Yeni əməkdaşlıq imkanları yaranır
26.07.2025 [22:35]
Bu günlərdə Xankəndi şəhərində keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu mühüm çağırışlarla dünyanın diqqətində oldu.
Hər zaman qeyd etdiyimiz kimi, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər həm əhatə etdiyi mövzu, həm də məkan baxımından xüsusi diqqət çəkir. Nəzərə alsaq ki, azad Qarabağ müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu halda müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin bu məkanda bir araya gəlməsi, eyni zamanda, dövlət başçısı İlham Əliyevin Forumda çıxışı və iştirakçıların suallarını cavablandırması olduqca əhəmiyyətli hadisədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma olan bu Forumda cənab İlham Əliyev həm ölkə daxilində, həm də xaricində baş verən hadisələr, dövrün çağırışları, Azərbaycanın hədəfləri, gələcəyi ilə bağlı faktlara söykənərək ətraflı məlumat verdi. III Şuşa Qlobal Media Forumunda “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, əlbəttə, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Belə bir əminliyi də ifadə etdi ki, bura qonaqlar üçün maraqlı olacaq. Yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması, bu ərazilərdə görülmüş işlər cəlbedici olacaq.
Dövlət başçısı İlham Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırarkən, eyni zamanda, ölkəmizin daxili gündəliyinə diqqəti yönəldərək Azərbaycanın öz inkişafına hansı istiqamətdə davam edəcəyini açıqladı. Bildirdi ki, əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək lazımdır. Azərbaycan süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edir. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. “Biz eyni mövqedən çıxış edirik” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var.
Torpaqlarımız 30 il işğal altında qaldı. Amma xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahibinə qayıdacaq. Artıq beş ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edilib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir. Cənab İlham Əliyev Forumdakı çıxışında Böyük Qayıdış Proqramının uğurlu icrasından geniş bəhs edərək bildirdi ki, mən “Böyük Qayıdış” ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük.
Qısa təhlil bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışında və iştirakçıların suallarına cavabda səsləndirdiyi hər bir fikir gələcəyə çağırışdır.
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39

