“Böyük Qayıdış”la bağlı çox böyük işlər görülür
26.07.2025 [14:34]
Azərbaycanın işğaldan azad olunan ərazilərində keçmiş məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri regionun sürətli dirçəlişinə təkan verir. Bununla bağlı 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” yalnız infrastrukturun bərpasını deyil, həm də dayanıqlı yaşayışın təmin olunmasını hədəfləyir. Sənəd çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, əhalinin mərhələli şəkildə köçürülməsi və normal həyat şəraitinin yaradılması hökumətin əsas prioritetləri kimi mühüm önəm daşıyır. Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 mindən çox insanın bu bölgələrə qayıtması nəzərdə tutulub. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə həyata keçirilir.
19–21 iyul 2025-ci il tarixlərində Şuşada keçirilən III Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzindədir. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb. Prezident çıxışında sürətlə inkişaf edən texnologiyalar fonunda ölkələrin bu prosesə adekvat yanaşma nümayiş etdirməsinin vacibliyini qeyd edib. Prezident vurğuladı ki, Azərbaycan elektrik enerjisini nə kömürdən, nə də mazutdan deyil, təbii qaz, su və artıq Günəş enerjisindən əldə edir. Qarabağ və Şərqi Zəngəzurda artıq 30 kiçik su elektrik stansiyası istismara verilib və 2030-cu ilə qədər 6 giqavatlıq yaşıl enerji layihələri nəzərdə tutulub. Bu, həm ekoloji, həm də iqtisadi baxımdan Azərbaycanın dayanıqlı inkişaf yolunu seçdiyini göstərir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən arteriya deyil, həm də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yeni kəsişmə nöqtəsidir. Bu layihə Çin, Mərkəzi Asiya, İran, Türkiyə və Avropanı birləşdirən, regionu qlobal logistika mərkəzinə çevirən strateji xəttdir. Lakin Ermənistanın bu layihədə iştirakdan yayınması, faktiki olaraq özünü həm nəqliyyat, həm də siyasi izolyasiyaya məhkum etməsi deməkdir.
Prezidentin də dediyi kimi, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Azərbaycan isə qonşu dövlətdən fərqli olaraq alternativ marşrutlar quraraq nəqliyyat sistemini daha çevik və dayanıqlı şəkildə formalaşdırır. Prezidentin çıxışında toxunduğu önəmli məsələlərdən biri də Füzulidə Özbəkistan tərəfindən tikilən məktəb və ümumilikdə iki ölkə arasında qardaşlıq münasibətləri oldu. Bu, Azərbaycanın müstəqil siyasətinin və türk dünyası ilə inteqrasiyasının bariz göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi mesaj idi.Azərbaycan artıq bu torpaqlarda sülh, dirçəliş və əməkdaşlıq mühitini bərqərar edib.
Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

