/ / Bu gün Azərbaycan xalqı təkcə qələbəni deyil, həm də quruculuğun, yenidən dirçəlişin sevincini yaşayır
Bu gün Azərbaycan xalqı təkcə qələbəni deyil, həm də quruculuğun, yenidən dirçəlişin sevincini yaşayır
22.09.2025 [22:27]
Tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuş günlər var. O günlər ki, bir millətin həm ağrı-acısını, həm də yenilməz iradəsini özündə birləşdirir. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, Azərbaycan xalqı tərəfindən təntənə ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün təkcə işğaldan azad edilən torpaqların sevincini deyil, həm də 30 illik mübarizənin, minlərlə qəhrəman oğul və qızımızın canı və qanı bahasına qazanılmış milli qürurumuzu ifadə edir. Azərbaycanın haqq səsi, ədalətli mövqeyi bütün beynəlxalq müstəvilərdə illərlə səsləndirildi. Xalqımız heç vaxt işğalla barışmadı, “Böyük Qayıdış” ideyasını daim ürəyində yaşatdı. O gün gəldi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, rəşadətli ordumuzun gücü ilə Ermənistanın və separatçı silahlı dəstələrin tör-töküntüləri birdəfəlik torpaqlarımızdan qovuldu. Azərbaycan dövləti tarixində yeni səhifə açıldı. Cənab Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızı qaldıraraq tarixi bir anı əbədiləşdirdi:
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Mən şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bu sözlər sadəcə bir siyasi bəyanat deyil, xalqın əsrlərlə çəkdiyi həsrətin, gözləntisinin, inamının gerçəkliyə çevrilməsi idi. 2023-cü ilin 8 noyabrında Xankəndində keçirilən möhtəşəm hərbi parad Azərbaycan dövlətinin qüdrətini, xalqın birliyini bütün dünyaya nümayiş etdirdi. Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmənin təslim olması ilə başa çatan Vətən müharibəsi və onun davamı olan lokal antiterror tədbirləri əslində milli dövlətçilik tariximizin ən böyük qələbələrindən biri kimi əbədi qalacaq. Cənab Prezidentin sözləri ilə desək: “Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə yaxınlaşdırırdıq.” İndi azad olunmuş torpaqlar dirçəlişin, inkişafın məkanıdır. Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun təşkil edilməsi, idman və mədəniyyətin yeni nəfəs alması – bunların hər biri dövlətimizin strateji baxışının təzahürüdür. Qarabağda yeni həyat başlayıb. Xankəndində “Qarabağ” komandasının futbol oyununun keçirilməsi, mehmanxanaların, məktəblərin, uşaq bağçalarının açılışı, beynəlxalq tədbirlərin təşkili bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsi kimi inkişaf edir.
Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri sadəcə protokol hadisəsi deyil, hər dəfə milli qürurumuzun təntənəsi olur. Dövlət Bayrağının ucaldılması, Novruz tonqalının alovlandırılması, Qarabağ Universitetinin, körpələr evinin, yeni yaşayış məhəllələrinin, mədəniyyət ocaqlarının açılışı – bütün bunlar göstərir ki, dövlət başçısı azad edilmiş torpaqları həyatın, mədəniyyətin, elm və təhsilin, diplomatiyanın mərkəzinə çevirir. Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, Qarabağ Universitetində açılış mərasimləri, Şuşa Qlobal Media Forumunun Qarabağın azad ruhunda baş tutması Azərbaycanın regiondakı lider mövqeyini daha da möhkəmləndirdi. Xocalının azad olunması, soyqırımı qurbanlarının xatirəsinə ucaldılan memorial, ilk sakinlərin doğma yurda qayıdışı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Ağdərənin kəndlərində, Hadrutda, Tuğda, Qırmızı Bazarda salınan yeni yaşayış məhəllələri isə gələcəyin etibarlı təməlidir. Bəli, bu gün Azərbaycan xalqı təkcə qələbəni deyil, həm də quruculuğun, yenidən dirçəlişin sevincini yaşayır. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü artıq hər il dövlətçilik tariximizin əbədi səhifəsi kimi qürurla qeyd ediləcək. Çünki bu gün sadəcə bir tarix deyil, millətin bütövlüyünün, iradəsinin, gücünün, Müzəffər Ali Baş Komandanın və xalqın birliyinin simvoludur.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

