Qazax seçiciləri oktyabrın 9-da YAP-ın namizədinə səs verəcək
22.09.2013 [10:50]
Rayon stadionunda təbliğat-təşviqat kampaniyası çərçivəsində möhtəşəm tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təliğat - təşviqat kampaniyası çərçivəsində Qazax rayonunda möhtəşəm mitinq-konsert təşkil olunub.
Tədbirdə çıxış edən millət vəkili Əhməd Vəliyev ölkəmizdə son 10 ildə əldə olunan iqtisadi-siyasi yüksəlişlərin, sabitliyin və inkişafın Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Son illərdə Qazax rayonunda yeni məktəblərin tikildiyini, xəstəxanaların təmir olunduğunu söyləyən Ə.Vəliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün rayonların inkişaf prosesinə qədəm qoyduğunu deyib: “Bu gün bütün Azərbaycanda inkişaf, abadlıq, quruculuq işləri gedir. Bu siyasət bütün istiqamətlərdə paralel şəkildə həyata keçirilir. İstər kənd təsərrüfatı, istər təhsil, istər səhiyyə-bütün sahələrdə sürətli irəliləyiş nəzərə çarpır. Qazax rayonunda da böyük yeniliklərə imza atılıb. Aparılan abadlıq, quruculuq işləri bütünlüklə Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanır. Qazax sakinlərinin Yeni Azərbaycan Partiyasının namizədinə-cənab İlham Əliyevə səs verəcəyinə əminik”.
Çıxış edən millət vəkili Nizami Cəfərov Prezident İlham Əliyevin 2013-cü il prezident seçkilərində alternativsiz lider olduğunu bildirib. N.Cəfərov deyib ki, dövlət başçısı olduğu 10 il ərzində cənab İlham Əliyevin fəaliyyəti, bu fəaliyyətin Azərbaycana qazandırdığı uğurlar haqqında saatlarla, günlərlə danışmaq olar: “Hər bir insan bu fəaliyyətin bəhrəsini öz həyatında, yaşamında hiss edir. Mən ilk növbədə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanda nail olunmuş əmin-amanlığın, sabitliyin son 10 il ərzində qorunub saxlanmasını vurğulamaq istəyirəm. Çünki hər bir inkişaf prosesinin arxasında bu amil dayanır. Mən əminəm ki, xalqımız sabitliyə, inkişafa-Prezident İlham Əliyevə səs verəcək”.
Çıxış edən Xalq şairi Nəriman Həsənzadə qeyd edib ki, Prezident İlham Əliyev gənc Azərbaycan dövlətinin inkişafı uğrunda yorulmadan fəaliyyət göstərir: “İnsanların artıq sosial, təhsil kimi bir problemi qalmamalıdır, Prezident İlham Əliyev bunun üçün çalışır. Qarşıdan gələn beşillik Azərbaycan vətəndaşlarının sosial güzəranının yüksəliş dövrü kimi tarixə düşəcək. Bu baxımdan gələn beşillik insanlarımızın həyatında əsaslı yeniliklər yaradacaq. Təbii ki, bütün bu proqramlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçiriləcək”.
Çıxış edən Milli güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov deyib ki, cənab İlham Əliyev ölkədə yenilikləri, quruculuğu, abadlığı geniş şəkildə həyata keçirən bir Prezidentdir: “Azərbaycan xalqı birmənalı olaraq Prezidentimizin ətrafında sıx birləşməli və 15 oktyabrda inkişafa xidmət edən bu siyasəti davam etdirməlidir. İlhamla, inamla irəli!”.
Daha sonra tədbir respublikamızın və rayonun incəsənət ustalarının geniş konserti ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

