19-20 sentyabr antiterror əməliyyatının tarixi dəyəri
20.09.2025 [13:54]
Azərbaycan tarixinin şanlı səhifələri sırasında 2020-ci ilin Vətən müharibəsi necə əbədiyyət qazandısa, 2023-cü il 19–20 sentyabr antiterror əməliyyatı da dövlətçilik yolumuzun parlaq qələbələrindən biri kimi yaddaşlara həkk olundu. Bu əməliyyat yalnız hərbi-siyasi qələbə deyildi, həm də Azərbaycan dövlətinin iradəsinin, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, xalqımızın milli birliyinin təntənəsi idi. Ən əsası isə qanunsuz hərbi mövcudluğa son qoyuldu. Üçtərəfli Bəyanatın imzalanmasından sonra 3 il ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağda mövcudluğu Azərbaycan üçün ciddi təhdid idi. Halbuki həmin bəyanata əsasən erməni silahlı dəstələri bölgəni çoxdan tərk etməli idilər. Əksinə, Ermənistan bu illər ərzində silahlı qüvvələrini artırır, yeni texnika gətirir, təxribat törədirdi. Qondarma qurum isə guya "müstəqillik" iddiaları ilə çıxış edir, separatizmə rəvac verirdi. Cənab Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi: “Biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik.” Bu xəbərdarlıq artıq 2023-cü ilin sentyabrında real hərbi-siyasi nəticəyə çevrildi. 19 sentyabr səhəri erməni diversantlarının mina terroru nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak oldu. Ordumuzun mövqelərinə hücumlar təşkil edildi. Azərbaycan dövləti belə cinayətlərə cavabsız qalmadı və lokal antiterror əməliyyatı başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun peşəkarlığı sayəsində 406 kvadratkilometr ərazi düşmən qüvvələrindən tam təmizləndi. 310 düşmən məhv edildi, yüzlərlə yaralı oldu, minlərlə silah-sursat, yüzlərlə texnika ələ keçirildi. Ən önəmlisi, Azərbaycan Respublikasının konstitusiya quruluşu bərpa olundu, dövlət suverenliyi tam təmin edildi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu əməliyyat Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün bərpası deməkdir.” Azərbaycan hər zaman humanist mövqeyi ilə fərqlənib. Əməliyyat zamanı Ali Baş Komandanın birbaşa göstərişi ilə mülki əhalinin zərər görməməsi üçün xüsusi tədbirlər görüldü. Qarabağın erməni sakinlərinə SMS vasitəsilə xəbərdarlıqlar edildi, vərəqələr paylandı, səs gücləndirici vasitələrlə müraciətlər olundu. Azərbaycan humanizm nümayiş etdirərək qadınların, uşaqların, yaşlıların, xəstələrin təhlükəsizliyini təmin etdi. Cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan etmişdir: “Bizim hədəfimiz dinc əhalini deyil, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək idi.” Antiterror əməliyyatı ilə Qarabağdakı separatçı xunta rejimi ləğv edildi. Qondarma qurumun rəhbərləri həbs olundu, separatçılar kapitulyasiya aktına imza atdılar. 28 sentyabrda qondarma “Dağlıq Qarabağ respublikası”nın ləğvi ilə bağlı sənəd imzalanaraq tarixin arxivinə göndərildi. Bu qələbədən sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün real imkanlar yarandı. Artıq bölgədə yalnız Azərbaycan qanunları işləyir. Cənab Prezidentin dediyi kimi: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onlar Azərbaycan dövlətinin qoruması altındadır.”
Bu qələbə sadəcə hərbi əməliyyat deyildi, dövlətçilik tariximizin ən böyük dönüşlərindən biri oldu. Məhz buna görə də cənab Prezident İlham Əliyev 19 sentyabr tarixini “Dövlət Suverenliyi Günü” elan etdi. Bu qərar, əslində, 1918-ci ildə əsası qoyulmuş müstəqillik ideallarının 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında parlaq şəkildə gerçəkləşməsinin təsdiqi idi. 2023-cü il 15 oktyabrda Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli Azərbaycan bayrağını ucaltdı. Bu, Azərbaycan dövlətinin Böyük Qələbəsinin rəmzi idi. O tarixi anlarda cənab Prezidentin söylədiyi sözlər xalqımızın yaddaşına əbədi həkk olundu: “Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qarabağ Azərbaycandır!” 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycan xalqının tarixi iradəsinin, dövlət başçısının qətiyyətli liderliyinin və ordumuzun misilsiz qəhrəmanlığının təntənəsi oldu. Bu Qələbə Azərbaycanın gələcək inkişafı, bölgədə sülhün və sabitliyin bərqərar olması üçün mühüm siyasi-hüquqi zəmin yaratdı. Bu gün üçrəngli bayrağımız Qarabağın hər guşəsində dalğalanırsa, bu, cənab Prezident İlham Əliyevin böyük zəfər salnaməsinin nəticəsidir.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

