/ / Daşkəsənlilər güclü, qüdrətli, inkişaf etmiş Azərbaycan naminə cənab İlham Əliyevə səs verəcəklər
Daşkəsənlilər güclü, qüdrətli, inkişaf etmiş Azərbaycan naminə cənab İlham Əliyevə səs verəcəklər
20.09.2013 [10:46]
YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Daşkəsən rayonunun Bayan kəndi və Quşçu qəsəbəsində seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərində namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Daşkəsən rayonunda uğurla davam etdirilir. Dünən rayonun Bayan kəndi və Quşçu qəsəbəsində seçicilərlə növbəti görüşlər keçirilib. Görüşləri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev görüşün məqsədi, təşviqat kampaniyasının gedişi haqqında məlumat verib.
O, daha sonra son 10 ildə Azərbaycanda həyata keçirilən siyasətin uğurlarından danışıb, xüsusilə, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı atılan addımların əhəmiyyətini vurğulayıb. Meydanəli Yolçuyevin sözlərinə görə, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib: “Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Dövlət başçısı İlham Əliyev də həmişə deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, yəni, bu siyasət insan amilinə söykənir”.
YAP Daşkəsən rayon təşkilatının sədri deyib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu birinci məqsəd odur ki, ölkəmiz qısa müddətdə inkişaf etmiş dövlətə çevrilsin: “Bunun üçün lazım olan bütün addımlar atılır. Ortada siyasi iradə var, iqtisadi potensial yaradılıb, vətəndaş həmrəyliyi, ictimai fəallıq mövcuddur. Bütün bunlar nəticə etibarilə onu deməyə əsas verir ki, növbəti illərdə Azərbaycanın gələcəyi daha parlaq və daha zəngin olacaq. Bu yolda isə bir neçə gündən sonra keçiriləcək seçkilər olduqca mühüm əhəmiyyət kəsb edir. Ona görə də, düşünürəm ki, hər şeyi düzgün qiymətləndirən, ağı-qaradan seçməyi bacaran, tarixin sınaqlarından uğurla çıxan Azərbaycan xalqı 9 oktyabrda seçki məntəqələrinə gedərək növbəti dəfə Azərbaycanı inkişaf etdirən, bugünkü güclü Azərbaycanı yaradan Heydər Əliyev siyasətinə və bu siyasətin uğurlu davamçısı cənab İlham Əliyevə səs verəcək!”
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu prezident seçkilərinin əhəmiyyətindən və ölkəmizdə bu seçkilərin keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Baş redaktor deyib ki, oktyabrın 9-da Azərbaycan dövlətçiliyi, xalqımızın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçiriləcək: “Təbii olaraq, ölkə vətəndaşlarının bütün diqqəti həmin tarixi hadisəyə yönəlib. Seçkilər öncəsi kifayət qədər vətəndaş fəallığı hiss olunmaqdadır. Prezident seçkiləri ilə bağlı ölkənin ictimai həyatında canlanma müşahidə olunur. Bunu da müsbət qiymətləndiririk. Çünki hər bir inkişaf etmiş dövlətdə olduğu kimi, Azərbaycanda da insanlar öz taleyinə, dövlətinin taleyinə biganə yanaşmırlar və bu mənada prezident seçkilərinin əhəmiyyətini dərindən dərk edirlər. Müasir, bugünkü Azərbaycan cəmiyyəti artıq müstəqilliyin ilk illərindəki kimi deyil. Qaragüruh, populizm, yalançı vədlər üzərindən siyasət aparanlar heç bir nəticə əldə edə bilməyəcək. Xalqımız dövlətin taleyini bir daha hansısa sınaqlar, təcrübələr ortasında qoymağa imkan verməyəcək. Hər bir azərbaycanlının seçimi şübhəsiz ki, sabit, əmin-amanlığın hökm sürdüyü, dinamik inkişaf edən, dünya dövlətləri ilə rəqabət aparmaq gücündə olan bir dövləti və bu uğurları təmin edən siyasi kursu dəstəkləməkdir. Əminəm ki, 9 oktyabr seçkiləri də bu mənada istisna deyil”.
Azərbaycanın gənc bir dövlət olmasına baxmayaraq, artıq seçkilərin keçirilməsi ilə bağlı kifayət qədər təcrübəyə malik olduğunu vurğulayan Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycan dövləti bu seçkilərin tam qanunauyğun şəkildə və beynəlxalq standartlara uyğun olaraq keçirilməsində hamıdan çox maraqlıdır. Seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi və onun xalqın iradəsini əks etdirməsi baxımından hər hansı bir problem olmayacaq.
Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan da geniş bəhs edən baş redaktor Hikmət Babaoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil. Çünki biz həyatın bütün sahələrində, ailədə, bizi əhatə edən mühitdə, daha geniş mənada dövlətimizin, cəmiyyətimizin həyatında, Azərbaycanın beynəlxalq miqyasda güclənən mövqeyində bu uğurları müşahidə edirik: “Ona görə də, Prezidentimizin həyata keçirdiyi siyasət bu qədər dəstəklənir, vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. 2003-cü ildə, 2008-ci ildə olduğu kimi, bu il oktyabrın 9-da da cənab İlham Əliyevin vətəndaşlarımızın mütləq əksəriyyətinin səsini qazanaraq seçkilərdə qalib gələcəyinə heç bir şübhə yoxdur”.
Çıxış edən seçicilər də Azərbaycanda Heydər Əliyev siyasi kursunun, Prezident İlham Əliyevin alternativinin olmadığını, seçkilərdə də məhz cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

