Ermənilərin viran qoyduğu Füzuli yenidən qurulur
15.10.2025 [16:38]
Tarixi Qələbəmizin və qəhrəmanlıq səhifələrimizin əbədiləşdirilməsi məqsədilə Cənab Prezident İlham Əliyev 2023-cü il 31 iyul tarixində işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gün Füzuli şəhəri günü kimi qeyd edilir. Məhz həmin gün Cənab Prezident xalqa müraciət edərək Füzulinin azad olunması xəbərini çatdırmış və xalqımızı bu tarixi hadisə münasibətilə təbrik etmişdir. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, 17 oktyabr tarixi təkcə füzulililər üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün unudulmaz bir gündür və bu tarix dövlətimizin salnaməsində əbədi qalacaqdır. Bu gün biz də həmin qürurlu günü 17 oktyabrı Füzuli şəhəri günü kimi qeyd edirik.
Ərazisi 1386 kvadrat kilometr olan Füzuli rayonu işğaldan əvvəl 140 mindən çox əhalisi ilə Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri idi. Tarixən bu rayon Qaryagin adlanırdı. 1959-cu ilin aprelində böyük şair Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. 23 avqust 1993-cü ildə Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə 663 nəfər şəhid olmuş, 400 nəfərə yaxın insan müharibə əlili, 181 nəfər isə əsir və itkin düşmüşdür.
1994-cü ilin yanvarında, atəşkəsə dair Bişkek protokolu imzalanmazdan öncə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi işğaldan azad edilmişdir.
44 günlük Vətən Müharibəsində isə Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq istiqamətində apardığı ən mühüm və strateji əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzuli uğrunda gedən mübarizə müharibənin ən ağır və həlledici döyüşləri sırasında idi. Düşmən 30 ilə yaxın bir müddətdə təmas xətti boyunca güclü istehkamlar qurmuşdu. Adətən belə müdafiə xətlərinin yarılması aylarla vaxt tələb edir. Lakin Müzəffər Ali Baş Komandanın qətiyyəti və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində müharibənin başlanmasından cəmi bir ay sonra Füzuli düşmən tapdağından azad edilmişdir. Bu hadisə xalqımıza həm mənəvi güc, həm də strateji üstünlük qazandırmışdır.
Füzuli əməliyyatında əldə edilən qələbələr təəssüf ki, itkisiz başa gəlməmişdir. Onlarla hərbçimiz bu döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılır. Onların göstərdiyi şücaət dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. 26 noyabr 2020-ci il tarixində “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş, Cənab Prezident İlham Əliyevin sərəncamları ilə bu döyüşlərdə iştirak etmiş 25 min 325 hərbi qulluqçu həmin medalla təltif olunmuşdur.
Füzuli işğaldan azad edilmiş rayonlar arasında minalarla ən çox çirklənmiş ərazilərdən biridir. Düşmən tərəfindən yüz mindən artıq mina basdırılmış, nəticədə çoxsaylı mülki vətəndaşlar xəsarət almış, dövlət əmlakı və infrastruktur obyektləri ciddi ziyan görmüşdür. Azərbaycan dövləti bu ziyanın qiymətləndirilməsi və erməni vandalizminə hüquqi qiymət verilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.
Cənab Prezident İlham Əliyev Füzulinin bərpa və yenidənqurulmasına xüsusi diqqət yetirir.
Rayon işğaldan azad olunduqdan sonra cənab Prezident rayona dəfələrlə səfər etmiş, şəhərin Baş planı təsdiq olunmuş, rayonda çoxsaylı avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” və çox mənzilli yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulmuşdur. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırmışdır.
Füzulinin yenidən qurulmasında qardaş ölkələrin dəstəyi də xüsusi önəm daşıyır. Füzuli Beynəlxalq Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı qardaşlıq münasibətlərimizin bariz nümunəsi olmuşdur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə məktəb, Qazaxıstan Prezidenti tərəfindən isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilmişdir. Bu layihələr türk dövlətləri arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təcəssümüdür.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

