Azərbaycanın gələcəyi İlham Əliyevlə bağlıdır
23.09.2013 [09:30]
Bu fikirlər Ağcabədi rayonunun Kəbirli və Mehrablı kəndlərində bir daha bəyan edilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş sentyabrın 21-də rayonun Kəbirli kəndində keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov seçicilərə partiyamızın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb. Sədr müavini cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahının üzvlərinin bu günə kimi seçicilərlə bir sıra görüşlər keçirdiyini deyib. Onun sözlərinə görə, görüşlər zamanı belə qənaətə gəlinib ki, ağcabədili seçicilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklər.
Çıxış edən seçki qərargahının üzvü Teymur Rəhimov deyib ki, bu gün Azərbaycanda cənab İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur: “Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 9 oktyabrda seçki məntəqələrinə gedərək İlham Əliyevin növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir”.
Öz növbəsində çıxış edən kənd sakinləri Mehdi İbadov, Arif Xudiyev və başqaları deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Sentyabrın 21-də, həmçinin, rayonun Mehrablı kəndində də seçicilərlə görüş olub. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini deyib. Ölkəmizdə aparılan quruculuq-abadlıq işlərinin Ağcabədinin də inkişafına təkan verdiyini deyən Rövşən Əhmədovun sözlərinə görə, son illər Ağcabədi rayonu çox sürətlə inkişaf edərək özünün ən yüksək inkişaf dövrünü yaşayır: “Rayonda əsası qoyulan yeni istehsal sahələri, kənd təsərrüfatına göstərilən diqqət, yeni yolların salınması, ən ucqar kəndlərə qaz xətlərinin çəkilişi, parkların salınması son illər aparılan mühüm işlərin bir parçasıdır. Ağcabədi seçiciləri Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları təqdir edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyirlər. Buna görə də 9 oktyabrda hamı bir nəfər kimi bu siyasətin davamına - Prezident İlham Əliyevə səs verəcək”.
Görüşdə çıxış edən millət vəkili Tahir Rzayev isə son 10 il ərzində ölkədə həyata keçirilən iqtisadi siyasət barədə danışıb və qeyd edib ki, bu siyasət respublikamızın daha da güclənməsini təmin edib. Millət vəkilinin sözlərinə görə, bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.
Çıxış edən kənd sakinləri bildiriblər ki, bütün ağcabədililərin yalnız bir seçimi var - Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyev. Çünki Azərbaycanın gələcəyi məhz cənab İlham Əliyevlə bağlıdır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

