Kəlbəcərə qayıdış xalqımızın mübarizliyinin ən parlaq təntənəsidir
26.08.2025 [16:40]
Avqustun 21-i Azərbaycan tarixinə daha bir şanlı gün kimi yazıldı. Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə etdiyi səfər təkcə dövlət başçısının bölgəyə səfəri deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, səbrinin və haqq mübarizəsinin təntənəsi idi. Prezident İlham Əliyevin Kəlbəcər səfərində yerli sakinlərlə görüşündə tarixi çıxış işğaldan azad edilən torpaqlarda həyatın bərpası və “Böyük Qayıdış” prosesinin növbəti mərhələsini rəmzləndirir. Bu səfər təkcə siyasi deyil, eyni zamanda sosial və mənəvi baxımdan böyük əhəmiyyətə malikdir.
Artıq kəlbəcərlilərin 32 illik həsrətinə son qoyuldu. Onlar öz doğma torpaqlarına qayıdırlar. Prezident İlham Əliyev çıxışında bu hadisənin xalqımızın yaddaşına həkk olunacaq bir gün olduğunu vurğuladı: “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm.” Bu sözlər yalnız Kəlbəcər sakinlərinə deyil, bütün Azərbaycan xalqına ünvanlanmış bir təbrik idi. Çünki Kəlbəcərin azadlığı Azərbaycanın bütövlüyü uğrunda aparılan ədalətli mübarizənin ən mühüm mərhələlərindən biridir.
Ölkə Prezidenti Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu reallıqlara bir daha diqqəti yönəldərək bildirdi ki, bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da sülh şəraitində yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır. Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik. O bəndlərin tərtibatında da mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi.
Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcərdə görülən işlərlə tanış oldu və yeni layihələrin təməlini qoydu. Kəlbəcərin sosial-iqtisadi inkişafı, turizm potensialının üzə çıxarılması və əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni Kəlbəcər təkcə azad olunmuş bir şəhər deyil, həm də müasir, dayanıqlı və yaşıl infrastrukturun tətbiq olunduğu, gələcəyə baxan bir model bölgəyə çevrilməkdədir. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, Kəlbəcər artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilməkdədir. Bu, sadəcə təbiətin gözəlliyinə deyil, burada aparılan irimiqyaslı tikinti və bərpa işlərinə, yeni yaradılan infrastruktur və şəhərsalma planlarına verilmiş qiymətdir. “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.”
Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfərləri azad olunmuş ərazilərin dirçəldilməsi və strateji inkişafı baxımından mühüm tarixi mərhələ təşkil edir. 2021-ci ildən etibarən dövlət başçısı Kəlbəcərdə yol-nəqliyyat, enerji və sosial infrastruktur layihələrinin təməlini qoymuş, yeni tunellərin, yaşayış komplekslərinin, məktəblərin, hərbi hissələrin və xəstəxanaların açılışını etmişdir. Xüsusilə “İstisu” sanatoriyası və mineral su zavodu, kiçik su elektrik stansiyaları, həmçinin Kəlbəcərin baş planına uyğun yaşayış məhəllələri regionun sosial-iqtisadi inkişafında dönüş nöqtəsi olmuşdur. 2025-ci ildə isə Kəlbəcər şəhərinin sakinlərinə yeni mənzillərin təqdim olunması, park və yaşayış komplekslərinin təməlqoyma mərasimləri bu torpaqlarda həyatın bərpasının real təcəssümünə çevrilmişdir.
Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı Azərbaycanın müharibədən sonrakı mərhələdə həyata keçirdiyi siyasətin siyasi hesabatı və strateji yol xəritəsidir. 2020-ci ilin Zəfəri, 2023-cü ilin antiterror əməliyyatı, Ermənistanla imzalanacaq sülh müqaviləsinə və Naxçıvanla quru bağlantısının təmin edilməsinə doğru atılan qətiyyətli addımlar – Azərbaycanın dövlətçilik tarixində yeni dövrün başlanğıcını göstərir.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31

