Laçın Şəhəri Günü - Azadlıqdan Dirçəlişə
25.08.2025 [12:10]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan tarixində unudulmaz və qürurverici günlərdən biri də 26 avqust – Laçın Şəhəri Günüdür. Bu tarixi gün Laçının işğaldan azad olunmasından sonra şəhərin yeni həyatına başlamasının rəmzinə çevrildi.
Laçın Azərbaycanın qədim tarixə, zəngin təbiətə və strateji mövqeyə malik bölgələrindən biridir. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın uzun illər boyu əsarətdə qaldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması sayəsində 2020-ci ildə, 44 günlük Vətən müharibəsində Laçın da öz azadlığına qovuşdu.
44 günlük Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Laçın şəhərinin və bir neçə kəndin tam azad edilməsi üçün yeni Laçın yolu çəkildi. Məhz 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və orada üçrəngli bayrağımız ucaldıldı. Bu gün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev həmin vaxt “Biz bu torpaqlara qalib kimi qayıtmışıq” sözləri ilə xalqımıza böyük qürur bəxş etdi.
Laçın şəhəri Azərbaycanın dağlıq bölgəsində, mühüm coğrafi mövqedə yerləşir. O, Qarabağı Azərbaycanın digər bölgələri ilə birləşdirən qapı rolunu oynayır. Zəngin təbiəti, dağ çayları, yaylaqları, eləcə də qədim abidələri Laçını Azərbaycan mədəniyyətinin incilərindən birinə çevirir. Azğın düşmənin torpaqlarımızı işğal etdiyi dövrdə Laçın şəhəri dağıntılara məruz qalmış, evlər, məktəblər, mədəniyyət ocaqları məhv edilmişdi. Bu gün isə şəhər yenidən dirçəlir. İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçın rayonu da bərpa olunur. Düşmənin cəngindən azad edilən Laçında müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Laçında genişmiqyaslı quruculuq işləri aparılır, yeni yaşayış binaları, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir.
Laçının azad olunması və şəhərin bərpası Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və dövlətimizin iradəsinin təntənəsidir. Bu gün Laçın sadəcə bir rayon deyil, həm də xalqımızın qürur simvolu, zəfər rəmzidir. Laçında bərpa olunan həyat həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, həm də gələcək nəsillərə verilən böyük bir mirasdır.
26 avqust yalnız bir şəhərin azad olunma tarixi deyil, həm də Azərbaycan xalqının gücünün, iradəsinin, Vətən sevgisinin göstəricisidir. Bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Laçının azadlığı – Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ, milli birliyimizin möhkəm rəmzi kimi tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu səbəbdən hər il 26 avqust – Laçın Şəhəri Günü böyük təntənə ilə qeyd olunur və bu gün xalqımız üçün əbədi bayram günlərindən biri kimi tarixdə əbədi qalacaq və bu torpaqların əsl sahibləri öz doğma yurdlarında firavan yaşayacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

