ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir
07.07.2025 [17:45]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, yeni sahələr üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Azərbaycan hər zaman sülh, əməkdaşlıq çağırışlarını edir. Etibarlı tərəfdaş kimi nüfuz qazanan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən, eyni zamanda, 2023-cü ildə bir günlük antiterror tədbirlərindən sonra regionda yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu artan ölkəmiz dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün irəli sürdüyü sülh təklifi ilə diqqətdədir, Qeyd edildiyi kimi, məqsəd regionda sülhün təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması ilə ölkələr arasında etimad mühitinin daha da möhkəmləndirilməsidir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri də ölkələri, xalqları daha da yaxınlaşdırır, etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd etməliyik. Bu gün dünya türk dövlətlərinin birliyinin, həmrəyliyinin şahidinə çevrilib. Türk dövlətləri arasında əlaqələrin inkişafı qarşılıqlı səfərlərdə və imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da genişlənir. Bunu dövlət başçılarının qarşılıqlı səfərləri də təsdiqləyir. Onların şəxsi dostluq münasibətləri ölkələrimiz arasında əməkdaşlığa müsbət təsir edir. Həmçinin əlaqələr çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında, iqtisadi Əməkdaşlıq Təşkilatında intensiv şəkildə inkişaf edir. Azərbaycanın qurumun beynəlxalq nüfuzunun artırılması istiqamətində göstərdiyi səylər bütün türk dövlətləri tərəfindən təqdir edilir.
Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlət səfəri bütün bu məqamlara bir daha işıq saldı. Belə ki, keçirilən görüşlərdə, Prezidentlərin mətbuata birgə bəyanatlarında iki dost ölkənin münasibətləri geniş təhlil edildi. Səfər çərçivəsində 15-dən artıq sənədin imzalanması, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini deməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk” fikirlərin davamı olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, iqtisadiyyat artır, investisiyalar artır və bütün bunlar Azərbaycan Prezidenti, dostum və qardaşım İlham Heydər oğlunun gündəlik, yorulmaz əməyinin bəhrələridir: “Azərbaycanda həyata keçirilən bir çox işləri öyrənir, təhlil edir və bu təcrübəni mənimsəyirik. Keçən il İlham Heydər oğlunun tarixi səfərindən sonra biz Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Siz bilirsiniz ki, bu, diplomatiya və siyasətdə ən böyük nailiyyətdir. Nə barədə razılaşırıqsa, onu da icra edirik, həll edirik. Bugünkü səfər də tarixi xarakter daşıyacaq. Biz səfirliyin binasını açırıq. Bu, çox şeydən xəbər verir. Bu, tamam başqa bir layihədir. Mən bu layihəni dəfələrlə müzakirə etmişəm, çünki o, Azərbaycanın standartlarına uyğun olmalıdır. Bu gün səfirliyin binasını açacağıq və İlham Heydər oğlu da bunu qiymətləndirməlidir. Bizim inşaatçılar çox çalışdılar, çünki biz Bakının və bütün şəhərlərin necə tikildiyini görürük. İndicə Qarabağ haqqında söhbət açıldı. Füzulidə məktəb tikməyə başlayanda Azərbaycan layihələrinə layiq olmalı idik. Biz istəyirdik ki, bu, uşaqlar üçün ən gözəl yer olsun. Fikrimcə, buna nail olduq, çünki açılış zamanı uşaqların gözlərindəki sevinci gördüm və bu, bizim birlikdə nail olduğumuz ən böyük işdir”.
İyulun 4-də Xankəndinin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü də mühüm məqamlara işıq saldı. Belə ki, Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir. Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, enerji və nəqliyyat mərkəzi kimi möhkəmlənən mövqeyindən geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.
Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

