadı. 20 Yanvar qətliamından sonra Moskvadan Bakıya qayıdan, lakin burada ona qarşı törədilən ciddi maneələrdən sonra Naxçıvana üz tutan Ümummilli Lideri doğma yurdu bağrına basdı. Belə ki, Ulu Öndər 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və 1993-cü ilədək bu vəzifədə çalışdı. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Sovetində təmsil olunan xalqın ağsaqqalı və dahi şəxsiyyəti Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, mərkəzi qanunvericilik hakimiyyəti qarşısında milli rəmzlərimizin qəbul edilməsi üçün vəsatət qaldırılmışdı. 1991-ci ildə SSRİ-də yaranan vəziyyəti düzgün qiymətləndirməyən respublika rəhbərliyi bu məsələlərdə ciddi müqavimət göstərsə də, sonradan reallığı qəbul etməyə məcbur qaldı. Son nəticədə 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası baş tutdu.
Müstəqilliyin bərpasından sonra hakimiyyətdə olan və daha sonra iqtidara yiyələnənlər müstəqil Azərabycan Respublikasının 28 may 1918-ci ildə elan edilən, iki ilə yaxın mövcud olan, bolşevik işğalı və basqısı ilə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qəbul etsələrdə də, bir çox hallarda tarixi varisçilik prinsipinə əməl etmirdilər. Bu durum müstəqilliyin bərpasından tutmuş silahlı qüvvələr gününün qeyd edilməsinə qədər bir çox ciddi tarixi hadisələrdə özünü göstərirdi. Həmin ziddiyyətli məsələlər yalnız Ümummilli Lider müstəqil Azərbaycana başçılıq etdiyi dövrdə həllini tapdı.
Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər yenidən hakimiyyətin yüksək pilləsinə qalxanda müstəqilliyimizin 75-ci illiyi tamam olmuşdu. 1993-cü ilin yazında Azərbaycan ya məhv olmalı, ya da mövcudluğunu qorumalı idi. Xalqın təkidli tələbi həmin çətin dövrdə Ulu Öndəri Naxçıvandan Bakıya gəlməyə və vətəndaş müharibəsinin qarşısını almağa səfərbər etdi. Bu minvalla ölkəmizdə müqəddəs qurtuluş dastanı yazılmağı başladı. Müəllifi Ulu Öndər olan bu əfsanə Azərbaycanı uğurdan-uğura aparır.
Müstəqilliyimizin bərpasından sonra bir çox tarixi hadisələrə qiymət verilməsində ciddi yanlışlıqlar olmuşdu. Buna görə də 2021-ci ildə müstəqillik və müstəqilliyin bərpası ilə bağlı qanunu müzakirə edən Milli Məclis “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Prezidentimiz cənab İlham Əliyev tərəfindən 15 oktyabr 2021-ci il tarixində təsdiq edilən qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Artıq xalqımız mayın 28-ni Müstəqillik Günü kimi qeyd edir.
Müstəqil Azərbaycanın Qalib Lideri İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhzc Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”
Bu gün xalqımız fəxr edir ki, Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa edən Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

