Zirvə görüşünün məhz Laçında keçirilməsi özü-özlüyündə tarixi mesajdır
02.06.2025 [19:08]
28 May Müstəqillik Günü münasibətilə Laçında keçirilən bayram tədbirində Prezident İlham Əliyev çıxışına bu səmimi fikirləri ilə başladı:
“İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür".
Məhz 28 May- Azərbaycanın Müstəqillik Günündə 3 qardaş ölkənin rəhbərlərinin görüşməsi bayramı bizimlə bir yerdə qeyd etmək üçün azad Laçına gəlmələri və birlikdə dünyaya mesajların verilməsi sarsılmaz birliyimizin təsdiqidir. Laçında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistanın dövlət başçılarının sayca ikinci Zirvə görüşü və Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirak tarixi rəmzi xarakter daşımaqla strateji əhəmiyyətə malik hadisədir.
Təbii ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi də böyük rəmzi məna daşıyır. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesinin konkret nəticələri fonunda reallaşan Laçın Zirvə görüşü regionda yaranmış yeni geosiyasi reallıqların təsdiqi nöqteyi-nəzərindən xüsusi önəm kəsb edir.
Hazırki çətin dünya nizamında Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı və birliyi yeni siyasi, iqtisadi və hərbi güc kimi yeni reallıq yaradır. Hər üç dövlət özlərinə qarşı baş vermiş münaqişələrdə öz gücləri ilə qalib gələrək ədaləti bərpa edə bilmişlər. Məsələn, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazilərində 30 illik erməni işğalına son qoydu və 20 sentyabr 2023-cü ildə keçirilmiş antiterror tədbirləri ilə öz ərazilərinin suverenliyini tam şəkildə bərpa etdi. Türkiyə də uzun sürən terrorçuluğa qarşı mübarizədə qalib gəlib. Pakistan isə bu il may ayının əvvəlində Hindistan tərəfindən məruz qaldığı hücumda qalib çıxdığını bəyan etdi. Bu gün üç qalib ölkə bir yerdədir, qardaşlığını və əməkdaşlığını dərinləşdirir. Bu mübarizədə ölkələrimizin bir-birinin yanında olması qələbələrin qazanılmasında böyük əhəmiyyət daşıyır. Birliyimiz bizi beynəlxalq təzyiqlərdən qoruyur və pozulmuş hüquqlarımızın inamla bərpa edilməsinə yol açır.
Azərbaycan uzun illər beynəlxalq müstəvidə ədalətsizlik və ikili standartlarla üzləşsə də, heç zaman öz haqlı mövqeyindən geri çəkilməyib. Dövlətin qətiyyətli siyasəti, xalqın nümayiş etdirdiyi sarsılmaz milli həmrəylik, güclü iqtisadi əsaslar və müasir hərbi potensial ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb. Bu uğur təkcə hərbi qələbə deyil, həm də siyasi iradənin, strateji dözümlülüyün və beynəlxalq hüquqa söykənən prinsipial mövqeyin təntənəsidir.
Ermənistanın 30 il ərzində bir daşı daş üstünə qoymadığı, əvəzində xarabalığa çevirdiyi ərazilərimizi dövlətimiz cəmi 5 ilə gülüstana çevirir. Müasir yollar, "ağıllı" yaşayış məntəqələri, sosial-iqtisadi infrastrukturlar inşa edən qüdrətli Azərbaycan bütün bunları yalnız öz gücünə, heç kimdən maddi yardım almadan həyata keçirir.
Uzun illər işğal altında qalan Laçın ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı haqlı və ədalətli mübarizənin nəticəsində azad edilib. Burada keçirilən tədbirlər və dost ölkələrin liderlərinin iştirakı göstərdi ki, xalqımız bu torpaqlara siyasi-iqtisadi və mədəni müstəvidə tam və qətiyyətli şəkildə qayıdır. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər azad edilmiş ərazilərin artıq dövlət suverenliyinin rəmzinə çevrildiyini bir daha təsdiqləyir.
Dövlətimizin başçısı bildirib ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır: “Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”.
Laçın Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunu artıran, dost və tərəfdaş ölkələrlə münasibətləri daha da möhkəmləndirən, regionda sülh və əməkdaşlıq imkanlarını genişləndirən mühüm hadisə kimi tarixə düşdü. Bu möhtəşəm tədbiri kənardan izləyənlər bir daha onu da gördülər ki, Azərbaycan Prezidenti heç bir çətinliyə, bəzilərinin təhdid və təzyiqlərinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda yalnız ölkəmizin daxili imkanları hesabına başlatdığı quruculuq missiyasını və “Böyük Qayıdış” Proqramının məqsədlərini əzmlə və sevə-sevə həyata keçirir. Bu bənzərsiz işlər sayəsində torpaqlarımızdan həm də erməni vandallığının acımasız izləri birdəfəlik silinir. O da şübhəsizdir ki, Türkiyə və Pakistan Liderlərinin qürur və sevinc hissi ilə tanış olduqları quruculuq işlərinin miqyasını Ermənistan və havadarları da görürlər. Qərəzsiz müşahidəçilər isə bir daha əmin olurlar ki, torpağa yadelli, yağı düşmən münasibəti ilə əsl ev sahibinin münasibəti arasındakı fərq nədən ibarətdir. Bizləri qürurlandıran bir də odur ki, dədə-baba yurdlarına qayıdan Laçınlıların sevinc dolu, mərd duruşunu artıq bədxahlarımız da görə bilirlər.
Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20

