/ / Azərbaycan və Türkiyə arasında müttəfiqlik müqaviləsi – Şuşa Bəyannaməsinin geosiyasi əhəmiyyəti
Azərbaycan və Türkiyə arasında müttəfiqlik müqaviləsi – Şuşa Bəyannaməsinin geosiyasi əhəmiyyəti
17.06.2025 [17:34]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan və Türkiyə arasında tarixi, mədəni, dil və mənəvi bağlara əsaslanan münasibətlər, ölkəmizin müstəqillik illərində daha da möhkəmləndi. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. Bu münasibətlərin ən mühüm siyasi və hüquqi ifadəsi 15 iyun 2021-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşada baş tutan tarixi görüş zamanı imzalanan bu sənəd, iki qardaş dövlətin münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixi, eyni zamanda Azərbaycanda Milli Qurtuluş Gününə təsadüf etməsi ilə xüsusi simvolik əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Sənəddə tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri, beynəlxalq hüquqa əsaslanan münasibətləri qorumağa sadiq olduqları vurğulanır. Hərbi sahədə əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi layihələrinin həyata keçirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Bəyannamədə Zəngəzur dəhlizinin açılması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqələrin bərpa olunması regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq hadisə kimi qeyd olunub. Eyni zamanda, iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməyi və regional, eləcə də qlobal məsələlərdə ortaq mövqe sərgiləməyi öhdəsinə götürür. Energetika, ticarət, kənd təsərrüfatı və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində təcrübə mübadiləsi, ortaq proqramların icrası, eləcə də türk dünyasının mədəni irsinin qorunması və təşviqi ön planda tutulur. Yuxarıda qeyd edilənlərdən çıxış edərək qeyd edə bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində dönüş nöqtəsidir. Bu sənəd yalnız ikitərəfli əlaqələrin hüquqi bazasını gücləndirməklə kifayətlənmir, həm də regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Bu sənəd, həmçinin, türk dünyasının inteqrasiyasını stimullaşdıran mühüm bir sənəd kimi qiymətləndirilir. Bəyannamənin imzalanması beynəlxalq ictimaiyyətin, xüsusilə Rusiya, İran, Avropa İttifaqı və digər regional aktorların diqqətini özünə çəkdi. Çünki Azərbaycanın Qarabağdakı mövqeyinin möhkəmlənməsi və Türkiyənin bu məsələdə verdiyi açıq dəstək regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yalnız bu gününü deyil, gələcəyini də müəyyənləşdirən strateji sənəddir. Qardaşlıqdan müttəfiqliyə keçid, hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına da mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

