Azərbaycan–ABŞ Strateji tərəfdaşlığı və rtegional əməkdaşlıq: Yeni dövrün başlanğıcı
02.10.2025 [16:15]
25 sentyabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı beynəlxalq münasibətlər sistemində ölkəmizin artan roluna diqqət çəkdi. Nitqində xüsusi olaraq Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələsi və bu tərəfdaşlığın regional sabitlik üçün əhəmiyyəti ön plana çəkildi.
Vaşinqton Sammiti: tarixi dönüş nöqtəsi
Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən münaqişənin həllindən sonra Vaşinqton Sammiti regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdı. Avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyanat, iki ölkə arasında sülh müqaviləsinin paraflanması və ABŞ-ın vasitəçilik missiyası Cənubi Qafqazda yeni reallıqların əsasını qoydu.
Azərbaycan Prezidenti nitqində bu razılaşmanı regionda davamlı sülhün təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirdi. Sülh prosesinin yalnız ikitərəfli əsasda, kənar müdaxilə olmadan aparılması isə tərəflərin real nəticəyə nail olmalarını asanlaşdırdı.
“Tramp Marşrutu” və regional bağlantılar
Vaşinqton Sammitində əldə edilmiş ən mühüm nəticələrdən biri də Zəngəzur dəhlizini əhatə edən və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan yeni layihə oldu. Bu dəhliz vasitəsilə maneəsiz tranzitin təmin olunması, Azərbaycanı regionun əsas logistika mərkəzinə çevirməklə yanaşı, Cənubi Qafqazın iqtisadi inteqrasiyasına və dayanıqlı sülhün qurulmasına xidmət edəcək.
Prezident İlham Əliyev vurğuladı ki, regional bağlantılar Azərbaycanın sülh vizyonunun əsasını təşkil edir. Bu təşəbbüs yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün region ölkələri və beynəlxalq tərəfdaşlar üçün iqtisadi və siyasi baxımdan mühüm imkanlar yaradır.
Strateji Tərəfdaşlıq Xartiyası: Azərbaycan–ABŞ münasibətlərində yeni səhifə
Azərbaycan və ABŞ arasında münasibətlər 1990-cı illərin əvvəllərindən başlayaraq müxtəlif mərhələlərdən keçib. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq dövrünü açdı.
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə əldə olunmuş razılaşma siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın dərinləşməsini nəzərdə tutur. Bu, Azərbaycan–ABŞ əlaqələrinin yeni səviyyəyə yüksəldiyinin göstəricisidir.
907-ci düzəlişin dayandırılması: tarixi qərar
Azərbaycan Prezidenti çıxışında ABŞ Prezidenti Donald Trampın “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəlişin icrasını dayandırması qərarını da tarixi addım kimi qiymətləndirdi. Bu düzəliş 1992-ci ildən etibarən Azərbaycana qarşı sanksiya xarakteri daşıyırdı və uzun illər boyu ikili standartların bariz nümunəsi olaraq qalırdı.
Bu addım Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin tanınması və iki ölkə arasında etimadın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının sözlərinə görə, ABŞ Konqresi tərəfindən düzəlişin birdəfəlik ləğv olunması ikitərəfli münasibətlərdə tam yeni bir mərhələ açacaq.
Enerji və iqtisadi əməkdaşlıq
Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi ABŞ-la bu sahədə də əməkdaşlığı genişləndirmək niyyətindədir. Xəzər hövzəsindən beynəlxalq bazarlara şaxələndirilmiş neft və qaz kəmərləri ilə çıxış, eləcə də bərpaolunan enerji layihələrinə böyük sərmayələrin yatırılması Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirir.
Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində enerji əməkdaşlığına əlavə olaraq, rəqəmsal transformasiya, infrastruktur və innovasiya sahələrində də yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq, həmçinin, Orta Dəhliz və Rəqəmsal İpək Yolu kimi beynəlxalq layihələrdə ABŞ-ın fəal iştirakına imkan yaradır.
Azərbaycanın təşəkkür mesajı
Prezident İlham Əliyev çıxışının sonunda ABŞ-a sülh prosesinə dəstəyi, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində atdığı addımlara görə təşəkkürünü ifadə etdi. Azərbaycan bu tərəfdaşlığı qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında inkişaf etdirməyə sadiqdir.
Bugün rahat deyə bilər ki, Azərbaycan–ABŞ münasibətləri yeni tarixi mərhələyə qədəm qoyur. Vaşinqton Sammitində imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar təkcə ikitərəfli əlaqələrin deyil, həm də regional və qlobal sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın təşəbbüsləri və ABŞ-ın dəstəyi Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına real zəmin yaradır.
Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı nitqi Azərbaycan–ABŞ strateji tərəfdaşlığının əhəmiyyətini qlobal auditoriyaya çatdırmaqla, ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40

