Heydər Əliyev və müasir Azərbaycan
03.10.2025 [16:08]
Ulu Öndərin üzərinə götürdüyü vəzifə heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi qədər çətin və unikal idi
Heydər Əliyevin böyük xidmətlərindən biri də milli ideologiyamızın məzmun istiqamətini formalaşdırması idi
1993-cü ilin 3 oktyab seçkilərdə qalib gələn, oktyabrın 10-da ilk dəfə Prezident kimi and içən və Azərbaycanın suvenliyini tarixi hadisə adlandıran Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin qarantı oldu. Bu o dövr idi ki, ölkədə daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq planlarını həyata keçirmək niyyətləri vəziyyəti daha da ağırlaşdırmışdı. Xalqın tələbi ilə 9 iyunda Bakıya qayıdan, İyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayan,1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində milyonların etimadını qazanan ulu öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə dövlət başçısı kimi and içərək müstəqilliyimizin əbədiliyi naminə üzərinə düşən vəzifələri yerinə yetirəcəyini bildirdi. «And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında , dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam» söyləməklə xalqımızın ümidini, etimadını doğruldan Ulu Öndərin üzərinə götürdüyü vəzifə heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi qədər çətin, mürəkkəb, unikal idi. Andiçmə mərasimində ömrünün qalan hissəsini də xalqına həsr edəcəyini söyləyən ulu öndər Heydər Əliyev Ümummilli Lider adını qazanmaqla bu andına daim sadiq qaldı.
Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və ordu quruculuğuna xüsusi diqqətlə yanaşan Ulu Öndər eyni zamanda, sülhpərvər diplomatik yanaşmaya üstünlük verərək artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün bütün vasitələrdən istifadə edirdi. Dövlətimizin dünyanın siyasi, iqtisadi sistemində layiqli yer tutması üçün ölkəmizin daxili və xarici siyasətini düşünülmüş konsepsiya əsasında müəyyənləşdirib, inkişaf etdirən müdrik şəxsiyyət iqtisadi tərəqqimizi şərtləndirən neft strategiyasına əsaslanan «Əsrin müqaviləsi»ni reallaşdırmaqla Azərbaycana investisiya axınının təməlini qoydu. Bu müqavilənin imzalanmasını respublikamızın iqtisadi böhrandan çıxış yolu hesab edən ulu öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən Azərbaycanın iqtisadi-sosial, elmi- texniki potensialını da bu təməl üzərində formalaşdırdı. Ölkəmizin iqtisadi tərəqqisinə yönəldilən islahat və layihələrin həlli üçün sərmayə mühiti yaratdı. Qlobal güclərə sübut etdi ki, biz tərəfdaşlarımızla bərabərlik əsasında əməkdaşlıq etməyi bacarırıq və neft strategiyasınıhəyata keçirən Azərbaycanın zəngin enerji resursları, bacarıqlı, təcrübəli kadr potensialı vardır. Bu gün Azərbaycan enerji resursları ilə Avropa qitəsi ölkələrinin yanacağa tələbatının 30 faizini təmin edirsə, bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur. Müasir Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkədə siyasi-iqtisadi sabitlik və inkişaf dövrü başladı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqla birliyi sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Heydər Əliyevin yaratdığı, artıq 30 illiyi qeyd olunan Yeni Azərbaycan Partiyasının yeritdiyi siyasət milyonlar tərəfindən dəstəklənir. Dövlətimizin müstəqilliyi, xalqımızın daha xoşbəxt yaşaması üçün Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz bu siyasət nəticəsində Azərbaycan qısa zamanda dünya birliyində etibarlı, qüdrətli dövlət kimi, tanındı, tərəfdaşlarının sayı artdı.
Böyük dövlət xadiminin bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə strateji hədəfləri məharətlə müəyyənləşdirməsi də heyrət doğurur. Ulu Öndər inkişaf etmiş dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış inkişaf modellərinin Azərbaycan reallığında adaptasiyasına müvəffəq oldu. O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu.
Ümummilli liderin böyük xidmətlərindən biri də milli ideologiya¬mızın məzmun istiqamətini formalaşdırması idi. Məhz onun qüdrətli zəkası, yalnız müdriklərə məxsus həyat təcrübəsi sayəsində milli ideologiyamızın təməl daşları qoyuldu, sosial-iqtisadi, mədəni-mənəvi həyatın inkişaf perspektivləri müəyyən edildi. Ümumilli liderin fikrincə milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin və Azərbaycan dilini, xalqımızın min illər boyu yaratdığı ədəbi xəzinənin, ədəbiyyatımızın öyrədil¬mə¬si çox vacib məsələdir. Heydər Əliyevin fikrincə, milli ideologiyamız iki çox mühüm komponentdən, birincisi milli dövlətçilik, ikincisi, milli-mənəvi dəyərlərdən ibarətdir. O, milli-mənəvi dəyərlərin mahiyyəti üçün zəruri olan tərkib hissələri də müəyyənləşdirirdi. Ona görə də dahi şəxsiyyət milli ideologiyamızın ən mühüm istiqamət¬lərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərləri ideologiyadan ayrı tutmur, əksinə milli-mənəvi dəyərləri ideologiyanın başlıca şərti kimi götürür.
Tam əminliklə demək olar ki, heç bir dövlət başçısı, heç bir siyasi lider dövlət quruculuğu və idarəçiliyi ilə yanaşı milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməyib.
Ermənistanın işğalından azad edilən torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, həyata keçirilən layihələrlə, islahatlarla Ümummilli Liderin arzularını gerçəkləşdirən Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin beynəlxalq aləmdə dəstəklənməsi də göstərir ki, ulu öndər Heydər Əliyevin siyasəti yaşayır və əbədi yaşayacaq.
Ulu öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi üçün mümkün olan hər şeyi etdi, ölkəmizin bir çoxlarına nümunə ola biləcək yeni nəsil dövlət modelinin əsasını qoydu. Bu gün Heydər Əliyevin siyasi varisi, Onun müəllifi olduğu dövlətçilik modelini inkişaf etdirən İlham Əliyev dövlət başçısı, lider kimi siyasi meydanda tək deyil. Heydər Əliyevin dövründə olduğu kimi, xalq öz lideri İlham Əliyevin yürütdüyü siyasətin, ölkədə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır. Liderlə xalqımızı birləşdirən isə Ulu Öndərin müəyyənləşdirdiyi yol, onun əsasında dayanan azərbaycançılıq ideologiyasıdır. Ona görə də müasir Azərbaycanın müstəqillik dövrünün yeni mərhələsinin başlanmasının əsasını qoyduğuna görə ümummilli lider Heydər Əliyevı hər daim minnətdar olmalıyıq. Xalqımız Heydər Əliyevi dövlət başçısı, Ümummilli Lider olaraq seçmıklə Ona dəstək oldu və bu gün də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyib, Onun ətrafında sıx birləşməklə bu yolla inamla irəliləyərək,Qalib xalq kimi ərazi bütövlüyünü tam bərpa edərək, qüdrətli dövlət kimi dünya birliyində özlayiqli yerini tutmaqdadır.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

